Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
12-07-2023, 14:32
Bizim üçün konkret uğur olacaq - Zelenski


Bizim üçün konkret uğur olacaq - Zelenski

"Sammitin nəticələri yaxşıdır, amma Ukraynanın NATO-ya dəvəti olsaydı, ideal olardı". Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Prezident əlavə edib ki, o, bugünkü sammitdə uğur əldə etməyi, xüsusən də məhz NATO-ya inteqrasiya yolunda təhlükəsizlik zəmanətlərini almağı çox istərdi. "Bu gün G7 bu təhlükəsizlik zəmanətlərini təsdiq edə bilər və düşünürəm ki, bu baş verərsə, biz bunun üzərində işləyəcəyik və bizim üçün konkret uğur olacaq", - Zelenski bildirib.
12-07-2023, 12:19
Zelenski Kanadanın Baş naziri ilə görüşdü


Zelenski Kanadanın Baş naziri ilə görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski Vilnüsdə Kanadanın Baş naziri Castin Trüdo ilə danışıqlar aparıb. O, görüşdə müzakirə zamanı birinci məsələnin silah olduğunu vurğulayıb. Ukrayna prezidenti həmçinin NATO sammitinin iştirakçıları ilə danışıqların əsas mövzularını açıqlayıb. "Ordumuz üçün döyüş meydanında yeni yardım paketləri, NATO-ya dəvət və alyansa qoşulmaq yolunda Ukrayna üçün təhlükəsizlik zəmanətləri əsas mövzulardır", - deyə o qeyd edib.
12-07-2023, 11:33
Zelenski NATO sammitində çıxış etdi


Zelenski NATO sammitində çıxış etdi

Ukrayna prezidenti Volodimir Zelenski NATO sammitinə qatılıb. Bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilib ki, Ukrayna dövlətinin başçısı gələn kimi tədbirdə iştirak edən jurnalistlərə açıqlama verib.

12-07-2023, 10:49
İran generalından kürd təşkilatlarına xəbərdarlıq


İran generalından kürd təşkilatlarına xəbərdarlıq

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri Məşhəddə SEPAH quru qüvvələri komandirlərinin illik konfransında çıxışı zamanı İraqın şimalında yerləşən müxalif kürd təşkilatlarına qarşı daha geniş hücumlar ediləcəyi ilə bağlı xəbərdarlıq edib. O, İraq hökumətinin Kürdüstanda yerləşən İran müxaliflərini tərk-silah edəcəyinə söz veridiyini deyib: “Əgər bu müddət keçsə və onlar tərk-silah edilməsələr, ya hər hansı əməliyyat keçirsələr, bu qruplara qarşı hərbi əməliyyatlarımız mütləq daha böyük intensivliklə təkrarlanacaq”.
Qeyd edək ki, bundan əvvəl iyunun 12-də SEPAH Kürdüstan əyalətinin qərbində yerləşən Sərvabad bölgəsinə çox sayda qüvvə toplayıb, müxalif təşkilatların qərargahlarını artilleriya atəşinə tutub.
12-07-2023, 10:30
Qərbin bölünməz hökmranlığının sonunu müşahidə edirik - Lavrov


Qərbin bölünməz hökmranlığının sonunu müşahidə edirik - Lavrov

"Aİİ, KTMT, MDB və ŞƏT kimi inteqrasiya birliklərinin çoxşaxəli əlaqələrinin dərinləşdirilməsi vəzifəsi bu gün gündəmə gətirilib". Bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov Avrasiya ölkələrinin gənc diplomatlarının “Yeni çoxqütblü dünyanın diplomatiyası” forumunun iştirakçılarına video təbrikində bildirib. Lavrov qeyd edib ki, Aİİ, KTMT, MDB və ŞƏT çərçivəsində əməkdaşlıq müasir diplomatiyanın yaxşı nümunələridir: "Burada yaradıcı, gələcəyə hesablanmış, dövlətlərarası gündəm irəliləyir. Rusiya bu strukturların işində fəal iştirak edir. İndi onlar Böyük Avrasiya məkanında fəaliyyət göstərən müxtəlif inteqrasiya strukturları arasında çoxşaxəli əlaqələrin dərinləşdirilməsi vəzifəsini irəli sürüblər". Nazir iddia edib ki, indi kollektiv Qərbin bölünməz hökmranlığının sonunu müşahidə etmək olar: "Eyni zamanda, Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika və Latın Amerikasında yeni inkişaf mərkəzləri eyni vaxtda güclənir və geniş vüsət alır. Beləliklə, daha ədalətli, balanslaşdırılmış, çoxmərkəzli dünya nizamının formalaşması beynəlxalq kommunikasiyanın bütün iştirakçılarının hesablaşmalı olduğu geosiyasi reallıqdır". O, yaranan çoxqütblülüyün əsas oyunçuların hərbi-siyasi və iqtisadi qarşıdurmasına deyil, razılaşdırılmış maraqlar balansına əsaslanmasının vacibliyini vurğulayıb. “Bu baxımdan, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına - ilk növbədə, BMT Nizamnaməsinin prinsiplərinə, dünyanın mədəni və sivilizasiya müxtəlifliyinə hörmətə, beynəlxalq hüquqa əsaslanan klassik diplomatiyanın rolunu yüksək qiymətləndirmək önəmlidir", - Lavrov bildirib.
11-07-2023, 21:43
NATO Belarus və İranla bağlı xəbərdarlığını bildirdi


NATO Belarus və İranla bağlı xəbərdarlığını bildirdi

NATO Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək qərarını pisləyib. Bu barədə alyansın çərşənbə axşamı Vilnüsdə keçirilən sammitinin yekunlarına dair bəyannamədə deyilir.
Qeyd olunur ki, NATO ölkələri İranın nüvə silahı yaratmasına icazə verməyəcək və onu beynəlxalq öhdəliklərə əməl etməyə çağıracaq.
11-07-2023, 20:15
Paşinyan ABŞ-ın dövlət katibiylə telefon danışığı apardı


Paşinyan ABŞ-ın dövlət katibiylə telefon danışığı apardı

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bu barədə Paşinyan "Twitter"də bildirib. "Dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımlar, həmçinin beynəlxalq iştirakla Bakı-Xankəndi dialoqunun vacibliyi kimi mühüm məsələləri müzakirə etdik" - Paşinyan qeyd edib.
11-07-2023, 17:23
İran və Ermənistanın milli təhlükəsizlik sahəsində ümumi maraqları var - Səfir


İran və Ermənistanın milli təhlükəsizlik sahəsində ümumi maraqları var - Səfir

"Ən mühüm, daha doğrusu siyasi və strateji məsələlərdə biz müntəzəm təmasların yüksək səviyyədə davam etdirilməsinin, qarşılıqlı etimad və hörmətin güclənməsinin şahidi olduq". Bunu İranın Ermənistandakı keçmiş səfiri Abbas Bədəxşan Zohuri “Orbeli” analitik mərkəzindəki müsahibəsində deyib. "Ən mühüm hadisə İranın Qafanda Baş Konsulluğunun açılışıdır. Ölkələr arasında əmtəə dövriyyəsi 40%-dən çox artaraq 700 milyon dolları ötüb. Beynəlxalq və regional səviyyədə dərin dəyişikliklər baş verir ki, bu da gözlənilməz imkanlara və çağırışlara səbəb ola bilər. İran və Ermənistanın milli təhlükəsizlik sahəsində ümumi maraqları və narahatlıqları var. Şimal-Cənub proqramının həyata keçirilməsi digər ölkələrin diqqətini cəlb edən İran və Ermənistan vasitəsilə Fars körfəzi-Qara dəniz tranzit dəhlizinin işə salınmasına töhfə verəcək", - o qeyd edib.
11-07-2023, 17:05
Zelenski Vilnüsə səfər etdi


Zelenski Vilnüsə səfər etdi

Ukrayna prezidenti Volodimir Zelenski Latviya paytaxtı Vilnüsə səfər edib. Bu barədə "Unian" məlumat yayıb. O, NATO sammitinin keçirildiyi şəhərə tədbirə qatılmaq üçün gəlib. Zelenskinin çıxışı yerli vaxtla saat 18:00 radələrində gözlənilir. Sammit çərçivəsində onun bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.
11-07-2023, 15:17
NATO İsveç və Finlandiyanın hərbi inkişafına hazırlaşır - Lavrov


NATO İsveç və Finlandiyanın hərbi inkişafına hazırlaşır - Lavrov

"NATO İsveç və Finlandiya ərazisini hərbi baxımdan inkişaf etdirməyə hazırlaşır". Bunu Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib. "Hərbi alyansın infrastrukturunun Rusiya Federasiyasının sərhədləri yaxınlığında yerləşdirilməsi müzakirə edilir. Rusiya NATO-nun niyyətləri ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi üçün hansı tədbirləri görəcəyini və onları praktikada necə həyata keçirməli olduğunu bilir", - deyə nazir əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!