Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 10-06-2023, 10:07
Rusiya İran PUA-dan aktiv şəkildə istifadə edir - ABŞ rəsmisi


Rusiya İran PUA-dan aktiv şəkildə istifadə edir - ABŞ rəsmisi

Rusiya son həftələrdə Kiyevə zərbələr endirmək və Ukrayna əhalisini terrora məruz qoymaq üçün İran istehsalı pilotsuz uçuş aparatlarından (PUA) aktiv şəkildə istifadə edir. Bunu Ağ Evin sözçüsü Con Kirbi deyib. O vurğulayıb ki, Ukraynada davam edən müharibə fonunda Rusiya-İran hərbi tərəfdaşlığı dərinləşir. Ağ Ev rəsmisinin sözlərinə görə, PUA-lar İranda istehsal edilib, Xəzər dənizi üzərindən daşınıb və sonra Rusiya qüvvələri tərəfindən Ukraynaya qarşı istifadə edilib. Kirbi qeyd edib ki, Rusiyanın gələn ilin əvvəlində tam şəkildə fəaliyyətə başlaya biləcək PUA istehsalı zavodunun tikintisi üçün lazım olan materialları İrandan aldığı barədə dəqiq məlumatlar var. “Biz narahatıq ki, Rusiya İran PUA-larını öz ərazisində istehsal etmək üçün işləyir”, - Kirbi bildirib.



Xəritə: İran Rusiyaya PUA-ları bu marşrutla göndərir

Ağ Ev PUA-ların daşınma istiqamətini göstərən xəritəni və Rusiyada PUA istehsalı planlaşdırılan ərazinin peyk görüntülərini yayıb. Məlumata görə, Rusiya İran PUA-larını Alabuqa xüsusi iqtisadi zonasında istehsal etmək istəyir. Kirbinin sözlərinə görə, İran və Rusiya arasında dəstək hər iki istiqamətdə gedir. Belə ki, İran Rusiyadan helikopterlər və radarlar da daxil olmaqla milyardlarla dollar dəyərində hərbi texnika almaq niyyətindədir.



Peykdən çəkilən foto: Rusiyanın İran PUA-larını istehsal etmək istədiyi Alabuqa xüsusi iqtisadi zonası

"Rusiya İrana misilsiz müdafiə əməkdaşlığı, o cümlədən raket, elektronika və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq təklif edir. Bu, Ukrayna, İranın qonşuları və beynəlxalq ictimaiyyət üçün zərərli olan tammiqyaslı müdafiə tərəfdaşlığıdır. Biz bu fəaliyyətləri ifşa etmək və pozmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edirik və biz daha çox şey etməyə hazırıq”, - sözçü deyib. Ağ Ev dronların ötürülməsinin Birləşmiş Millətlər Təşkilatının qaydalarının pozulması olduğunu və ABŞ-ın iki ölkəni məsuliyyətə cəlb etməyə çalışacağını bəyan edib. “Biz İran hərbi texnikasının Rusiyaya ötürülməsində iştirak edən aktorlara qarşı sanksiyaları davam etdirəcəyik”, - Kirbi vurğulayıb. Xatırladaq ki, ABŞ Rusiyaya PUA tədarükünə görə İranın hərbi şirkətlərinə sanksiya tətbiq edib. İran Rusiyaya PUA göndərdiyini etiraf edib, lakin onların müharibədən əvvəl tədarük edildiyini bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!