“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                        Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                       
13-10-2023, 16:25
“Baykar” şirkəti yeni PUA-nı sınaqdan keçirdi


“Baykar” şirkəti yeni PUA-nı sınaqdan keçirdi

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehal edilən "Bayraktar TB3" model zərbə tipli pilotsuz uçuş aparatının (PUA) ilk sınağı keçirilib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, qanadları qatlana bilən PUA-nın sınağı yerdə baş tutub. Aparatın tezliklə havada sınaqlarının keçiriləcəyi bildirilir.
"BayraktarTB3" zərbə PUA-ları Türkiyənin yerli istehsal "TCG Anadolu" desant gəmisində istifadə ediləcək.
PUA Azərbaycan ordusunun da istifadə etdiyi "Bayraktar TB2" üzərində inkişaf etdirilib. 1450 kiloqram faydalı yük daşıya bilən aparat 24 saat havada hərəkət edə bilir.
13-10-2023, 15:59
Əfqanıstanda güclü partlayış: 17 ölü, 20 yaralı


Əfqanıstanda güclü partlayış: 17 ölü, 20 yaralı

Əfqanıstanda partlayış baş verib.
Hadisə məscidlərdən birində qeydə alınıb.
Partlayış nəticəsində 17 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.
Hazırda səbəb və detallar araşdırılır.
13-10-2023, 15:27
Putin MDB liderlərini Moskvada keçiriləcək sammitə dəvət etdi


Putin MDB liderlərini Moskvada keçiriləcək sammitə dəvət etdi

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini 2024-cü il oktyabrın 8-də Moskvada keçirilməsi planlaşdırılan MDB sammitinə dəvət edib.
Putin bunu Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında deyib.
O qeyd edib ki, Rusiyanın MDB-yə sədrliyinin gərgin proqramına ümumilikdə 150-yə yaxın müxtəlif tədbir daxildir.
“Əsas tədbir əlbəttə ki, 2024-cü il oktyabrın 8-də Moskvada keçirməyi planlaşdırdığımız növbəti MDB sammiti olacaq. Və təbii ki, fürsətdən istifadə edərək, hamınızı orada iştirak etməyə dəvət etmək istərdim”, - deyə o, MDB-nin geniş tərkibdə keçirilən sammitində bildirib.
12-10-2023, 18:55
Ərdoğan Şoltsla bir sıra məsələləri müzakirə etdi


Ərdoğan Şoltsla bir sıra məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Bu barədə TRT məlumat yayıb.
Telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi və humanitar böhranların həlli yollarının axtarışı müzakirə edilib.
Liderlər humanitar böhranların həlli yollarının axtarılması ilə bağlı fikir mübadiləsi aparıblar.
12-10-2023, 17:32
İsraildə 854 mülki şəxs və 222 hərbçinin cəsədi müəyyən edildi


İsraildə 854 mülki şəxs və 222 hərbçinin cəsədi müəyyən edildi

İsraildə 854 mülki şəxs və 222 hərbçinin cəsədi müəyyən edilib.
Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, yaxınları tərəfindən müəyyən edilən cəsədlərin əksəriyyəti yəhudilərin müqəddəs istirahət gününə - cümə axşamı başlayan Şabta qədər dəfn ediləcək.
Qeyd edək ki, oktyabrın 7-dən bu yana Fələstin və İsrail arasında atışmalar gedir.
12-10-2023, 17:28
Klaar Paşinyanla İrəvanda görüşdü


Klaar Paşinyanla İrəvanda görüşdü

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda səfərdədir.
O, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Paşinyan və Klaarın görüşündə Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos da iştirak edib.
Onlar birlikdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, eləcə də Qarabağdan Ermənistana köçənlərin vəziyyətini müzakirə ediblər.
12-10-2023, 16:47
İsrail Dəməşq və Hələb hava limanlarına zərbələr endirdi


İsrail Dəməşq və Hələb hava limanlarına zərbələr endirdi

İsrail Dəməşq və Hələb hava limanlarına zərbələr endirib.
Bu barədə “Al Watan” qəzeti məlumat yayıb.
İlkin məlumatlara görə, İsrail Dəməşq və Hələb hava limanlarında uçuş-enmə zolaqlarına zərbələr endirir.
12-10-2023, 16:41
Abdullahianın təyyarəsi Suriyaya enə bilmədi


Abdullahianın təyyarəsi Suriyaya enə bilmədi

İran xarici işlər nazirini Hüseyn Əmir Abdullahianın təyyarəsi Suriyaya enə bilməyib.
Naziri Suriyaya aparan təyyarə Tehrana qayıtmağa məcbur olub.
Məlumata görə, buna səbəb İsrail ordusunun Suriyanın Dəməşq və Hələb hava limanlarına zərbə endirməsi olub.
12-10-2023, 16:37
Netenyahu ABŞ Prezidentiylə danışdı


Netenyahu ABŞ Prezidentiylə danışdı

İsrailin Baş naziri Benyamin Netenyahu ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.
Bu barədə Netenyahu özünün “X” hesabında yazıb.
“Mən indicə prezident Baydenlə danışdım və ona dünənki son söhbətimizdən sonra göstərdiyi güclü və qeyd-şərtsiz dəstəyə görə təşəkkür etdim”, - o qeyd edib.
Xatırladaq ki, tərəflər arasında dünən, oktyabrın 11-də də telefon danışığı olmuşdu.
12-10-2023, 15:44
Böyük Britaniya diplomatlarına çağırış etdi


Böyük Britaniya diplomatlarına çağırış etdi

Böyük Britaniya diplomatlarına İsraili tərk etmək tövsiyə olunub.
Bu barədə Britaniyanın “Sky news” telekanalı məlumat yayıb.
Diplomatlara ailələri ilə birlikdə İsraili tərk etmək məsləhət görülüb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatalara görə, 1 300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!