Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
30-03-2023, 23:21
İran Ermənistana yeni səfir təyin edir


İran Ermənistana yeni səfir təyin edir

İran Ermənistana yeni səfir təyin edəcək. Bu barədə İranın "Isna" agentliyi məlumat yayıb. Bildirilib ki, ölkənin Suriyadakı keçmiş səfiri Mehdi Subhani Ermənistana göndəriləcək. Ermənistandakı hazırkı səfir Abbas Bədəxşan Zohurinin hansı ölkəyə göndəriləcəyi açıqlanmayıb.
30-03-2023, 23:18
Ermənistanın bu addımı Rusiyada etiraz doğurub - Zaxarova


Ermənistanın bu addımı Rusiyada etiraz doğurub - Zaxarova

"Bu mövzu ən yüksək səviyyədə təmaslar zamanı müzakirə olunmalı mövzudur". Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutu ilə bağlı qərarını şərh edərkən deyib. Zaxarova danışıqların təfərrüatlarını açıqlamayıb və brifinq zamanı bildirib ki, Moskva bu məsələnin müttəfiqliyə uyğun və qarşılıqlı olaraq məqbul variantda həllinə ümid edir. Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi ötən həftə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Ermənistanın bu addımı Rusiyada etiraz doğurub. Belə ki, Roma Statutuna əsasən Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edərsə, bu ölkədə həbs olunmalıdır. Əks halda Ermənistanın özünü ağır cəza gözləyəcək.
30-03-2023, 23:14
Çin yerdəki dəyişiklikləri izləmək üçün fəzaya peyklər buraxıb


Çin yerdəki dəyişiklikləri izləmək üçün fəzaya peyklər buraxıb

Çin yer qabığındakı dəyişiklikləri izləmək üçün istifadə olunan InSAR peykini fəzaya buraxıb. 4 belə peykin buraxılması "Long March" raketi ilə Saanşi əyalətindəki mərkəzdən həyata keçirilib. Sözügedən peyklər radar dalğaları ilə yer qabığının hərəkətlərini yüksək dəqiqliklə təsbit edir. Qurğu zəlzələlər, vulkan püskürmələri, buzlaqların əriməsi, sürüşmə və çökmə nəticəsində yaranan deformasiyaları öyrənmək üçün istifadə olunur.
30-03-2023, 16:59
ABŞ START öhdəliklərini pozur - Rusiya XİN


ABŞ START öhdəliklərini pozur - Rusiya XİN

"START çərçivəsində bütün növ məlumat mübadiləsi Rusiya Federasiyası tərəfindən dayandırılıb". Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. "Lakin könüllülük əsasında Moskva raket buraxılışları haqqında məlumat verməyə davam edəcək. ABŞ isə buraxılışlar barədə məlumat verməkdən imtina edərək START öhdəliklərini pozur. Rusiya Federasiyası Zaporojye AES ətrafında məsələ ilə bağlı nöqtə qoyulana qədər Qrossi ilə daimi əlaqə saxlayır. Kiyev təhlükəsizlik məsələlərinə məhəl qoymur və bu məsələni siyasi ambisiyalarına qurban verməyə hazırdır", - deyə o bildirib. Qeyd edək ki, Rusiya START müqaviləsində iştirakını dayandırıb.
30-03-2023, 16:55
Ermənistanda dövlət bayrağına hörmətsizliklə bağlı məsuliyyət sərtləşdiriləcək


Ermənistanda dövlət bayrağına hörmətsizliklə bağlı məsuliyyət sərtləşdiriləcək

Ermənistanda dövlət bayrağına hörmətsizliyə görə hüquqi məsuliyyəti sərtləşdiriləcək. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bayraqla bağlı tələblər bunlardır: o, təmiz və zədələnməmiş olmalıdır və yerdən 2.5 metr hündürlükdə yerləşməlidir. Bu tələblərin pozulmasına görə təxminən 120 dollar, vəzifəli şəxslər üçün isə 250 dollar məbləğində cərimə nəzərdə tutulur. Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, müntəzəm olaraq qaydaları pozan məmurlar işdən azad edilməlidir. Həyətində və ya eyvanında bayraq asmaq qərarına əsasən sadə vətəndaşlar da nəzarətə götürüləcək.
30-03-2023, 16:38
Azərbaycanla sülh gündəliyinə sadiqliyimizi təsdiqləyirik - Paşinyan


Azərbaycanla sülh gündəliyinə sadiqliyimizi təsdiqləyirik - Paşinyan

"Bütün çətinliklərə baxmayaraq, Ermənistan hökuməti sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. “Ümid edirik ki, yaxın gələcəkdə həm Bakının Qarabağ erməniləri ilə danışıqlar formatında, həm də Ermənistan-Azərbaycan formatında konkret dəyişikliklər baş verəcək. Ermənistan Respublikası buna hazırdır", - deyə o bildirib. "Təbii ki, bu kontekstdə müvafiq beynəlxalq mexanizmlərin və təminatların həyata keçirilməsi olduqca vacibdir”, - deyə Paşinyan söyləyib.
30-03-2023, 13:26
Ermənistan və Çexiya hərbi əməkdaşlığı gücləndirir


Ermənistan və Çexiya hərbi əməkdaşlığı gücləndirir

Ermənistan və Çexiya hərbi-texniki əməkdaşlığı gücləndirir. Ermənistan Nazirlər Kabineti dövlətlərarası saziş layihəsini təsdiqləyib. Bildirilib ki, ölkələr təhsil müəssisələrində mütəxəssis və texniki kadrların hazırlanması sahəsində birgə fəaliyyət göstərəcəklər.
30-03-2023, 13:22
Yaponiyadan Ukraynaya 470 milyonluq yardım


Yaponiyadan Ukraynaya 470 milyonluq yardım

Yaponiya Ukraynaya 470 milyon ABŞ dolları məbləğində humanitar yardım ayırıb. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, vəsait minalardan təmizləmə və dağıntıların aradan qaldırılması üçün mühəndis avadanlıqlarının alınmasına sərf olunacaq. Həmçinin humanitar yardımın Rusiyanın zərbələri nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpasına yönəldiləcəyi qeyd edilib.
30-03-2023, 13:19
Quterreş Lavrovla görüşməyə hazır olduğunu bildirib


Quterreş Lavrovla görüşməyə hazır olduğunu bildirib

BMT-nin baş katibi Antonio Quterreş Nyu-Yorka gözlənilən səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyə hazır olduğunu bildirib. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib. “Əgər o, Nyu-Yorka gələrsə və görüş tələb olunarsa, baş katib, təbii ki, onunla görüşəcək. Baş katib ora gələn nazirlər və dövlət başçıları ilə görüşür. Quterreş öz işini görmək üçün kimlə danışmalıdırsa, onunla danışacaq”, - Düjarrik əlavə edib.
30-03-2023, 13:15
Qazaxıstanın baş naziri müəyyənləşdi


Qazaxıstanın baş naziri müəyyənləşdi

Qazaxıstan parlamentində yeni hökumət kabinəsinin formalaşdırılması ilə bağlı səsvermə keçirilib. Alixan Smailov yenidən Qazaxıstanın baş naziri seçilib. Səsvermə zamanı onun namizədliyinin lehinə 82 deputat, əleyhinə isə 7 deputat çıxış edib. 8 parlamentari isə bitərəf qalıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!