Zelenskinin planı dəyişir .....                        Radardan sonra sürəti artırmaq mümkün olmayacaq - YENİ SİSTEM QURULUR .....                        Azərbaycanla Türkiyə Fransada erməni diasporunu parçaladı .....                        Adil Şükürov baş məşqçi təyin edildi .....                        “Zelenskiyə qarşı kin saxlamıram” - Yermak .....                        Özgür Özəl yenidən CHP lideri seçildi .....                        “Qarabağ” qələbə qazandı .....                        Rusiya gəmiləri məhv edildi .....                        Sabahın havası ilə bağlı xəbərdarlıq edildi .....                       
29-06-2023, 10:33
Pakistanda silahlı insident - 9 nəfər öldü


Pakistanda silahlı insident - 9 nəfər öldü

Pakistanın Xayber Paxtunxva əyalətində yaşayış binasına silahlı hücum edilib. Hücum nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə çərşənbə günü səhər saatlarında Mələkənd rayonunda baş verib. Üç silahlı şəxs yaşayış binalarından birinə soxularaq sakinlərə atəş açıb, sonra isə hadisə yerini tərk edib. Bildirilir ki, hücuma səbəb ailələr arasında mübahisə ola bilər.
29-06-2023, 00:58
ABŞ konsulluğuna hücum ölümlə nəticələndi


ABŞ konsulluğuna hücum ölümlə nəticələndi

ABŞ-ın Ciddədəki konsulluğuna hücum olub. Bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində mühafizəçi həlak olub. Diplomatik nümayəndəliyə hücum edən şəxs Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.
28-06-2023, 21:49
“Vaqner” Polşa üçün potensial təhlükə formasıdır - Andjey Duda


“Vaqner” Polşa üçün potensial təhlükə formasıdır - Andjey Duda

Polşa prezidenti Andjey Duda "Vaqner" muzdlularının Belarusda olmasının qonşu ölkələri təhdid edə biləcəyindən narahatlığını ifadə edib. Bu barədə o, Kiyevdə çıxışı zamanı danışıb. Duda qeyd edib ki, Belarusun Polşa, Litva və Latviya ilə sərhədləri var və muzdlular bu ölkələr üçün təhlükə yarada bilər. “Sual yaranır: bu hərəkətin məqsədi nədir? "Vaqner" qrupunun, yəni Rusiya ordusunun konkret olaraq Belarusdakı əsl niyyətləri nədən ibarətdir? Bu, konkret olaraq bizim ölkələrimiz, NATO ölkələri, Polşa üçün potensial təhlükə formasıdır”, - o vurğulayıb. Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, Belarusda rus muzdlularının olmasında böyük təhlükə görmür.
28-06-2023, 21:06
Bayden Rusiyada son baş verən hadisələri qiymətləndirdi


Bayden Rusiyada son baş verən hadisələri qiymətləndirdi

ABŞ prezidenti Co Bayden Rusiyada son baş verən hadisələri qiymətləndirib. O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb. Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə uduzur: “O, açıq şəkildə Ukraynadakı və ölkə daxilindəki müharibəni uduzur”. Buna baxmayaraq, ABŞ lideri vurğulayıb ki, "Vaqner" qiyamından sonra Putinin mövqelərinin zəiflədiyini söyləmək hələ tezdir. "Putin bütün dünyada pariyaya çevrilib", - Amerika prezidenti əlavə edib.
28-06-2023, 19:19
İsveçdə “Quran” kitabı yandırıldı - Türkiyə XİN-dən sərt reaksiya


İsveçdə “Quran” kitabı yandırıldı - Türkiyə XİN-dən sərt reaksiya

İsveçin paytaxtı Stokholmun mərkəzində İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müqəddəs "Quran" kitabını yandırıb. Bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb. Aksiya Stokholm polisinin icazəsi ilə həyata keçirilib. Salvan Momika "Quran"ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra kitabı yandırıb. Stokholm məscidi yaxınlığında baş tutan aksiyanı media nümayəndələri də daxil olmaqla 200-dən çox insan izləyib. Nəşr bildirir ki, həmin şəxs İsveç himnini də oxuyub və ölkənin bayrağını dalğalandırıb. Orada olanlardan bəziləri Salvan Mömikin ünvanına təhqirlər səsləndiriblər. İzləyən şəxslətdən biri daş atmağa çalışıb, o, polis tərəfindən saxlanılıb. SVT xəbər verir ki, polis tədbirin təşkilatçısına qarşı dini ədavətin qızışdırılması, eləcə də od yandırmaq qadağasını pozmaq ittihamı ilə protokol tərtib edib. Nəşrin məlumatına görə, aksiyadan əvvəl polis ictimai yerdə od yandırmağa görə cərimə olunacağı barədə xəbərdarlıq edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçdə Qurana edilən hücuma sərt reaksiya verib. "Mən bu alçaq hərəkəti qınayıram. İfadə azadlığı bəhanəsi ilə İslama zidd bu hərəkətlərə icazə verilməsi qəbuledilməzdir", - o qeyd edib.
Xatırladaq ki, yanvarın sonunda Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında "Quran" kitabı yandırılıb. Bundan sonra Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini açıqlayıb.
28-06-2023, 18:42
Çeçenistan rəhbəri Putinlə görüşdü


Çeçenistan rəhbəri Putinlə görüşdü

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Bu barədə Kadırov özünün "Telegram" kanalında yazıb. O, Putinə regiondakı sosial-iqtisadi vəziyyət barədə məlumat verdiyini bildirib. "Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik"- deyə Kadırov qeyd edib.
28-06-2023, 16:16
Ərdoğan alman həmkarıyla Rusiyadakı vəziyyətdən danışdı


Ərdoğan alman həmkarıyla Rusiyadakı vəziyyətdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı regional və qlobal məsələlər, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib və bu sahələrdə əməkdaşlığın artırılmasının zəruriliyi vurğulanıb. Liderlər Rusiyadakı vəziyyəti və İsveçin NATO-ya üzvlüyü məsələlərini də müzakirə edib.
28-06-2023, 15:09
Polşa prezidenti Ukraynaya səfər etdi


Polşa prezidenti Ukraynaya səfər etdi

Polşa prezidenti Anjdej Duda Kiyevə səfərə gəlib. Bu barədə Polşa Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Duda ukraynalı həmkarı Zelenski ilə danışıqlar aparacaq. Görüş zamanı cəbhədəki mövcud vəziyyət, xüsusən Zaporojye AES-dəki təhlükə ilə bağlı məsləhətləşmələr aparılacaq. Liderlər NATO-nun iyul sammitinə hazırlığı da müzakirə edəcək.
Xatırladaq ki, bu gün Litva prezidenti Gitanas Nauseda da Ukraynaya səfər edib.
28-06-2023, 14:54
Paşinyan Ərdoğanla telefonda danışdı


Paşinyan Ərdoğanla telefonda danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Paşinyan və Ərdoğan Qurban və Vardavar bayramları münasibətilə bir-birini təbrik ediblər. Liderlər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib. Diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair sazişin icrasının gedişi barədə fikir mübadiləsi aparılıb.
27-06-2023, 18:44
Ukraynada karantin rejimi ləğv edilir


Ukraynada karantin rejimi ləğv edilir

İyulun 1-də Ukraynada COVID-19 pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejimi ləğv ediləcək. Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib. "İyulun 1-dən biz koronavirus pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejiminə son veririk, - o deyib. Baş nazir bildirib ki, COVID-19 ukraynalılar üçün çətin sınaq olub: Bütün bu müddət ərzində bizim bütün qərarlarımız insanların həyatını xilas etməyə yönəlib", - Şmıqal qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!