Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıbİran ətrafında davam edən gərginlik səbəbindən Qazaxıstan Xarici İşlər Nazirliyi vətəndaşlarına vəziyyət sabitləşənədək bu ölkəyə səfər etməməyə çağırış edib.
Rəsmi açıqlamada hazırda İranda olan Qazaxıstan vətəndaşlarına mümkün olduqda ölkəni tərk etmək tövsiyə edildiyi qeyd edilib.
Onlara təhlükəsizlik qaydalarına ciddi əməl etmək, ayıq-sayıq olmaq, rəsmi məlumatları izləmək və yerli qurumların göstərişlərinə riayət etmək məsləhət görülüb.
Nazirlik həmçinin Yaxın Şərq ölkələrinə səfər planlaşdıran şəxslərə bölgədə vəziyyətin qəfil kəskinləşə biləcəyini nəzərə almağı tövsiyə edib.
Bildirilib ki, Qazaxıstanın İrandakı diplomatik nümayəndəlikləri fəaliyyətini normal rejimdə davam etdirir.