Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Sabah azarkeşləri sevindirmək istəyirik - Qurban Qurbanov .....                        Azərbaycanlı ekspert İrəvanda “Zəngəzur dəhlizi” ifadəsini İZAH ETDİ .....                        Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldu .....                        Azərbaycanlı politoloq İrəvanda çıxış etdi: “Sülhlə bağlı realist olmalıyıq” .....                        Salman bin Əbdüləziz İlham Əliyevə məktub göndərdi .....                        Sabah gecə ilin ən heyrətamiz səma hadisəsi baş verəcək .....                        Ankarada gərginlik - Ərdoğanla Bağçalının arası dəyib .....                       
11-06-2023, 09:39
Seçkilərdə qalib gələcəm və Baydeni Ağ Evdən qovacağam - Tramp


Seçkilərdə qalib gələcəm və Baydeni Ağ Evdən qovacağam - Tramp

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyini və indiki "korrupsiyalaşmış rəhbər" Cozef Baydeni Ağ Evdən qovacağını bildirib. Bu barədə Tramp Şimali Karolinada partiya üzvləri ilə görüşü zamanı deyib. “5 noyabr 2024-cü ildə biz korrupsioner siyasi isteblişmentə qarşı mövqe nümayiş etdirəcəyik. Cozef Bayden adlı tamamilə korrupsioner prezidenti Ağ Evdən qovacağıq. Mən heç vaxt təslim və məğlub olmayacağam. Sizin üçün mübarizəni heç vaxt dayandırmayacağam”, - Tramp qeyd edib.
10-06-2023, 23:06
Pakistanda güclü yağışlar nəticəsində 19 nəfər öldü


Pakistanda güclü yağışlar nəticəsində 19 nəfər öldü

Pakistanın Xayber Paxtunxva və Pəncab əyalətlərində güclü yağışlar nəticəsində azı 19 nəfər ölüb. Təbii fəlakət nəticəsində 150-dən çox insan yaralanıb. Seldən zərərçəkən evlərin damları uçub.
10-06-2023, 23:06
Pakistanda güclü yağışlar nəticəsində 19 nəfər öldü


Pakistanda güclü yağışlar nəticəsində 19 nəfər öldü

Pakistanın Xayber Paxtunxva və Pəncab əyalətlərində güclü yağışlar nəticəsində azı 19 nəfər ölüb. Təbii fəlakət nəticəsində 150-dən çox insan yaralanıb. Seldən zərərçəkən evlərin damları uçub.
10-06-2023, 22:36
Ukraynanın NATO-ya üzvlüyünə rəsmi dəstək verən dövlətlərin sayı 20-yə çatdı


Ukraynanın NATO-ya üzvlüyünə rəsmi dəstək verən dövlətlərin sayı 20-yə çatdı

Şənbə günü Kanadanın müvafiq bəyannaməni imzalanmasından sonra Ukraynanın NATO-ya üzvlüyünə rəsmi dəstək verən dövlətlərin sayı 20-yə çatıb. Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva deyib. Məlumata görə, Kanadanın baş naziri Castin Trüdo şənbə günü elan olunmamış səfərlə Kiyevə gəlib. O, prezident Volodimir Zelenski ilə Ottavanın “şərtlər imkan verən kimi” Ukraynanın NATO-ya daxil olmasını rəsmən dəstəklədiyi bəyannaməni imzalayıb. Həmçinin, Kanada NATO - Ukrayna Şurasının yaradılmasına da tərəfdar çıxıb. Bu, Ukrayna və Alyans arasında yeni qarşılıqlı fəaliyyət mexanizmi üçün ilk belə ictimai dəstək olub. Qeyd edək ki, may ayında Avropa paytaxtlarına səfəri çərçivəsində prezident Zelenski İtaliya, Almaniya və Fransa liderləri ilə də Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən bəyannamələr imzalayıb.
10-06-2023, 20:40
Kahramanmaraşda 111 minə yaxın bina inşa ediləcək - Nazir


Kahramanmaraşda 111 minə yaxın bina inşa ediləcək - Nazir

Kahramanmaraşda 110 681 bina tikiləcək. Bunu Türkiyənin yeni daxili işlər naziri Əli Yerlikaya Kahramanmaraşda səfərdə olarkən deyib. Nazir bildirib ki, onların əsas məqsədi müvəqqəti sığınacaq mərkəzlərində qalan vətəndaşları konteynerlərə daşımaq və daimi yaşayış yerlərini tamamlamaqdır. Kahramanmaraşda zərərin qiymətləndirilməsi işlərinin tamamlandığını qeyd edən Yerlikaya 6 fevralda baş verən 100 illik fəlakətdən 125 gün keçdiyini vurğulayıb: "O gündən bu yana görülən işləri araşdırmaq üçün buradayıq. Koordinasiya toplantımızı keçirdik. Kahramanmaraşda zərərin qiymətləndirilməsi işləri artıq tamamlanıb. Zərər dəymiş ümumi 558 min 219 bina sökülüb. Növbəti 4 ay ərzində isə ağır ziyan dəymiş 29 min 601 binanın söküntüsü tamamlanmalıdır”. Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
10-06-2023, 19:17
İranın 17 bölgəsi sel və daşqına məruz qaldı - 7 ölü, 72 yaralı var


İranın 17 bölgəsi sel və daşqına məruz qaldı - 7 ölü, 72 yaralı var

İranda leysan yağışları nəticəsində 17 bölgədə sel və daşqın baş verib. Bu barədə İranın xilasetmə qüvvələrinin rəhbəri Babək Mahmudi məlumat yayıb. O, leysan yağışları nəticəsində 7 nəfərin öldüyünü, 72 nəfərin isə yaralandığını bildirib.
10-06-2023, 18:42
Makron və Rəisi telefon danışığı apardı


Makron və Rəisi telefon danışığı apardı

Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi "Twitter" hesabında yazıb. Bildirilib ki, Fransa Prezidenti iranlı həmkarına zəng edib. Telefon danışığı 90 dəqiqə davam edib. Liderlər qarşılıqlı fəaliyyətin davam etdirilməsi, xüsusi ilə də sanksiyaların aradan qaldırılması və regional məsələlərlə bağlı danışıqlar barədə razılığa gəliblər.
10-06-2023, 18:14
İranda ziyarətgahlar yandırıldı


İranda ziyarətgahlar yandırıldı

İranın İlam vilayətində iki ziyarətgah yandırılıb. Bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki ziyarətgah naməlum şəxslər tərəfindən yandırılıb. İlam prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib. Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.
10-06-2023, 17:54
Türkiyədə kimyəvi maddələr daşıyan yük maşını qəzaya düşdü - Ölənlər var


Türkiyədə kimyəvi maddələr daşıyan yük maşını qəzaya düşdü - Ölənlər var

Türkiyənin Ərzincan vilayətində kimyəvi maddələr daşıyan yük maşını qəzaya uğrayıb. Yük maşını başqa bir yük maşını ilətoqquşub. Ərzincan-Sivas avtomobil yolunda baş verən qəza nəticəsində hər iki sürücü ölüb. Hadisə bağlı araşdırma başladılıb.
10-06-2023, 17:22
Olaf Şolts yaxın zamanlarda Putinlə danışmağı planlaşdırır


Olaf Şolts yaxın zamanlarda Putinlə danışmağı planlaşdırır

Almaniya kansleri Olaf Şolts yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır. Bu barədə o Nürnberqdəki çıxışında bildirib. "Mən bunu yaxın gələcəkdə yenidən etməyi planlaşdırıram", - Şolts deyib. O, əlavə edib ki, “danışıqlar normaldır, söhbət kimin kiminlə nə barədə danışıqlar aparmasından gedir”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Olaf Şolts arasında telefon danışığının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualına belə cavab verib: “Xeyr. Hələ yox".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!