"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 16-04-2025, 12:24
Paşinyan “sülh göyərçini” rolunda Azərbaycanın şərtlərindən danışdı


Paşinyan “sülh göyərçini” rolunda Azərbaycanın şərtlərindən danışdı

“Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi razılaşdırılıb və danışıqlar başa çatıb. Bu o deməkdir ki, biz sazişin imzalanması ilə bağlı müzakirələr mərhələsinə daxil olmuşuq və mən Ermənistan xalqı adından sazişi imzalamağa hazır olduğumu bildirirəm”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində yazıb.
Paşinyan Azərbaycanın sülh sazişinin rəsmi səviyyədə imzalanması üçün irəli sürdüyü iki şərtə də münasibət bildirib. O ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birinci şərti artıq qəbul etdiklərini deyib:
“Mən dəfələrlə demişəm ki, bu, Ermənistan Respublikası üçün aydın gündəmdir. Əgər biz “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı səhifəni bağlayırıqsa, bu münaqişə ilə məşğul olan strukturun olmasının nə mənası var?”.
Baş nazirin sözlərinə görə, rəsmi İrəvan təklif edir ki, Ermənistan və Azərbaycan eyni vaxtda həm sülh sazişini, həm də ATƏT-in Minsk qrupunin ləğvi ilə bağlı birgə bəyanatı imzalasınlar.
“Sülh sazişini və ATƏT-in Minsk qrupunun strukturlarının ləğvi ilə bağlı birgə bəyanatı masaya qoymaq və həm birincini, həm də ikincini eyni yerdə, eyni vaxtda imzalamaq. Bu, rəsmi təklifdir”, - baş nazir vurğulayıb.
Nikol Paşinyan Azərbaycanın sülh sazişinin imzalanması kontekstində qaldırdığı növbəti şərtə - Ermənistan Konstitusiyasının dəyişdirilməsinə məsələsinə də münasibət bildirib.
O, dolayısı ilə Konstitusiyanın dəyişdirilməsini şərtindən yayınmağa çalışaraq yenə nala-mıxa vurub.
Baş nazir deyib ki, rəsmi Bakının bildirdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının yer aldığını söyləmək səlahiyyətinə malik deyil.
“Ermənistan Respublikası Konstitusiyasının mətninin rəsmi şərhini yalnız Ermənistanın Konstitusiya Məhkəməsi verə bilər. Yəni Konstitusiya Məhkəməsi Ermənistan Respublikasının Konstitusiyasında nələrin olduğunu və nəyin olmadığını rəsmi şəkildə deyə bilən orqandır”, - Paşinyan əlavə edib.
O xatırladıb ki, Konstitusiya Məhkəməsi hələ 2024-cü ilin sentyabrında qeyd etmişdi ki, Alma-Ata Bəyannaməsinə əsasən, müstəqil Ermənistanın ərazisi Sovet Ermənistanının ərazisi ilə, müstəqil Azərbaycanın ərazisi isə Sovet Azərbaycanının ərazisi ilə eynidir və bunun əsasında tərəflərin 2022-ci il oktyabrın 6-da Praqada münasibətləri tənzimləmək barədə razılığa gəldikləri prinsip Ermənistan Respublikasının Konstitusiyasına tam uyğundur.
“Və buna görə də Ermənistan Konstitusiyasını şərh etmək səlahiyyətinə malik olan orqan geri alınmaz qərarı ilə müəyyən edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və ya hər hansı başqa ölkəyə qarşı ərazi iddiaları yoxdur. Yenə deyirəm, bu, ən yüksək hüquqi qüvvəyə malik qərardır və ləğv edilə bilməz...
...Azərbaycanın Konstitusiyamızla bağlı mövqeyinin bəhanə deyil, həqiqi narahatlıq olduğunu qəbul etsək, o zaman bu narahatlığı aradan qaldırmağın ən təsirli yolu müqaviləni imzalamamaq deyil, imzalamaqdır. Niyə? Çünki bizim qanunvericiliyimizə görə, Hökumət sülh sazişinin mətninin Konstitusiyamıza uyğunluğunu yoxlamaq üçün onu Ermənistan Respublikasının Konstitusiya Məhkəməsinə göndərməyə borcludur.
Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin Ermənistan Respublikasının Konstitusiyasına uyğun olmadığına qərar verərsə, o zaman Ermənistan Respublikasında müəyyən vəziyyət yaranacaq: sülh və münaqişə arasında seçim etmək zərurəti yaranacaq.
Lakin Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin Ermənistan Respublikasının Konstitusiyasına uyğun olduğuna qərar verərsə, bu halda sənədin parlamentdə ratifikasiyasından sonra Konstitusiyamızın 5-ci maddəsinin 3-cü bəndi qüvvəyə minəcək. Orada deyilir: “Ermənistan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrin normaları ilə qanunların normaları arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin normaları tətbiq edilir”.
Paşinyanın sözlərinə görə, sülh müqaviləsi həm Ermənistanda, həm də Azərbaycanda ratifikasiya edildikdən sonra ən yüksək hüquqi qüvvəyə malik olacaq.
Baş nazir deyib ki, Azərbaycanın qaldırdığı məsələlərin həlli yolu sülh sazişini imzalamamaqdan deyil, imzalamaqdan keçir.
Paşinyanın sözlərinə görə, bütün çətinliklərə və mürəkkəbliklərə baxmayaraq, hökumət və şəxsən o, sülh gündəliyindən kənara çıxmayacaq.
“Bir daha bildirirəm ki, mən Ermənistan ordusuna atəşkəsi pozmamaq barədə dəqiq göstəriş vermişəm və Ermənistan Respublikası ordumuz tərəfindən atəşkəsi pozması ilə bağlı məlumatları araşdırmağa hazırdır. Eyni zamanda, mən Azərbaycana bir daha təklif edirəm ki, sərhəd hadisələrinin, o cümlədən atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün gündəlik fəaliyyət göstərəcək birgə mexanizm yaratsın. Bu kontekstdə Ermənistanla Azərbaycan arasında yeni eskalasiyanın və hətta yeni müharibənin olacağını proqnozlaşdıran bütün söhbətlərə cavab verməyi zəruri hesab edirəm.
Müharibə üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və ya ondan istifadə hədəsinin yolverilməzliyini tanıyıb.
Bu reallıqlara əsaslanaraq, Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri və şəxsləri son dərəcə məsuliyyətli olmağa, yuxarıdakı məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar verməməyə, bu məntiqi şübhə altına almamağa çağırıram.
Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər”, - Paşinyan deyib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!