Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 24-07-2019, 08:01
XƏYALIMDA AĞ IŞIQLAR YANIR...
(Bütöv Azərbaycan Turanın parlaq Günəşidir” əsərinin davamı)

İndi də xəyalımda yanan ağ işıqların çoxlarına nə qədər qəribə gəlsə də uğurlu tarixi mərhələyə qədəm qoyduğunu, yəni ağ zolağa, ağ günə çevrildiyini, xoşbəxt dövrana yetişdiyini oxucularıma müjdə vermək istəyirəm. Bildiyiniz kimi “Xəyalımda ağ işıqlar yanır” əsərimi Oğuz Türklərinin əzəmətli oğlu, istiqlal fədaisi Abbas Lisaniyə həsr edirəm. Azərbaycanın istiqlal fədailəri, vətən aşiqləri olan Səttarxan Səlari-Milli, Məhəmməd Əmin Rəsulzadə, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvərinin adları sırasına artıq yeni bir istiqlal fədaimiz, vətən aşiqimiz Abbas Lisaninin adı da qoşulur. Yer kürəsində 50 milyondan çox Oğuz Türkünün yaşadığı bəllidir. Abbas Lisanini də fars şovinistləri, fars despotları 50 milyondan çox Oğuz Türklərinin Güneyli, Quzeyli Bütöv Azərbaycanına sahib durmalarını istədiyi üçün zindana salıblar. Deməli, Abbas Lisani Oğuz Türklərinin həm müasiridir, həm birliyinin ortaq məxrəcidir. Həm də O dünyada yaşayan 500 milyondan çox Türk övladının heyrətidir!!! Bəli, Abbas Lisani yalnız biz Oğuz Türklərinin deyil, bütün Türk dünyasının istiqlal aşiqi, mərdlik və qeyrət simvoludur. Bunu hər bir Türk övladı bilməlidir… Sözsüz ki, «İran» İslam Respublikasında insan kimi yaşamağın mümkün olmadığı qənaətinə gələn Abbas Lisani də Güney Azərbaycanını, Quzey Azərbaycanını tərk edən milyonlarla mühacirlər kimi dünya ölkələrindən birində mühacirət ömrü yaşaya bilərdi. Yaxud da imkanı daxilində xərabeyi-«İran»da öz biznesini qurardı. Amma Abbas Lisani bu yollardan heç birini seçmədi. O, yalnız Oğuz Türklərinin və dünya Türklərinin azadlığı və hüriyyəti yolunu seçdi. İndi biz Oğuz Türkləri də, dünya Türkləri də onun azad olunması üçün istiqlal savaşına qalxmalıyıq. Onu həbsdən xilas edib, onun istəklərini həyata keçirməliyik. Bir haqq vergili şair kimi cümlə Oğuz Türklərinə yalnız bunu deyirəm: «Hərgah xırda məişət qayğıları başımızı qatsa, Abbas Lisanini həbsdən azad edə bilməsək anamızın südü, atamızın öyüdü və bu vətənin bütün haqqı-sayı bizə haram olsun”.

Türk dünyasının iki siyasi xadimi Rəcəb Təyyub Ərdoğanın və Nursultan Nazarbayevin işıqlı simalarını, nurlu əməllərini öz əsərlərimdə son illərdə dönə-dönə qələmə almışam. Rəcəb Təyyub Ərdoğana həsr etdiyim «Buna çox-çox şükürlər olsun Rəcəb Tayyub Ərdoğan!!!» poemamda onun Türkiyə Respublikası və Türk dünyası üçün gördüyü misilsiz işlərdən və dünya siyasətində mütərəqqi rolunu olduğu kimi göstərmişəm. Bu poemamı müxtəlif qəzetlərdə və internet saytlarında dərc etdirmişəm. Poemamın internet sayıtlarında 10 minlərlə oxucular tərəfindən izlənildiyini gördüyümdən bir daha Rəcəb Təyyub Ərdoğanın Türk dünyasının və dünyanın sevimli oğlu olduğu qənaətinə gəlmişəm.

«Tanrı eşqim Turan eşqimdir» poemamda Türk dünyasının möhtəşəm dövrünü, qədim və orta əsrlər dövrünü qələmə almışam. Eyni zamanda, bu poemamda həm görkəmli dövlət xadimi Rəcəb Tayyub Ərdoğan, həm də Türk

dünyasının digər görkəmli dövlət xadimi Nursultan Nazarbayev haqqında da ürək sözlərimi söyləmişəm. Bu poemam da oxucular tərəfindən sonsuz məhəbbət və ehtiramla qarışlanmışdır. İndi də Türk dünyasının qeyrət və heyrət simvolu olan istiqlal və vətən aşiqi Abbas Lisani haqqında «Zülmətlərdə parlaq al Günəşimizdir!!!» poemamı qələmə almaq istəyirəm. Abbas Lisaninin fars irticası və şovinist rejimi tərəfindən həbs olnuduğu indiki vaxtda öz əsərlərimin əbədi qəhrəmanları Rəcəb Təyyub Ərdoğana və Nursultan Nazarbayevə də ərklə deyirəm: «Hallıqla qazandığınız siyasi nüfuzunuzu və qüdrətinizi göstərərək Abbas Lisaninin azadlığa çıxması üçün siz də öz köməyinizi əsirgəməyin. Bəri başdan Sizi də, Türk dünyasınının digər mütərəqqi övladlarına da, tərəqqipərvər bəşəriyyəti də, bəşəri Türk demokratiyasının dünyaya nur yayması ilə nəricələnən, xəyallardakı ağ işıqların ağ günlərə çevirməsini, ağ dövranın gəlməsi münasibəti ilə müjdələyirəm, Sizə və cümlə-bəşər övladlarına bu yolda uğurlar, can sağlığı və xoşbəxtlik arzulayıram!!!”

İndi də Abbas Lisani haqqında yazdığım «Xəyalımda ağ işqılar yanır» əsərimin qalan hissəsini diqqətinizə çatdırarım.

Deməli, bu çətin suala cavab verməyimiz üçün bütün elmlərdən məntiqi nəticələr çıxarmalıyıq və Gəncəli Nizami demişkən din elmini və təbabət elmini əsas götürməliyik. Təbabət elminə görə insan ana bətnində yaranmağa başlayan anda Tanrının ruhu iks iks, yaxud iks ikrik xromosomlardan əmələ gələn bir hüceyrəli embiryona daxil olur. Aydındır ki, doqquz ay ərzində bu bir hüceyrəli embiryon ana bətnində bölünüb çoxalır və doqquz ay müddətində körpə uşaq şəklini alaraq dünyaya gəlir. Körpə bu dünyaya gələndə onun ruhu anasının ruhu ilə həmahəng olur. Bildiyimiz kimi insanın ruhu Tanrı ruhu (enerjisi) oluduğu üçün ölməzdir. Lakin insanın ruhu yaşadığı müddətdə tutduğu bədxah və xeyirxah əməllərdən asılı olaraq tutqunlaşa və nurlana bilir. İnsanlar xeyirxah adamlarla üz-üzə gələndə onunlva söhbət etməzdən qabaq insan onun aurasından xoşhal olur. Bəd əməllərlə məşğul olan insanlarla insan üz-üzə gələndəsə insan onun mənfi aorasının təsiri ilə özünü pis hiss edir. Bir sözlə, insanların ruhlarını nurlandırmasının ən birinci üsulu gözəl düşünmələri, gözəl əməllər görmələri, oruc tutmaları, namaz qılmaları və həftədə 36 saat ac qalmaları ilə bağlıdır.

Bəşəriyyət bəşəri fəlakət, xaos və bəşəri inqilab qarşısında qaldığından bütün bəşər övladlarının (yəni oliqarxlardan qeyri hamının) çox ciddi şəkildə aclıq aksiyalarının keçirməsi vacibdir. Bu günlərdə çox xoşagələn iş olar ki, Abbas Lisanini azadlıqdan mərhum edən məhkəmə də, prokuror da Abbas Lisanini özünə düşmən bilən «İran» İslam Respublikasının Prezidenti Həsən Ruhani də “İran” İslam Respublikasının ali dini lideri Ayətulla Homeyni də «İran» İslam Respublikasına qazanc məqsədilə hərbi müdaxilə etmək istəyən ABŞ prezidenti Donalt Tramp da digər müsəlman dövlətlərinin başçıları da aclıq aksiyasına başlaya. Bəli, bu “başbilənlər” aclıq aksiyası keçirəndən sonra Abbas Lisaninin nə demək istədiyini başa düşə bilər.

Elə ki, aclıq aksiaysına düzgün əməl edilir, zəhərli maddələri yanır, yaranan müsbət ererji nəticəsində bədənimizdəki bütün hücyerələr yeniləşir, təzələnir, insanın düşüncəsi kimi ruhu da saflaşır, insanın həm zahiri, həm də batini gözəlləşir. İnsanın ruhunu həm fani, həm də axirət dünyası oxşayır. Deməli,

insanın hər iki dünyasının cənnət olması üçün onun gözünün, könlünün toxluğu ən vacib şərtdir. Gözü tox olmayan insan “Qurani-Kərim”də vəhşi eşşək kimi xatırlanır. İndi də Quzey və Güney Azərbaycanın mamırlamış məmurları timsalında onların bədənlərinin və ruhlarının mövcud vəziyyətlərinə diqqət yetirək. Bu məmurlara görə yaşamaq riyakarlıq, rüşvətxorluq, şəhvət, sərvət düşgünü olmaq və qarınqululuqdan ibarətdir. Bu məmurların hamısı alçaq, iyrənc və yaramaz olduqları üçün həqiqətdən qorxurlar və camaatdan qaçırlar, yalnız bir-biriləri ilə münasibətlər qururlar. Bir sözlə, onların hamısını insani münasibətlər, böyük amallar, qohumluq əlaqələri deyil, pul, vəzifə və heyvani ehtiraslar birləşdirir. Bir sözlə, onlar yeməklərini camışdan betər tıxayıb, itdən betər hapur-hapur yal içirlər, onların eşşək «eşq»i haqqında Mövlanə Cəlaləddin Rumi belə deyib:

Onlar şəhvətin adını «eşq» qoyublar,

Əgər bayağı şəhvət eşq sayılsaydı,

Onda eşşəklər Eşq sultanı olardı.

Nəsimisə belə deyib:

Dil bazarçısı yalandır, varmazam bazarına,

Gerçək olmaz əgri dil, inanmazam iqrarına.

Sadiq oldur dilini könli ilə bir eyləyə,

Əgri dildən nəsnə gəlməz, durmuşam inkarinə.

Varı möhnətdir cahanın nə nə umarsan, ey könül,

Lənət olsun bu cahana, həm cahanın varinə.

Dilbəri oldur kimin kim, fani dünya aqibət,

Keçdi ömrü doymadı, irişmədi dildarinə.

Təxtə çıxmaq istəməz Mənsur olan ya minbərə,

Hər ki, Mənsur oldu çıxdı şahi-eşqin darinə.

Dünyanın nazü-nəimi cifədir, yəni nəcis ,

Ey könül, tahirsən axır sunma əl murdarinə.

Həq bilir işini, səbr et fariq ol qüssə yemə,

Vəqti yetsin bu cahanın qoy və qatlan karinə.

Hic gül olmaz dikənsiz, hic şadi qüssəsiz,

Dərmə gülündan anın, cun gülü dəğməz xarinə.

Cün Nəsiminin qəmindən Fəzli-hər vaqif dürür,

Qəm degil gər kimsə olmaz mütəlle əsrarinə.

Aclıq aksiyasının insan orqanizminə və ruha təsirini və Bütöv Azərbaycan Türklərinin, Türküstan ellərinin, Turanın, bütöv Azərbaycanın istiqlal mücahidi Abbas Lisaninin aclıq aksiyasının davamı olaraq yer üzündəki hər Türk övladı Seyid İmaməddin Nəsimi kimi düşünərək “Dünyanın nazü nəizmi-cifədir, yəni nəcis. Ey könül tahirsən axır sunma əl murdarinə” - deyərsə və aclıq aksiyasına qoşularsa həm özləri, həm də digər bəşər övladları qəflətdən ayılar, həm də Abbas Lisani azadlığa çıxar, həm də bəşəriyyət fəlakətdən xilas olar. Bəli, biz bəşər övladı hamımız Adəm ağacının şaxələriyik. Bizim birimiz o birimizə zülm edirsə, onu söyürüksə, döyürüksə, haqqını tapdalayırıqsa, onu aldadır, barmağamıza dolayırıqsa, həyatına qəsd ediriksə, xülasə nə ediriksə özümüzə edirik. Bəli, insanın bu fani dünyanın naz-nemətlərindən üz döndərtmək üçün aclıq hikmətini anlamasına dair əsərlər yazsaq bu min-min qalın cilidlər dolu kitablara sığmaz. Əslində belə kitabları qədim hind brəhmənləri yazmışlar, yoqlar da buna əməl edərək insanın daxili orqanlarında yaranan Günəş enerjisi ilə möcüzələr yaratmışlar. Bu sözləri yaponlar, koreyalılar haqqında da söyləmək olar. Bəşəriyyətin ən dahi filosoflarından olan Çin filosofu Konfutsinin də ölməz fikirləri ona cismani və ruhani saflığı bəxş edən aylarla keçirdiyi acqalmalarının bəhrəsidir. Biz türklərin və bəşəriyyətin ən möhtəşəm sivilzasiyası dövrü İbrahim və İsmayıl peyğəmbərin peyğəmbərlik və hökmdarlıq dövrləri olmuşdur. Bu dövrün insnaları da mütəmadi olaraq cismlərinin sağlamlığı və ruhlarının saflaşması üçün bir ilin bir ayini oruc tutmuşlar, iki ayınısa ac qalmışlar.

Eyni zamanda, aclıq aksiyası zamanı həkimlər aclıq aksiyası keçirənlər üçün sakitliyin təmin edilməsinə xüsusi diqqət yetirməlidirlər. Onları ziyarətə gələnlərə ən çoxu bir saat vaxt verilməlidir. Bu vaxtın da təxminən yarım saatı aclıq aksiyası keçirən şəxslərin ailə üzvləri, yaxın qohumları, məslək və əqidə dostları, digər yarım saatı da mətbuat işçiləri üçün ayrılmalıdırlar. Hərgah Abbas Lisaninin günahsız olaraq həbs edilməsinə qarşı Ərdəbillilər fədakarlıq göstərərək aclıq aksiyalarına başlayarlarsa və bu aclıq aksiyaları da onda tezliklə Qacarlar dövlətinin digər böyük şəhərlərini, qəsəbələrini, kəndlərini bürüyər. Bu aclıq aksiyalarını çox çəkməz ki, Güney Azərbaycanının xarici ölkələrdə yaşayan Oğuz Türkləri də davam etdirər və yaşadığı ölkələrin əhalisinin diqqətini də Abbas Lisaniyə qarşı törədilən bu haqsızlığa cəlb edərlər. Nəhayət, bu aclıq aksiyasına Quzey Azərbaycanının bir çox siyasi hüquqları tapdalanan Oğuz Türkləri də başlayar. Tezliklə Quzey Azərbaycanın paytaxtı olan Bakı şəhərində Oğuz Türklərinin aclıq aksiyaları keçirmək üçün təşkilat komitələri yaradılar. Beləliklə, öz istiqlalı uğrunda Oğuz Türklərinin keçirdiyi aclıq aksiyası Quzey Azərbaycanını da bürüyər. Beləliklə də, tərəqqipərvər bəşəriyyətin ən işıqlı simaları - şairləri, filosofları, politoloqları, diplomatları, siyasi xadimləri, dövlət başçıları, Nobel mükafatı laureatları, mütəfəkkirləri Güney və Quzey Azərbaycanında aclıq aksiyası keçirənləri ziyarətə gələrlər. “Türküstan” qəzetinin əvvəlki sayında qeyd etdiyim kimi bir neçə dəfə səssiz-səmirsiz aclıq aksiyası keçirmişəm. Yəni o aclıq aksiyalarım bu əsl aclıq aksiyam üçün hazırlıq məşqlərim olub. Ümumiyyətlə, aclıq və aclıq aksiyalarına səbəb bunları deyə bilərəm: “Dünyanı bürüyən aclığa və bu səbəbdən aclıq aksiyalarının keçirilməsinin əsl səbəbi dünya sərvətinin insanlar

arasında anormal şəkildə (yəni ədalətsiz) bölünməsidir. Müasir dünyanın sərvətinin 99 faizdən çoxu əməlləri çox ləkəli, qorxulu, könül bulandıran oliqarxların ixtiyarındadır. Bu dinsiz, qansız oliqarxlar da çox amansız qanunlarla hələ ki, bəşəriyyəti idarə edirlər. Nəticədə, dünya idarə edilməz həddə çatıb. Bir çox Şərq ölkələrini aclıq, səfalət, dinlənçilik, pozğunluq, əyyaşlıq qorxulu xəstəliklər bürüyüb və bu təhlükəli sindromlardan Qərb ölkələri də sığortalanmayıb. Qərb ölkələri Şərq ölkələrinə baxanda hələlik pərdələnməyi, özlərini “abır”lı, “həya”lı göstərməyi bacarsalar da bəzən onlarda elə qorxulu xəstəliklər, fəlakətlər, dəhşətlər ortaya çıxır ki, şərqlilərin qərblilərə yazığı gəlir...

Bəllidir ki, dünya başbilənlərinin dünyanı idarə edən iki mötəbər təşkilatı var. Bunlardan birincisi BMT-dir, ikincisi də Avropa Şurasıdır. Amma bu da bəllidir ki, artıq bu mötəbər təşkilatlar öz nüfuzlarını sürətlə itirməkdədirlər. Bunun da əsas səbəbi belədir!.. Oliqarxların daha amansızlıqla dünya sərvətini qamarlaması və digər bəşər övladlarınınsa daha da yoxsullaşması və müflisləşəməsi. İxtiyar sahibi oliqarxlar elə qanunlar yazırlar ki, müflis vəziyyətinə düşən bəşər övladları ona əməl edə bilmirlər. Bəllidir ki, dünya yeni inqilab ərəfəsindədir. Bu informasiya təzə deyil. Bunu dilənçi də bilir, oğru, quldur da Avropa Şurası da, BMT-də.. Bu informasiyanısa ən birinci bilənsə 1952-ci ildən İngiltərənin kralişçası olan 93 yaşlı Yelizaveta xanım Ventsodur. Yelzaveta xanım da sözlərini həmin vaxtdan dünyanın aparıcı dövlətlərinin başçıları olan öz tanış-bilişlərinə belə deməkdədir: “Dünyanın libası yaman köhnəlib, lap cırıq-cırıq olub. Təzələyin bu libası”. Başbilənlərsə üçtəpə sağsağan kimi gözlərini döyüb, baş üstə desələr də silaha əl atırlar, taqqa-taraq salaraq deyirlər: “Bizim libas təzələmək üsulumuz budur. Hansı ölkəni deyirsən xaraba qoyaq, nə qədər insan deyirsən qıraq, çataq”. Doğrudur, indiyə qədər kraliça Yelizaveta xanım öz yaxın tanış-bilişləri olan dövlət başçıları ilə dünyanın libasını belə dəyişə bilib. Amma sonuncu Suriyada libas dəyişmə əməliyyatı sübut etdi ki, daha onun sözü işə keçmir. Yəni, kraliça daha dünyanı idarə edə bilmir. Çünki dünyanın libasını dəyişən kraliçanın özünün libasının dəyişilmək vaxtı çatıb... Yəni, kraliçanın özünün işi Allaha qalıb. Dünyanın libasının dəyişilmə əməliyyatı yalnız Məhəmməd Əmin bəy kimi elmi-helmi kamil olan siyasi korifey və onun məsləkdaşları tərəfindən mümkündür. Kraliçanın libas dəyişmək əməliyyatını düşündükcə yadıma qədim bir rəvayətimiz düşür... Belə rəvayət edirlər ki, qədim zamanda bir kişi bir şəhərə gedir. Axşam düşür. O gecələmək məqsədilə bir qapını döyür. Qapını onun üzünə qoca bir qarı açır. Qərib adam baxıb görür ki, bu otaqda qarıdan savayı bir qız, bir gəlin var. Otaqda kişi xaylağı olmadığından qərib adam qarıya deyir: “Mən qəribəm, gecələməyə yerim olmadığından qapınızı döydüm. Baxıb görürəm ki, mənim burda qalmağım düzgün deyil”. Qarı onun üzünə təbbəsümlə gülümsəyərək söyləyir: “Qonaq Allah qonağıdır. Özündən qabaq ruzusu gəlir. Sənin yatmağın üçün çarpayımız da var. Keç içəri”. Xülasə, qərib qonaq utana-utana içəri keçir. Olandan, qalandan yeyib-içir, bir qədər ordan-burdan söhbət edəndən sonra yatmaq istədiyini deyir. Ona yatmaq üçün yer salırlar. Ləmpənin işığını aşağı salandan sonra o, çarpayıdakı yataq yerinə uzanır. Qonaq nə qədər yatmaq istəsə də gecə yarını keçsə də onun yuxusu gəlmir. Bir az keçmir ki, qız öskürməyə başlayır. Qonaq qız öskürdüyü tərəfə getmək istəyəndə gəlin tərəfdən də öskürək səsləri gəlir. Qonaq ayağa durub

əvvəlcə qız tərəfə, sonra da gəlin tərəfə getmək istəyir. Bu dəmdə qonaq qarının öz-özünə bərkdən deyindiyini eşidir. Qonaqda maraq güc gəlir ki, görüm qarı öz-özünə nə deyir. Qonaq qarıya yaxınlaşanda qarının bu sözləri dediyini eşidir: «Eh, mənimki onsuz da Allaha qalıb». İndi ingilis kraliçası Yelzaveta xanımın dünyanın libasını dəyişmək fikri də Allaha qalıb. Nəsə dünyanın libasının necə dəyişilməsinə aclıq aksiyası keçirəndən sonra cavab verərik. Bu suala cavab vermək aclıq aksiyası keçirəndən sonra olduqca asandır. Necə deyərlər, belə suallara cavab vermək onda bir içim su kimidir, bir göz qırpımındadır.

Deməli, bəşəriyyət yeni qanunlarla idarə edilməlidir. Bu qanunların necə yazılmasısa bəşər övladlarının özlərindən asılıdır. Bəşər yaranandan bu günə qədər hələ dövlətlər Arktika və Antaraktida uğrunda müharibələr aparmayıblar. Bunun da səbəbi bəllidir. Bunlarda hansı sərvət var ki, buna sahib duran dövlətin də qazancı nə ola... Amma biz Quzey Türklərinin vətəni Azərbaycanın xeyrini biz Oğuz Türklərindən çox dünya ağaları götürürlər. Çünki Azərbaycanın yer üstü cənnət, yar altı xəzinədir. Rus da, ingilis də Qafqaz deyəndə hayıl-mayıl olurlar. Heç kim gözəl Qafqazı əlindən vermək istəmir. Elə buna görə də dünyanın ağıllı siyasətçilərindən olan, iki dəfə İngiltərənin baş naziri olmuş, 1953-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı alan, kapitalizmi hamını xoşbəxt eləyə bilməməkdə, sosializmi hamını dilənçi eləməkdə günahlandıran Uilyam Çörçilin Azərbaycan haqqında söylədiyi bu fikri qəribliyə salmaq olmaz: “Azərbaycan elə bir nazəndə gözəldir ki, (yəqin ki, Çörçil elə bir nazəndə gözəl əvəzinə əri ölmüş, yiyəsiz, sahibsiz ifadələrinin əvəzinə elə bir ifadəsini bir ədəbiyyatçı kimi yox, bir siyasətçi kimi işlətmişdir) onun heç kim dul qalmasına razı olmayacaq...

Xülasə, mətləbdən yayınmayım. Aclıq aksiysı ideyasının müəllifi kimi onu da deyim ki, mən həm dini, həm bədii, həm də elmi kitabları tez-tez mütaliə etməkdən yorulmuram. Dini kitabların hər ayəsini oxuyanda dərin-dərin fikirlərə dalıram. Bu ayələr içərisində ən çox xoşuma gələn ayə “İncil”dən bu ayədir: “Müdriklər dar qapılardan keçir, qoyun sürüsüsə genişliyə can atır”. Ona görə də istiqlal aşiqimiz Abbas Lisaninin aclıq aksiyası keçirdiyi vaxtdan onu azadlıqdan məhrum etdiyinə görə “İran” İslam Respublikasının fars-molla rejiminə qarşı Azərbaycan Oğuz türklərini Abbas Lisani azad olunana qədər aclıq aksiyası keçirməyə çağırmağımı düşünəndə “Incil”dən söylədiyim həmin ayəni xatırlamağınızı xahiş edirəm. Inanıram ki, kim müdrikdirsə, məni sözsüzdən anlayacaq. Kim də müdrik deyilsə, “Incil”də buyrulduğu kimi qoyun sürüsünə aiddir və mənim elə kəslərə deyiləsi heç bir sözüm yoxdur, onlar da gedib rahatca otlarını otlaya bilərlər. Mən bəzi qaraya ağ deyənlərə, şər qüvvələri öyənlərə, bütlərə sitayiş edənlərə, gələcək ağ günləri qapqara hesab edənlərə bunları demək istəyirəm: “Mən nəinki kiminsə acından ölməsini, heç ayağına daş dəyməsini belə istəmirəm. Mən əvvəlcə Oğuz türklərinin, sonra da cümlə-bəşər övladlarını şərə qarşı mübarizəyə qalxmağa, dünyanı nur libasına bürüməyə və insan haqlarını, hüquqlarını qorumağa, kamil insan adına sahib durmağa çağırıram. Həkim kimi bunları deyə bilərəm ki, şəxsən mənim özümün aclıq aksiyasını keçirməyimə səhhətim, sağlamlıq durumum qətiyyən icazə vermir. Belə ki, mən aclıq aksiyalarını aktiv şəkildə 1993-1995-ci illərdə keçirmişəm. 1995-ci ilin axırlarından bu günə qədər erroziyalı kolit xəstəsi olduğumdan (bu xəstəliyin necə ağır xəstəlik olduğunu, Kron xəstəliyi kimi çox

zaman ölümlə nəticələndiyini yalnız həmin xəstəliyə düçar olanlar və onu düzgün müalicə edən həkimlər bilir) aclıq aksiyası keçirməmişəm. Yalnız çox ehtiyatla oruc tutmuşam. 1995-ci ildən 2017-ci ilə qədər bir çox ağır xəstəliklərdən əziyyət çəksəm də 2017-ci ilin mart ayının 17-dən bu günə qədər də insult xəstəliyindən və onun fəsadı olan bədənimin sol tərəfinin keyiməsindən, ağır eşitmədən, görmə qabiliyyətimi itirilmə təhlükəsindən əziyyət çəkirəm. Buna görə də dəfələrlə müxtəlif xəstəxanalarda (Bir saylı şəhər xəstəxanasının neyrocərrahiyə şöbəsində, beş saylı şəhər xəstəxanasının nevrologiya şöbəsində, Əhmədli qəsəbəsində yerləşən nevrocərrahiyyə xəstəxanasında, Mərkəzi Klinikada və digər özəl klinikalarda) dəfələrlə müalicə olunmuşam. Xaricdə müalicə almaq istəsəm də istəyim hələ ki, arzu olaraq qalır. Bütün bunlara baxmayaraq yatmış vicdan sahiblərinin vicdanını oyatmaq məqsədiylə dediklərimin başlandığını, onun mərhələ-mərhələ baş tutduğunu görəndən sonra böyük şairimiz Mirzə Ələkbər Sabirin “Qarınca” təmsilindən bu beytləri deyərək:

Ufacıq işləri hünər sanma,

Böylə işlər keçər sühulət ilə.

Hünər oldur ki, bir böyük əməli,

Edəsən həll min süubət ilə.

Kişilər himməti dağı qoparır,

Kişi ol dağ qopar həmiyyət ilə!

Xassə, icrayi - əmri – millətdə,

Pişkam ol kəmali – cürət ilə.

Vətən uğrunda, millət eşqində,

Bəsli-can et xülusu niyyət ilə.

Iş apar, baş gedərsə qoy getsin…

Ad qalar, bəs deyilmi, millət ilə?!

Sonra da “Fisincan” şeirindəki bu beytlərini: -

Sanma əzdikcə fələk bizləri virlanlıq olur,

Un təmənnası ilə buğda dəyirmanlıq olur.

Qarışıqdır hələlik millətin istedadı, -

Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur!

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

Kim ki, insanı sevir-aşiqi-hürriyyət olur,

Bəli hüriyyət olan yerdə də insanlıq olar!

söyləyib aclığa başlayacağam. Haqq-ədalət bərqərar olana qədər İnşallah, haqq-ədalət də bərqərar olacaq!!! İndisə Abbas Lisaninin azad olunmasını düşünərək bu dördlüyü deyirəm:

Bəşər necə millət, necə lisandır,

Fani dünya sirlər dolu-müəmma.

Ölməyə nə var ki, ölmək asandır,

İnsan tək yaşamaq çətindir amma.

Sonda cümlə Oğuz türklərinə və bəşər övladlarına üz tutaraq Abbas Lisaninin azad olunması üçün onları təmənnasız aclıq aksiyası keçirməyə (yəni, ən humanist siyasi mübarizəyə) çağırıram, öz fikrimi bu dördlüyümlə ifadə edirəm:

Kimsəsizə arxa duran kimsəyəm,

Həzz alıram təmənnasız sağ oldan.

Yaranandan əbədilik “Xəmsə”yəm,

Nizamim də gəlib keçdi bu yoldan.

Qədim insanlar bir çox xəstəliklərdən ac qalmaqla şəfa tapırdılar. Aclıqla müalicə qədim insan məskəni olan Yerusəlimdə geniş yayılmışdı. Bundan min-min il sonralar aclıqla müalicə üsulundan Himalay dağlarının ətəklərindəki xalqlardan başlamış Amerika qitəsindəki xalqlara qədər bütün xalqlar aclıqla müalicə üsulundan geniş istifadə etmişlər. Müasir dövrdə də Himalay dağlarının ətəklərindəki xalqların çoxu aclıqla müalicənin bütün incəliklərini özündə saxlayan Tibet müalicə üsulundan istifadə etməkdədirlər. Eyni zamanda, Braziliyada yaşayan xalqlar da aclıqla müalicənin ən qədim üsullarından indi də istifadə etməkdədirlər. Tanrının ən qədim və sevimli Türk peyğəmbərlərindən olan ata-oğul İbrahim (bəllidir ki, İbrahim peyğəmbər bütpərəst Türk Azərin oğludur) və İsmayıl peyğəmbərlərin dövlərində elm-texnika o qədər inkişaf edib ki, insanlar nəinki Amerikaya, başqa planetlərə də gedib-gələ biliblər. Onların dövründə tibb elmi ən yüksək səviyyəyə çatmış, min yaşında ölən insan haqqında “cavan öldü” deyə söylənilmişdir. İnsan ömrü ən azı min beş yüz il, iki min arası olmuşdur. Həmin dövrdə aclıq vasitəsilə qanın laxtalanmasının qarşısı alınmış, cərrahi üsullarla iliyin və beynin köçürülməsi mümkün olmuşdur. Həyat enerjisi hüceyrə və toxumalarda qalan insanların öldükdən sonra həyata qaytarılması mümkün olmuşdur. O dövrün saf insanlarının, saf insan ruhunun sirlərinin inclikləri biz müasir insanların anlaya bilməyi qeyri-mümkündür. Xülasə, dediklərimi belə anlamaq olar ki, ac qalmaqla insanın bədəni və ruhu elə saflaşır ki, insanın ömür məzmunu və hər iki dünyası (fani və axiraət) onun ruhuna yazılır. Bu hikməti anlamaq üçün heç də insanın hər elmi bilməsi, onun psixoloq və psixiatr olması vacib deyil. Yəni, cism və ruhdan ibarət olan insan öz bədənini sağlamlaşdırmalıdır ki, onun ruhu da saflaşsın. Hərgah hüceyrələrdən ibarət olan insan cismi (orqanizmi) sağlam deyilsə, bu hüceyrələr içərisindəki zərərli

maddələrlə korlanar, belə insanın həzm, tənəffüs, ürək-damar, cinsiyyət, dayaq-hərəkət, əsəb sistemi sağlam olmaz, belə insanın ruhu da saf olmaz. Bu doğrudan da belədir. Odur ki, canı sağlam, ruhu nurlu olmayan insanların qurduğu dövlətlər də normal dövlətlər deyil, canı sağlam, ruhu nurlu olmayan bəşəriyyət də bədbəxt bəşəriyyətdir və məhvə məhkumdur.

Elə buna görə də Albert Eynşteyn “Bəşəriyyətin gələcəyi elmi, texniki tərəqqidən daha çox, onun əxlaqi və mənəvi saflığından asılıdır” - deməklə çox haqlı idi. Ağalar və qullar dünyasını idarə edən qanunları yığcam şəkildə böyük İtalyan yazıçısı Rafayello Cavanyoli belə ifadə etmişdi: «Qanun hörümçək torudur, milçəklər ilişib qalır, arılarsa onu deşib keçir». Doğrudan da Rafaellonun dediyi bu sözlər bəşər yaranandan bu günə qədər hökmü rəvandır. Bu günə qədər haqqı deyənlər, çox məşəqqətli, istirablı, sıxıntılı ömür yaşamışlar, ən faciəlisi isə bu olmuşdur ki, dünya varına, onun nazı-nemətinə meyl salmayan bu insanlara yazıb-yaratmağı da çox görmüşlər, onların susmadığını, gördükdəsə yumruqlarıyla nur gələn səmti taxamışlar, yəni onları (Mənsur Həllacı Sührrverdini, Eynəlquzzat Miyanəni, Nəsimini, Cordano Burunonu, Koperniki və digərlərini) öldürmüşlər. Haqqa divan tutan Fironlar, Nəmrudlar, Şəddatlar, allahlıq iddiasına düşən allahsızlar var-dövlət, eyş-işrət, şan-şöhrət düşgünlərisə dövlətlərini idarə edə bilməyəndə, ölkəni aclıq, səfalət, üsyan bürüyəndə murdar əməllərini ört-basdır etmək üçün ən ağır cinayətə əl ataraq müharibələr törətmişlər. Bu müharibələr nəticəsində də günahsız insanlar öldürülmüş, şikəst olmuş, ailələr məhv olmuş, körpələr, uşaqlar yetim qalmış, ölkələr xarabazarlığa çevrilmişdir. Bu dəhşətli mühirəbələri törədənlərsə daha çox insan qırdırıb, daha çox sərvət toplamışlar.

Bu gün dünyanı idarə edən oliqarxlar o qədər haram sərvət toplayıb, o dərəcə də quduzlaşmışlar ki, onlarda insafdan, mərhəmətdən əsər-əlamət yoxdur. Bu da səbəbsiz deyil. Çünki bu oliqarxların içərisində bir nəfər də olsun sağlam düşüncə, nurlu sima (ruh) sahibi yoxdur. Əlbəttə, 7 milyarddan çox bəşər övladından biri mənə sual verə bilər ki, axı dünya oliqarxlarının içində niyə sizin dediyiniz bir nəfər də olsun sağlam düşüncə və nurlu sima sahibi olmasın? Bu sualı nəzərə alaraq bunları deməyi vacib bilirəm: “Axı belə oliqarx necə ola bilər ki, onun hüceyrəsinin nüvəsi, stoplazması, geni haramla qidalanır. Onun çürük hüceyrələrdən ibarət bədəni necə sağlam düşüncə və nurlu sima sahibi ola bilər. Bir oliqarx ki, dünya dövlətlərinə yüksək faizlə sələmlər (kredit) verə, onun qazancı haram deyilmi, bir oliqarx ki, yüksək faizlə silah alveri edə, bir oliqarxın ki, qazancı müharibələrdən, insanın qanını tökməkdən, insan faciəsindən çıxa onun yediyi qan-irin, insanlarınsa çəkdirdiyi ah-nalə deyilmi? Belə oliqarx da heç namus, qeyrət nədir bilərmi? O özü də mavi olmazmı, bütün oliqarxları da maviləşdirməzmi, eşqi, ülviyyəti bəşəriyyətin qəlbindən yox etmək istəməzmi? Belə oliqarxları olan Yer kürəsini də Allah orbitindən çıxarıb bütün inni-cinniləri ilə kainatın içərisində yox etməzmi? Ələbttə, yox edər… Bunu heç gizlətmək də mümkün deyil. Belə oliqarxların idarə etdiyi bəşəriyyət fəlakət qarşısındadır. Adı bəlli, özləri naməlum olan, dünyanın 200-dən çox müstəqil dövləti də öz dövlət başçıları və onların mamırlamış məmurları ilə birlikdə camaatının gününü göy əskiyə bükməklə məşğuldurlar. Bəli, bu dövlət başçıları və onların məmurları da öz camaatı qarşısında çıxış edəndə, onların üzünə irişirlər, mırışırlar, onları xoşbəxt

eləməkdən dəm vururlar. Bir sözlə, bu siyasi dəllallar Valter Skot demişkən: - “Onların qulağına xoşuna gələn sözlər deyib, ciblərindən lazım olan qədər pul götürürlər”. Onların qəbul günləri olsa da, onlar qəbuluna gəlmək istəyən çox şikayətçinin ən azı 98 %-ni qəbul eləmirlər. Təsadüfən qəbul edəsi olsalar da onlara hələ də ümidini itirməyən o “binəva”lara, o “qoyun”lara, o “toyuq”lara, o “müqəvva”lara, o “hoyuq”lara ürəklərində (bu onların nəzərində belədir) qəşş edincə gülürlər. Sizcə belə alçaqlardan, belə kol dibində törəyənlərdən, belə anasının əmcəyini kəsənlərdən ümid gözləmək olarmı? Yaxud da onların idarə etdiyi dünya dağılmazmı? Dağılar və dağılır da??? Bəs bu dağılmanın qarşısını almaq mümkündürmü??? Atam-qardaşım, anam-bacım??? Mümkündürsə, necə mümkündür, bunu açıb deyək, mümkün deyilsə onda vəssalam, şüt də tamam…

Deməli, bu çətin suala cavab vermək bir nəfərin, on nəfərin, min nəfərin işi deyil. Bu suala sağlam düşünmə qabiliyyəti olan hər bəşər övladı öz düşünə bildiyi miqdarda cavab verməlidir. Bu fikrə düşən hər kəs də ac qalmalıdır ki, bədənini xıltdan, zərərli maddələrdən təmizləsin, qanı saflaşsın və fikri, düşüncəsi də aydın olsun. Ola bilər ki, bu suala cavab vermək istəyən şəxs mənim bu təklifimə irad tutar ki, ac başda nə ağıl olar, mən həmin sualına tox qarına da cavab verə bilərəm deyər. Mənim həmin şəxsə cavabım belədir: “Vallah-billah, belə çətin suala cavab vermək üçün ən birinci şərt ac qalmağındır. Özü də o qədər ac qalmalısan ki, bütün hüceyrələrin sağa çıxsın, ruhun saflaşsın. Bu sözümə qəti inanın ki, «ac başda ağıl olmaz» fikri çox səhv fikirdir. Anlayın və bilin ki, insanın ac qaldığı vaxtlarda başı, beyni çox tox olur. İndi də bu fikrimi tibb elmi nöqteyi-nəzərindən izah edim. Aydındır ki, ac qalan insan qida qəbul etmədiyindən insan orqanizminin bütün sistemlərinin, ələlxüsus da ürək-damar, mədə-bağırsaq, cinsiyyət və əsəb sisteminin iş prinsipi dəyişir. Aclıq aksiyası müddətində hüceyrə səviyyəsində gedən dəyişikliklərdən danışdıq. İndi də ürək-damar, mədə-bağırsaq, cinsiyyət və əsəb sistemində baş verən dəyişikliklər haqqında danışaq. Bəllidir ki, normal sağlam insanın bədənində 5 litr qan olur. Qanın da əsas funksiyası hüceyrə və toxumaları oksigenlə və lazım olan maddələrlə qidalandırmaqdır. Aclıq aksiyası dövründə mədə-bağırsaq yoluna (həzm sisteminə), ifrazat yoluna (böyrək, sidik kisəsinə və s.), qara ciyərə və s. (yəni olduqca az) orqanlara qan çox az gəlir. Mədə-bağarsaq dincəldiyi kimi qan yaradıcı orqanlar olan qaraciyər də, mədəaltı vəzi də, dalaq da, sümük iliyi də dincəlir, yeniləşir, təzələnir. Həmin dincəlmə prosesi qanın təmizlənməsində müstəsna rolu olan böyrəklərdə özünü xüsusilə göstərir. Son nəticə də belədir. Aclıq aksiyası müddətində daha faydalı şəkildə yuxarı qan dövranı vasitəsi ilə qan beyin qidalandırır, beynə çoxlu qan getdiyindən və beynə öz funksiyasını daha mükəmməl gördürə bilir. Həkimlər bu haqda ən dəqiq elmi fikri yalnız aclığı öz üzərlərində sınaqdan keçirdikdən sonra söyləyə bilərlər. Yoxsa ac qalmağın, aclıq fəlsəfəsinin nə demək olduğunu anlamadan həkimlərin söylədiyi sözlər, dəqiq fikirlər deyil, ehtimallar və mülahizələrdir. Bu sözlərimdən sonra da aclıq etmədən imtina etsəniz «ac başda ağıl olmaz» fikrini söyləsəniz sizə deyiləsi sözüm budur: «Tox olub ölməkdənsə, ac qalıb yaşamaq gözəldir».

Deməli, gəldiyimiz son nəticə belədir: «Tox olub ölməkdənsə, ac qalıb yaşamaq laz

düşünəcək: «Bu nə deməkdir? İnsan niyə tox qalanda ölməlidir? İnsan niyə ac qalıb yaşamalıdır?» İndi də bu suala cavab verək. Əlbəttə, bəşər cəmiyyətinin əksəriyyəti aclıqdan (yoxsulluqdan) əziyyət çəkməsəydi, bəşər cəmiyyətinin az bir qismi yarı ac, yarı tox yaşamasaydı, bəşər cəmiyyətinin lap az bir qismisə toxluqdan şişib, partlamaqdan, qudurğanlığın son quduzlaşma mərhələsində ifrat var-dövlət toplamadan, harınlaşmaqdan əndazəsini aşmasaydı nə belə anlaşılmaz, anormal vəziyyət yaranmazdı, nə də “tox olub ölməkdənsə, ac qalıb yaşamaq lazımdır!!!” kimi bəşəriyyətin 99 %-nə qəribə gələn bu ifadə yaranardı. Tox olub ölməkdənsə, az qalıb yaşamaq lazımdır!!! Aman Allah, nə qəribə ifadədir. Bəs ifrat sərvət bəşəriyyətin lap az qismi olan oliqarxların əlində necə toplanır? Oliqarxlar üçün belə münbit şəraitin yaranmasına səbəb nədir? Bu suala düzgün cavab versək, bugünkü anlaşılmazlığın, anormallığın, yoxsulluğun və bəşəri fəlakətin də əsas səbəblərini izah etmiş olarıq. Oliqarxlarda toplanan haram sərvət insan bədənindəki bəd xassəli şişə, yaxud da metataz vermiş xərçəng xəstəliyinə bənzəyir. Bəli, oliqarxlar bu haram sərvəti toplamaları üçün Yer kürəsindəki mövcud dövlətləri idarə edərkən onlara verilən kreditləri və bu kreditlərin ölkə daxilindəki dövriyyəsi və rüşvətin məmurlardan alınıb-verilməsi mexanizmini işə salırlar. Birinci kreditlərin verilməsi haqqında danışaq. Bəllidir ki, bu krediti böyük məbləğdə o qədər də böyük olmayan faizlə Qərb dövlətləri (yəni xristian dövlətləri) Şərq dövlətlərinə (əsasən müsəlman dövlətlərinə) verirlər. Kredit alan Şərq dövlətləri də Qərb dövlətlərinin onlara verdiyi bu sələmin üstünə bir xeyli də sələm qoyub onu amansızlıqla öz vətəndaşlarına verirlər. Bəllidir ki, onların verdiyi bu sələmi dövlət qanunvericiliyi əsasındadır, necə deyərlər bu sələm, “abır-həyayla” vətəndaşlara verilir. Bundan əlavə də qeyri-rəsmi sələm verənlər olur. Bu sələmi verənlər də dövlət sələm şəbəkə sisteminə məxsus daha tamahkar, daha alçaq adamlardır. Hərgah dövlət xaricdən krediti 3-5 faiz qaytarmaq şərti ilə alırsa da, onu öz vətəndaşlarına 27-30 faizlə verir. Amma qeyri-rəsmi sələmçiıər sələmi öz “sevimli arxadaşlarına» daha yüksək faizlə - 40-45 faizlə verirlər. Kreditin necə murdar əməl olması müqəddəs kitabımız olan «Qurani-Kərim»də dönə-dönə pislənir və Allahın mömin bəndələrini sələm alıb-verməkdən çəkindirmək üçün cənab Haqq-Təala belə buyurur ki, sələm alıb-vermək qardaşını öldürüb, ətini yeməkdən daha pis əməl, daha ağır günah, daha qorxunc cinayətdir. Söz yox ki, kredit verənlərlə, kredit alanların Allahın nəzərində günahları eyni deyil. Çünki kredit alanların krediti almasına səbəb onların hədsiz ehtiyac içində olmalarıdır. Kredit verənlərinsə krediti verməsinə səbəbsə kredit verənlərin tamahının həddindən artıq çoxluğu, onların dünya varına həris olmalarıdır. Amma əslinə qalsa, kredit alınmasının da, verilməsinin də əsas günahkarları dünya dövlətlərini idarə edən dövlət başçılarıdır. Elə buna görə də dövlət başçılarının ölkələrini ədalətlə idarə etməməsi ucbatından bəşəriyyət xəyanət və fəlakət girdabındadır. Indi bəşəriyyəti bu xəyanət və fəlakət girdabından yalnız keçirdiyi aclıq aksiyası çıxara bilər. Belə olduqda bəşər övladı dərindən anlayar ki, bu dünyada hər şey heç də var-dövlət və naz-nemət demək deyil. Hər bir insan yalnız bunu aclıq aksiyası nəticəsində orqanizmi zərərli xıltlardan təmizləndikdən sonra anlayır. Beləliklə, ən əvvəl insan öz murdar nəfsinə qalib gəlir. Sonra onun hüceyrələri təmizlənir. Canı, fikri, düşüncəsi sağlam olur, ruhu isə saflaşaraq daha da nurlanıb, ərşi-əlaya

yüksəlir. Bəli: - “İnsan ruhdan düşəndə, altındakı at da çapmır”, - deyən Çingiz xan bu qüdrəti nəzərə alır, yəni ruhu saflaşdırmaq qüdrətini!!! Biz bununla ruhu saflaşdırsaq fəlakət qarşısında qalan cümlə-bəşər övladlarını da, bu fəlakətə hamıdan çox düçar olan Güneyli, Quzeyli Azərbaycanın Oğuz türklərini də xilas edərik. Əlbəttə, ağıllı sözləri canı, ruhu sağ, saf olan sağlam düşüncə sahibləri deyərlər. Gəlin, elə sağlam məntiqlə də deyək: “Hanı bizim milli dövlətçilik ideyalarımız ki, həm itirilən torpaqlarımızı qaytara bilsin, həm də sosial ədaləti bərpa etsin, həm də insaları dinli-imanlı olsun”. Biz necə müstəqil dövlətik ki, bu dövlətin əhalisinin 85 %-dən çoxu Oğuz türküdür. Amma bu dövlətin Konstitusiyasında dövlət dili Azərbaycan türkcəsi deyil, Azərbaycan dili adlanır. Bu hansı ölkədə görünüb? Nə yaxşı ki, ABŞ-lılar, Kanadalılar, Braziliyalılar, nebolşevik dəyyuslar kimi düşünmürlər. Yaxşı ki, onlar da öz dövlət dilinə konstutsiyalarında ingilis dili deyirlər, ABŞ dili, Kanada dili, Braziliya dili demirlər. Allah kölənin köləsi olan neobolşeviklərə lənət eləsin. Köləlik haqqında “Köləlik elə şərəfsizlikdir ki, axırda kölə qoluna vurulan qandalı öpüb-oxşayır ki, nə gözəl qandalım var”, – deyən Hegelə də rəhmət eləsin!!! Aclıq aksiyası adlı təklifimə aid fikirlərimi belə yekunlaşdırıram. Tezliklə istiqlal fədaimiz Abbas Lisaninin həm azadlığa çıxmalıdır, həm də Güney, Quzey Azərbaycanının Oğuz türkləri istiqlal savaşına qalxaraq öz haqlarına sahib durmalıdır, yəni, Bütöv, Azad, Qüdrətli Azərbaycan dövlətini qurmalıdırlar. Bunun üçün də Azərbaycan Demokratik Dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin milli ideologiyası daha da dərindən mənimsənilməlidir, biz Oğuz Türkləri də onu daha da inkişaf etdirərək, həm özümüzü, həm də bəşəriyyəti fəlakət girdabından qurtarmalıyıq, həm də özümüzə qarşı qurulan fitnə-fəsadları yox etməliyik, fəlakətlərin arxasınca sürünməməliyik və fəlakətləri qabaqlamalıyıq, Yer üzünün gözü olan Azərbaycanımıza sahib durmalıyıq.

Azərbaycan Demokratik Cümhuriyyətinin Qurucusu, Milil Qurtuluş Hərəkatının Böyük İdeoloqu Məhəmməd Əmin Rəsulzadənin elmi irsi olduqca zəngindir. İstər Əmin bəy yaşadığı dövrdə, istərsə Əmin bəy haqq dünyasına qovuşandan sonra onun məsləkdaşları, onun elmi tədqiqatçıları, O vətən fədaisinin aşiqləri çox olsa da, əsil həqiqət budur ki, hələ də onun milli ideologiyasını onun səviyyəsində, ona layiq inkişaf etdirə bilən ikinci bir milli ideoloqumuz yetişməyib. Tariximizin indiki təlatümlü dövründə elə bir milli ideoloqa, Məhəmməd Əmin Rəsulzadə davamçısına hədsiz ehtiyacımız var. İnşallah ikinci belə bir milli ideoloqumuz tezliklə yetişər. Çünki bunu bizdən milli fəallığımızın artması üçün yetişən tarixi şərait tələb edir. Bu ideoloqun yetişməsi ilə də həm Oğuz Türkləri, həm də cümlə-bəşər övladları sosial ədalətin pozulmasından, bir sözlə, haqqın tapdalanmasından zilas olar. Məhəmməd Əmin bəy Azərbaycan tarixinin qədim dövrünü, orta əsrlər dövrünü, eyni zamanda XVIII - XIX - XX əsrlər dövrünü çox dərindən bilirdi. O, bununla bahəm qədim dünya tarixini Qərbin renessans dövrünü, ABŞ-dan Avropaya gələn demokratiya dövrünü də dərindən bilirdi. Və bu bildikləri də onun siyasi fəaliyyətində və Azərbaycan siyasət elmində öz əksini tapırdı. Poeziyamız Nizami kimi mütəfəkkir şairini, Nəsimi kimi yenilməz əqidə sahibi olan şairini yetirdi. Azərbaycan siyasət elmi də həm Nizami kimi mütəfəkkir, həm də Nəsimi kimi yenilməz olan siyasi korifeyi Məmməd

Əmin bəyi yetirdi. Məhəmməd Əmin bəy dünyanı heyrətə salan elə siyasət nəhəngi, elə ali demokratik təfəkkür sahibidir ki, cümlə-bəşər övladları bu təvazökar xilaskarını - Məhəmməd Əmin bəyi yetişdirdiyinə görə bütöv Azərbaycan torpağının da və onun məsləkdaşları olan Oğuz türklərinin də müqəddəs ruhları qarşısında dərin hörmət və ehtiramla baş əyir!!!

Bəli, əziz Oğuz Türkləri. İndi bizim boynumuza çox ağır yük düşür. Biz həm anamız Azərbaycanı erməni, fars, rus kimi yadelli işğalçılardan, həm də yer kürəsini fəlakətdən xilas etməliyik. Bunun üçün bütün Adəm övladları bu Tanrı hikmətindən ibrət alaraq düzgün nəticələr çıxarmalıdır: “Yer kürəsi kürə şəklindədir. Yer kürəsinin mərkəzi Azərbaycandır. Tanrı kainatın mərkəsində Günəşi yerləşdirib. Tanrı bütün kainatı onun planetlərini, peyklərini ulduzlarını yalnız Günəşin ətrafında dolandırdığı kimi, Yer kürəsindəki həyatı da yalnız Oğuz Türklərinin Vətəni olan bütöv Azərbaycanla nizamlayır. Bunu hamı, hamı, hamı anlamalıdır. Bəli, buna görə də həm biz Oğuz Türkləri, həm də digər Adəm övladları bilməlidirlər ki, Bütöv Azərbaycanın mövcud olmasına əngəl törədilməsi və onun Güneyinin, Quzeyinin kimlərinsə gəlir mənbələrinə çevrilməsi, xəyanətlə əridilməsi, əslində Yer kürəsinin məhv olması deməkdir. Heç kim də nüvə silahı ilə qürrələnməsin. Bu haqda da əsil həqiqət belədir: - Nüvə silahları olan dövlət başçıları əllərində atom, hidrogen bombaları oynadan şimpanzelərə, oranqutanlara bənzəyirlər. Ona görə də dünya ölkələrinin dövlət başçıları da, bütün xalqları da bu həqiqəti anlayana qədər aclıq aksiyaları keçirməlidirlər ki, Yer kürəsi dağılmaqdan, bəşəriyyət isə fəlakətdən xilas olsun. Yalnız bundan sonra insanlar dünya varının necə iyrənc olduğunu anlayarlar və dünya ölkələri sağlam ideyalarla, ədalətlə idarə olunar. İnsanlar sağlam düşüncə sahibləri olduqlarından, gözəl əməllər tutduqlarından bütün humanitar elm sahələri, ələlxüsus da tibb elmi sürətlə inkişaf edər, hərbi silahlar və siyasi riyakarlıq sıradan çıxar. Bütün fitnə-fəsadlar və müharibələr yox olar...

Davamı var.

FƏZAİL İSMAYIL BÖYÜKKİŞİ


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!