İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 12-07-2023, 10:30
Qərbin bölünməz hökmranlığının sonunu müşahidə edirik - Lavrov


Qərbin bölünməz hökmranlığının sonunu müşahidə edirik - Lavrov

"Aİİ, KTMT, MDB və ŞƏT kimi inteqrasiya birliklərinin çoxşaxəli əlaqələrinin dərinləşdirilməsi vəzifəsi bu gün gündəmə gətirilib". Bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov Avrasiya ölkələrinin gənc diplomatlarının “Yeni çoxqütblü dünyanın diplomatiyası” forumunun iştirakçılarına video təbrikində bildirib. Lavrov qeyd edib ki, Aİİ, KTMT, MDB və ŞƏT çərçivəsində əməkdaşlıq müasir diplomatiyanın yaxşı nümunələridir: "Burada yaradıcı, gələcəyə hesablanmış, dövlətlərarası gündəm irəliləyir. Rusiya bu strukturların işində fəal iştirak edir. İndi onlar Böyük Avrasiya məkanında fəaliyyət göstərən müxtəlif inteqrasiya strukturları arasında çoxşaxəli əlaqələrin dərinləşdirilməsi vəzifəsini irəli sürüblər". Nazir iddia edib ki, indi kollektiv Qərbin bölünməz hökmranlığının sonunu müşahidə etmək olar: "Eyni zamanda, Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika və Latın Amerikasında yeni inkişaf mərkəzləri eyni vaxtda güclənir və geniş vüsət alır. Beləliklə, daha ədalətli, balanslaşdırılmış, çoxmərkəzli dünya nizamının formalaşması beynəlxalq kommunikasiyanın bütün iştirakçılarının hesablaşmalı olduğu geosiyasi reallıqdır". O, yaranan çoxqütblülüyün əsas oyunçuların hərbi-siyasi və iqtisadi qarşıdurmasına deyil, razılaşdırılmış maraqlar balansına əsaslanmasının vacibliyini vurğulayıb. “Bu baxımdan, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına - ilk növbədə, BMT Nizamnaməsinin prinsiplərinə, dünyanın mədəni və sivilizasiya müxtəlifliyinə hörmətə, beynəlxalq hüquqa əsaslanan klassik diplomatiyanın rolunu yüksək qiymətləndirmək önəmlidir", - Lavrov bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!