Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 13-09-2019, 14:26
Mərkəzi Elmi Kitabxanada “Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib - FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ədəbi proses-2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli 2014-cü ildən etibarən “Ədəbi proses-2018” mövzusunda keçirilən elmi-yaradıcılıq müşavirəsinin getdikçə tanındığını, ölkənin ədəbi qurumları və mətbuat orqanlarında maraq yaratdığını bildirib. Akademik qeyd edib ki, hər il məruzəçilərin sayı artır və ədəbiyyatşünaslarla yanaşı müşavirəyə yazıçılar da dəvət olunur. Belə müşavirələr ədəbi prosesin müxtəlif istiqamətlərinin daha dərindən araşdırılmasına təkan verir. İ.Həbibbəyli vurğulayıb ki, ədəbiyyat sərhədsizdir və ədəbi proses haqqında daha dərin və dəqiq araşdırmaların edilməsi üçün tədqiqatçılar dünya ədəbi proseslərini yaxşı bilməlidirlər. Akademik Çin, Pakistan və Hindistan ədəbiyyatını misal çəkərək, həmin ölkələrlə qarşılıqlı əlaqələrin olduğunu xatırladıb. Ölkəmizdə satira və uşaq ədəbiyyatı janrlarının inkişafının vacibliyini xüsusi vurqulayan İ.Həbibbəyli post modernizm, neorealizm, modernizm cərəyanlarına toxunub, onların Azərbaycan ədəbiyyatındakı nümayəndələrini misal çəkib. İnstitut rəhbəri, həmçinin sosial şəbəkə ədəbiyyatı anlayışı haqqında danışıb, bu janra aid məruzənin hazırlanmasının vacibliyini bildirib. Akademik artıq ənənəyə çevrilən müşavirəni ədəbi proses hərəkatı adlandırıb.
Sonra mövzu ətrafında məruzələr dinlənilib. Ədəbiyyatşünaslar ədəbi mənzərə, ədəbi tənqid, şeir, poema, povest, roman, hekayə, və ədəbi gəncliyə aid məruzələrlə çıxış ediblər.
Sonda məruzələr haqqında fikir və dəyərləndirmələr üçün söz yazıçı və tənqidçilərə verilib. Tədbirdə, həmçinin “Ədəbiyyat” qəzetinin, “525-ci qəzet”in, “Azərbaycan” jurnalının Baş redaktorları və Kulis.az saytının rəhbəri çıxış ediblər.
Çıxış edənlər keçirilən tədbirin təşkilatçılarına təşəkkürlərini bildirərək, səsləndirilən məruzələri yüksək qiymətləndiriblər.
Məlumat üçün bildirək ki, “Ədəbi Proses-2018” elmi-yaradıcılıq müşavirəsinin materialları “Ədəbiyyat” qəzetində, “525-ci qəzet”də və Kulis.az saytında çap olunur.
Mərkəzi Elmi Kitabxanada “Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib - FOTOLAR
Mərkəzi Elmi Kitabxanada “Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib - FOTOLAR
Mərkəzi Elmi Kitabxanada “Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib - FOTOLAR


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!