Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 16-04-2025, 12:46
Paşinyan Azərbaycanın əsas şərtini qəbul edir


Paşinyan Azərbaycanın əsas şərtini qəbul edir

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hazırlanan konstitusiya ilə bağlı bir sıra detalları açıqlayıb.
O, jurnalistlərə açıqlamasında bildirib ki, yeni konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.
Qeyd edək ki, Ermənistan konstitusiyasının preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün İrəvandan konstitusiyanı dəyişməyi tələb edir.
“İllər öncə – dəqiq xatırlamıram hansı ildə – Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümünə həsr olunmuş müraciətimdə bildirmişdim ki, bu sənədi oxuyarkən belə qənaətə gəlmişəm: bu mətn müstəqil, suveren Ermənistan Respublikasının mövcud ola bilməyəcəyini ehtiva edir. Əgər mən bunu deyirəmsə, deməli, yeni Konstitusiya mətnində həmin Bəyannaməyə istinad olmalı olduğunu iddia edə bilmərəm. Əksinə, deyə bilərəm ki, mənim fikrimcə, yeni Konstitusiyada bu sənədə istinad olmamalıdır. Amma qərarı Ermənistan xalqı verəcək. Təbii ki, "lehinə" və "əleyhinə" arqumentləri siyasi qüvvələr təqdim etməlidirlər”, - o deyib.
Paşinyan bildirib ki, bu məsələyə yalnız Azərbaycanın tələbi prizmasından deyil, Ermənistanın daxili ictimai-siyasi reallıqları kontekstində yanaşır:
“Biz iki məsələni ayırmalıyıq: Azərbaycanın sülh prosesinə və Ermənistan Konstitusiyasının mətninə münasibəti. Bu, bizdə 2018-ci il inqilabından dərhal sonra gündəmdə olan məsələdir. Hələ 2020-ci ilin fevralında bir müsahibəmdə də bu barədə danışmışdım”.
Yeni Konstitusiyanın nə vaxt qəbul ediləcəyi ilə bağlı suala cavab olaraq Paşinyan konkret tarix verməyib:
“Referendumun nə vaxt keçiriləcəyinə dair dəqiq söz deyə bilmərəm. Fərqli fikirlər var, müzakirələrdən sonra ortaq nəticəyə gələcəyik.”
Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatıb. “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” adlı saziş preambula və 17 maddədən ibarətdir.
Bir müddət əvvəl sazişin preambula və 15 maddəsinin razılaşdırıldığı, yerdə qalan 2 maddə üzrə danışıqların davam etdiyi açıqlanmışdı. Sözügedən maddələr sərhəddən üçüncü ölkələrə məxsus qüvvələrin çıxarılması və beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə geri götürülməsi ilə bağlıdır. Artıq hər iki tərəf maddələri razılaşdırıb.
Ancaq sülh sazişi hələ də imzalanmağa hazır deyiıl. Çünki sülh sazişinin daha dayanıqlı olması üçün Ermənistan bir sıra şərtləri yerinə yetirməli, öhdəlik götürməlidir.
Prezident İlham Əliyev bəyan edib ki, sülh sazişinin imzalanması üçün iki şərt yerinə yetirilməlidir. Bunlar Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.
Bakı hesab edir ki, Ermənistanın hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının qalması, iki ölkə arasında normallaşma prosesinə ciddi maneə törədir.
Ermənistanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, əsas qanunda istinad edilən Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də keçmiş Ali Sovetin birinci sessiyasında qəbul edilib. 12 bənddən ibarət olan bəyannamənin preambulasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirilib.
1990-cı ildə qəbul edilən sənəd Türkiyə və Azərbaycanı düşmən kimi görən siyasi ideologiyanın məhsuludur. Elə bunun nəticəsidir ki, bəyannamədə təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Belə ki, bəyannamənin 11-ci maddəsində qeyd edilir ki, “Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”. “Qərbi Ermənistan” dedikdə isə ermənilər Türkiyə Respublikasının şərqində yerləşən 6 vilayəti (Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas) nəzərdə tuturlar. Yəni “Qərbi Ermənistan” dedikdə nəzərdə tutulan ərazi indiki Türkiyə torpaqlarıdır.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!