26-05-2023, 14:01
Azərbaycanla Ermənistan Kişinyov şəhərində sülh sazişi imzalaya bilərAzərbaycan və Ermənistan arasında Moldovanın paytaxtı Kişinyov şəhərində sülh sazişi imzalana bilər. Bu barədə "Frans Press" və "Reuters" agentlikləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən məlumat yayıb. Belə ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti zamanı Bakı və İrəvan sülh sazişi imzalaya bilərlər. "Bu, tarixi məqamdır və qaçırmaq olmaz", - səfir söyləyib. Kremlin sözçüsü Dmitri Peskov da oxşar açıqlama verərək yaxın vaxtlarda iki ölkə arasında sülh müqaviləsinin imzalana biləcəyinə işarə edib, lakin dəqiq yer və tarix deməyib.
26-05-2023, 12:41
Abdullahian iraqlı həmkarıyla telefon danışığı apardıİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və iraqlı həmkarı Fuad Hüseyn arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasındakı münasibətlərdəki son hadisələri müzakirə ediblər. Məlumatına görə, nazirlər telefon danışığında iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişinin həyata keçirilməsini, həmçinin İranın İraqa qaz nəqli xətlərinin gücləndirilməsini və regional əməkdaşlığın zəruriliyini vurğulayıblar. İki tərəf arasında bankçılıq sahəsində əməkdaşlığın daha da gücləndirilməsi qeyd olunub.
26-05-2023, 11:18
Ermənistan diplomatik korpusunda ciddi dəyişiklik gözlənilirErmənistanın diplomatik korpusunda ciddi kadr dəyişikliyi gözlənilir. Bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazıb. Nəşrin məlumatına görə, Baltikyanı ölkələrdəki səfir Hovhannes İgityan geri çağırılacaq. Həmçinin Ermənistanın Danimarka, Norveç, İsveç, Finlandiya, İslandiyadakı səfiri Aleksandr Arzumanyan da dəyişdiriləcək. Bundan başqa, Ara Markaryan Litvaya diplomatik nümayəndə təyin olunacaq. Ermənistanın Niderland və Lüksemburqdakı səfiri Tiqran Balayan isə Brüsselə göndəriləcək. Qeyd olunub ki, bunlarla yanaşı, digər dəyişikliklər də gözlənilir.
26-05-2023, 10:44
Muharrem İncenin partiyası ikinci turda da neytral qaldıTürkiyədə CHP-dən qopmuş Məmləkət Partiyası prezident seçkilərinin 28 mayda keçirilmiş ikinci turunda da heç bir namizədi dəstəkləməyib. Bu barədə partiya rəhbərliyindən bildirilib. Qeyd olunub ki, partiya sədri Muharrem İncenin ilk turda namizədliyini geri götürməsindən sonra elan etdiyi mövqeyini qoruyur və ikinci turda da tərəfsizlik nümayiş etdiriləcək.
26-05-2023, 09:30
Lazım olan anda Putinlə yenidən danışmaq niyyətindəyəm - ŞoltsAlmaniya kansleri Olaf Şolts “doğru zamanda” Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq və Ukrayna münaqişəsini müzakirə etmək planlarını açıqlayıb. Şolts və Putin sonuncu dəfə 2022-ci il dekabrın 2-də telefonla danışıblar, söhbət bir saat davam edib. "Kolner Stadt-Anzeiger"ə müsahibəsi çərçivəsində Olaf Şoltsdan Rusiya prezidenti ilə əlaqə saxlayıb-yaxmadığını soruşublar. “Son zəngimdən xeyli vaxt keçib. Amma mən lazım olan anda Putinlə yenidən danışmaq niyyətindəyəm”, - deyə Şolts cavab verib. Eyni zamanda Olaf Şolts Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini qeyd edib. O, NATO ilə Rusiya arasında birbaşa münaqişənin qarşısını almaq üçün hər şeyi etmək niyyətində olduğunu vurğulayıb. Şoltsla Putin arasında sonuncu dəfə ötən il dekabrın 2-də telefon danışığı olub. 2023-cü ilin yanvarında Almaniya hökuməti Rusiya ilə təmaslardan imtina etmək niyyətində olmadıqlarını açıqlayıb. Şolts qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatla bağlı fikir ayrılığına baxmayaraq, Vladimir Putinlə əlaqələri davam etdirəcək.
25-05-2023, 21:09
Türkiyə Hərbi Dəniz Qüvvələrinin daha bir sualtı qayığı suya buraxıldıTürkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa edilən daha bir sualtı qayıq suya buraxılıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik "Hazır Rəis" adlı sualtı gəminin suya buraxıldığını bildirib. Gəminin sınaqları davam edir. Gölcük Gəmiqayırma Zavodunda inşa edilən ilk sualtı gəmi "Piri Rəis" adlanır və 2021-ci ilin martında suya buraxılıb. Sualtı qayıqların uzunluğu 68 metr, çəkisi 2 min tondan çoxdur və 40 nəfərlik heyətə sahibdir.
25-05-2023, 20:17
Amerika Cənubi Koreyayla genişmiqyaslı döyüş təlimlərinə başlayıbAmerika Birləşmiş Ştatları və Cənubi Koreya cümə axşamı Şimali Koreya ilə sərhəd yaxınlığında genişmiqyaslı döyüş atışlı təlimlərə başlayıb. Təlimlərə 2500 hərbçi və döyüş təyyarələri, hücum helikopterləri, pilotsuz uçuş aparatları, tanklar cəlb olunub. Təlim Seul və Vaşinqton arasında hərbi ittifaqın yaradılmasının 70 illiyi ərəfəsinə təsadüf edir. Bu, iyunun ortalarına qədər planlaşdırılan beş birgə təlimdən birincisidir. Qeyd edək ki, Şimali Koreya təlimlərin keçirilməsini tənqid edib.
25-05-2023, 18:24
İki dövlət arasında ərazi bütövlüyünə dair razılığın olması labüddür - PutinBu gün Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdə iqtisadi inkişaf maraqlarına uyğun razılaşmalar əldə olunacağına ümid edirik. Bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya Ali İqtisadi Şurasının iclasında deyib. O vurğulayıb ki, iki dövlət arasında ərazi bütövlüyünə dair razılığın olması labüddür, digər məsələlər ikinci dərəcəlidir. Putinin sözlərinə görə, MDB ölkələri Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlıdır. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Moskvada bir araya gələcək tərəflər sülh gündəliyini müzakirə edəcəklər.
25-05-2023, 17:36
Ukraynanı tərk edənlərin cəzalandırılmasıyla bağlı layihə hazırlanırUkraynada müharibə başlayandan sonra ölkəni qeyri-qanuni tərk etmiş kişilərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi hazırlanır. Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klemenko danışıb. "Bu gün belə qaydalar və məhdudiyyətlər müəyyən edilməyib, amma düşünürəm ki, müharibə başa çatdıqdan sonra dövlət hər bir vətəndaşa müharibə zamanı etdiklərini xatırlatmaq üçün əlindən gələni edəcək. Mən sərhədi qanunsuz keçənləri nəzərdə tuturam", - o deyib. Nazirin sözlərinə görə, bu, parlament və hökumətin birgə təşəbbüsü olacaq. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
25-05-2023, 16:33
Ümumi qaz bazarının işləməsi üçün konstruktiv dialoqa hazırıq - Paşinyan"Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində ümumi qaz bazarının işləməsi üçün konstruktiv dialoqa hazırdır". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında çıxış edərkən deyib. "Bazarın vaxtlı-vaxtında işləməsi əlverişli və qarşılıqlı faydalı ticarət şərtlərinin formalaşmasına kömək edəcək. Üzv dövlətlərin beynəlxalq bazarda enerji təhlükəsizliyinin və rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək", - deyə Ermənistanın baş naziri bildirib. Qeyd edək ki, bu gün Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.