Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
20-02-2024, 17:49
Şarl Mişel Paşinyanla sülh mövzusunu müzakirə etdi


Şarl Mişel Paşinyanla sülh mövzusunu müzakirə etdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bu barədə Mişel özünün "X" hesabında yazıb.
Telefon danışığı zamanı Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunub.
“Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”, - Mişel bildirib.
20-02-2024, 17:09
Rusiyada qadın məhbuslar da müharibəyə cəlb edilir


Rusiyada qadın məhbuslar da müharibəyə cəlb edilir

Rusiyada müharibəyə qadın məhbuslar da cəlb olunur.
Bu barədə jurnalistlərə Leninqrad vilayətinin Ulyanovka kəndinin 2 saylı cəzaçəkmə koloniyasının keçmiş məhbusları bildiriblər. Rusiya və Ukraynanın bəzi Teleqram kanalları da belə xəbər yayıb.
Qadınların sözlərinə görə, Müdafiə Nazirliyinin nümayəndələri bir neçə dəfə koloniyaya gəliblər.
Qadın məhbuslara amnistiya vəd edilməklə bir illik müqavilələr, o cümlədən snayperlər kimi müharibəyə getmək təklif edilib.
Deyilənə görə, 20-50 qadın razılaşıb, amma indiyədək onların heç biri koloniyadan götürülməyib.
20-02-2024, 16:53
Papoyan Türkiyəyə bu səbəbdən səfər etdi


Papoyan Türkiyəyə bu səbəbdən səfər etdi

Ermənistanın hakim Mülki Müqavilə Partiyasının nümayəndəsi Gevork Papoyan Türkiyəyə səfər edib.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Orada Papoyan QDİƏT Parlament Assambleyasının iclasında iştirak edəcək. Şayiələrə görə, o, iqtisadiyyat naziri olacaq.
Qeyd edək ki, ötən il Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirdə iştirak edib.
20-02-2024, 16:24
Mərhum siyasətçinin qardaşı axtarışa verildi


Mərhum siyasətçinin qardaşı axtarışa verildi

Mərhum rusiyalı siyasətçi Aleksey Navalnının qardaşı Oleq axtarışa verilib.
Bu barədə "Novaya Gazeta Europe" məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasından məlumat verilib.
Onun hansı iş üzrə axtarıldığı məlum deyil.
19-02-2024, 22:49
Yaponiya Ukraynaya 12 milyard dollarlıq yardım göndərir


Yaponiya Ukraynaya 12 milyard dollarlıq yardım göndərir

Yaponiya Ukraynaya 12,1 milyard dollar
məbləğində maliyyə yardımı edəcək.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşdən sonra özünün Telegram kanalında yazıb.
Şmıqalın sözlərinə görə, Kişida ilə görüşdə Ukrayna və Yaponiya arasında əməkdaşlıqla bağlı bir çox məsələlər müzakirə olunub.
Bu məsələlərə vizanın liberallaşdırılması, ticarətin artması, həmçinin “Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi” daxildir.
Ümumilikdə, Ukrayna və Yaponiya baş nazirləri görüşdə 56 sənəd imzalayıblar.
19-02-2024, 19:04
ABŞ-da bugün Prezidentlər Günü kimi qeyd edilir


ABŞ-da bugün Prezidentlər Günü kimi qeyd edilir

Milyonlarla amerikalı ABŞ-da fevral ayının üçüncü bazar ertəsini Prezidentlər Günü kimi qeyd edir.
İlk dəfə 1879-cu ildə qeyd olunan Prezidentlər Günü ABŞ-ın ilk prezidenti, Amerikanın yekdilliklə seçilən yeganə dövlət başçısı Corc Vaşinqtonun ad günü münasibətilə fevralın 22-dən keçirilməyə başlayıb.
Sonradan Prezidentlər Gününün 1809-cu il fevralın 12-də dünyaya gələn Avraam Linkolnun ad günü münasibətilə iki tarix arasına keçirilməsinə qərar verilib. ABŞ-ın 16-cı prezidenti olan Avraam Linkoln Respublikaçılar Partiyasının banisidir. Amerikada quldarlığın ləğvi haqqında qanun məhz onun hakimiyyəti dövründə qəbul edilib.
Prezidentlər Günü hazırda ABŞ-ın gəlib-keçmiş bütün dövlət başçılarına həsr olunan federal bayram kimi qeyd edilir.
19-02-2024, 17:26
Müharibə tezliklə Rusiyanın qələbəsi ilə bitəcək - Medvedev


Müharibə tezliklə Rusiyanın qələbəsi ilə bitəcək - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı müharibənin tezliklə qələbə ilə bitəcəyinə əminliyini ifadə edib.
O, bu barədə əməliyyatlarda iştirak edən çeçen komandirlərlə görüşündə deyib.
O söyləyib ki, qələbə tezliklə təmin olunacaq: "Rusiyanın hərbi qüdrəti dünyanın heç bir ölkəsindən geri qalmır”.
D.Medvedevin sözlərinə görə, bu gün Rusiyanın taleyi həll olunur.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Moskva bu müharibəni xüsusi əməliyyat adlandırır.
18-02-2024, 12:04
Trampdan şok açıqlama: “Baxın, ölkəmiz dağılır..”


Trampdan şok açıqlama: “Baxın, ölkəmiz dağılır..”

ABŞ-nin keçmiş prezidenti Donald Trampın sözlərinə görə Amerika Birləşmiş Ştatları dağılır.
Bu barədə Tramp Miçiqan ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
“Baxın, ölkəmiz dağılır. Biz üçüncü dünya ölkələri kimiyik, onlar bizim hava limanlarımıza diqqət yetirməlidirlər. Bizim hava limanlarımıza baxın. Demək istəyirəm ki, onlar necə də pis gündədirlər”.
Qeyd edək ki, daha öncə Tramp ABŞ-nin hazırkı lideri Cozef Bayden administrasiyasının siyasətinə görə cəhənnəmə sürükləndiyini söyləmişdi.
18-02-2024, 11:25
Türkiyədə ağır qəza: Avtobus aşdı, 15 nəfər yaralandı


Türkiyədə ağır qəza: Avtobus aşdı, 15 nəfər yaralandı

Türkiyədə ağır yol qəzası baş verib.
Hadisə Adananın Yüreğir rayonunda qeydə alınıb. Belə ki, təsərrüfatı işçilərini daşıyan avtobusun səkiyə çırpılaraq aşması nəticəsində 15 nəfər yaralanıb.
Hadisə yerinə polis, təcili yardım və xilasedicilər cəlb edilib.
Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılıb. Onların həyati üçün təhlükənin olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
17-02-2024, 19:53
Orban: “İsveçlə bağlı məsələ sona çatmaq üzrədir”


Orban: “İsveçlə bağlı məsələ sona çatmaq üzrədir”

Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.
Bunu Macarıstanın Baş naziri Viktor Orban ölkənin əsas siyasət prioritetləri ilə bağlı çıxışı zamanı deyib.
“İsveçlə bağlı məsələ sona çatmaq üzrədir. İsveçin Baş naziri ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atmışıq. Parlament yaz sessiyasında İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər. Buna doğru gedirik”, - deyə Orban bildirib.
Macarıstan parlamentinin yaz sessiyası qış tətilindən sonra fevralın 26-da başlayacaq. Hökumət ötən ilin yayında İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsini parlamentə təqdim etmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!