7-06-2023, 15:32
Paşinyan rusiyalı həmkarıyla görüşdü Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, görüş Soçidə baş tutub. Danışıqların detalları hələlik açıqlanmayıb.
7-06-2023, 12:20
Sel səbəbindən Ermənistan-Gürcüstan dəmir yolu bağlandıSel səbəbindən Ermənistan-Gürcüstan dəmir yolu bağlanıb. Ötən gecə güclü yağış nəticəsində dəmir yolunun Alaverdi-Axtala hissəsini su basıb. Bu səbəbdən Gürcüstan istiqamətində qatarların hərəkət sistemi pozulub. Bundan başqa, İrəvandan Tbilisiyə gedən sərnişin qatar reysi də ləğv edilib.
7-06-2023, 11:24
Paşinyan Rusiyaya işgüzar səfərə yollandıErmənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib. Bu barədə "News.am" məlumat yayıb. Bildirilib ki, Paşinyan Soçidə Avrasiya Hökumətlərarası Şurasının, MDB Hökumət Başçıları Şurasının, eləcə də Avrasiya Konqresinin müntəzəm iclaslarında iştirak edəcək.
6-06-2023, 22:43
2028-ci ildə keçiriləcək prezident seçkilərində də namizədəm - Sinan OğanMayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində iştirak edən Sinan Oğan növbəti seçimlərdə yenidən namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə o, yerli mətbuata açıqlamasında bildirib. Oğan qeyd edib ki, 2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacaq. "Heç kimə sirr deyil, indidən elan edirəm, 2028-ci ildə keçiriləcək prezident seçkilərində də namizədəm", - Azərbaycan əsilli siyasətçi vurğulayıb.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Oğan seçkilərin ikinci turunda Ərdoğanı dəstəkləyib.
6-06-2023, 22:11
Konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik - ƏrdoğanTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin yeni tərkibdə ilk iclasından sonra önəmli açıqlamalar verib. O, 4 saat davam edən iclasdan sonra toplantıda müzakirə olunan mövzular barədə danışıb. Ərdoğan deyib ki, seçkilərdən əvvəl gündəmə gətirilən konstitusiya dəyişiklikləri üzərində iş gedir. "Seçkilər öncəsi gündəmə gətirdiyimiz konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik", - o bildirib. Türkiyə lideri ölkənin bütün siyasi qüvvələrini yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak etməyə çağırıb. O, seçki öncəsi verdiyi bütün vədlərin icra ediləcəyini vurğulayıb: "Türkiyə ölkədə yaşayan suriyalı miqrantların vətənlərinə könüllü və təhlükəsiz şəkildə dönmələrini təmin etməkdə qərarlıdır".
6-06-2023, 21:21
Ər-Riyadda İran səfirliyinin açılış mərasimi baş tutduBu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İran səfirliyinin açılış mərasimi keçirilib. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. Açılış mərasimində İran və Səudiyyə Ərəbistanı Xarici İşlər nazirliklərinin nümayəndələri iştirak ediblər. Tədbirə İranın Səudiyyə Ərəbistanındakı yeni səfiri Əlirza Enayəti də qatılıb. Qeyd edək ki, Tehran və Ər-Riyad bir neçə ay əvvəl münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Razılaşma Çinin vasitəçiliyi ilə əldə olunub.
6-06-2023, 20:59
Ərdoğanın sədrliyi ilə keçirilən iclas 4 saat davam etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçirilib. İclas 4 saat 10 dəqiqə davam edib. Ərdoğan iclasdan sonra ictimaiyyətə müraciət edib.
6-06-2023, 17:56
Heç kim təkbaşına qərar verə bilməz - CHP sözçüsüTürkiyədə son prezident seçkilərində qələbə qazana bilməməsindən sonra müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun istefa verib-verməyəcəyi məsələsi hələ də müzakirə olunur. Bu dəfə istefa məsələsinə CHP-nin sözçüsü Faik Öztrak münasibət bildirib. "CHP bir çadır partiyası deyil, yüzillik bir partiyadır. Heç kim təkbaşına qərar verə bilməz", - deyə o qeyd edib. Məsələyə daha əvvəl Kılıçdaroğlunun özü də münasibətini açıqlamışdı.
6-06-2023, 17:23
Bolqarıstan yeni baş nazirini seçdiNikolay Denkov Bolqarıstanın yeni baş naziri seçilib. Bu barədə parlamentdə səsvermə keçirilib. Belə ki, 132 deputat lehinə, 69-u isə əleyhinə səs verib. Qeyd edək ki, Nikolay Denkov "Dəyişikliklərə davam edirik" siyasi partiyasını təmsil edir.
6-06-2023, 16:20
Aİ-nin xüsusi nümayəndəsi Paşinyanla görüşdüİrəvanda səfərdə olan Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin Brüssel və Kişineu görüşlərinin nəticələrini müzakirə ediblər. Söhbət zamanı Qarabağa, Laçın dəhlizi ətrafındakı son vəziyyətə də toxunulub.