Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Mer və ailəsi rüşvətə görə saxlanıldı .....                       
Tarix : 4-03-2019, 07:37
Qıpçaqların tarixi haqqında kitab nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, professor, tarix üzrə elmlər doktoru, tarixçi və etnoloq Rauf Hüseynzadənin “Dəşt-i-qıpçağın türkləri və ətraf dünya: köçəri çölü və oturaq vahənin simbiozu” monoqrafiyası nəşr edilib.
İnstitutdan bildirilib ki, əsərin elmi redaktoru antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, elmi rəyçilər isə tarix üzrə fəlsəfə doktorları Emil Kərimov və Yunis Nəsiblidir. Rus dilində çapdan çıxmış monoqrafiyanın mövzusu türkdilli ailəyə mənsub etnosların, həm də onlarla bağlı Avrasiyanın xalq və ölkələrinin keçmişini əhatə edir.
Əsərdə Qıpçaq çölü türklərinin ətraf dünya ilə münasibətləri nəzərdən keçirilir. Orta əsrlərdə türklər tərəfindən yaradılmış dövlətlər arasında ən uzunömürlü, 600 illik Sir-Qıpçaq xaqanlığının tarixinə xüsusi toxunulur. Müəllifin göstərdiyi kimi, qıpçaqların varisləri çağdaş dövrümüzdə Mərkəzi, Ön və Kiçik Asiyada, Qafqazda və Şərqi Avropada yaşayırlar. Əsərdə ərazi-tarixi diapazonunda hunlardan qıpçaqlara kimi Dəşt-i-Qıpçaq arealında köçəri çölünün oturaq vahə ilə münasibətlərinin qanunauyğunluqları təhlil edilib. Tədqiq edilən dövrdə ölkələrin, tayfa və xalqların hərbi-siyasi süjetləri, etnogenez və qlottogenez problemləri xüsusi olaraq vurğulanıb.
Əsər etnoloq, türkoloq, orta əsrlər üzrə ixtisaslaşan tarixçilər, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!