Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
Tarix : 1-07-2020, 12:50
Prezident Əmir Pəhləvana mənzil bağışlayıb

Bu günlərdə Azərbaycan Prezidenti görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana mənzil bağışlayıb. Bu, mənzil şəraitinə və əlavə yaradıcılıq otağına ehtiyacı olan ədib üçün ən böyük töhfədir.
Prezident Əmir Pəhləvana mənzil bağışlayıb

Bu barədə əməkdaşımızla söhbətində Əmir Pəhləvan bunları dedi:
"Dünyada COVİD-19 virusunun yayılması səbəbindən yaşanan gərginlik, narahatlıq və karantin rejimində doğma Azərbaycanımızda cənab Prezident İlham Əliyevin mənə bu cür qiymət verməsi gözlənilməz oldu.
Azərbaycan xalqının xoş güzəranı namınə keçirilən islahatların uğurla davam etdiyi bir dönəmdə mənə və ailəmə göstərilən bu diqqət və qayğını yüksək dəyərləndirirəm, çoxsaylı oxucularım və tamaşaçılarım adından cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan mədəniyyətinə və ədəbiyyatımıza xidmətimə görə şəxsimə göstərilən bu qayğı məni yeni həyat sevgisi ilə yeni ruhda, yeni enerjidə yazıb yaratmağa sövq edir.
Bu qiymətsiz hədiyyə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə mütamadi olaraq göstərilən diqqət və qayğının növbəti tərkib hussəsidir".
Xatırladaq ki, Əmir Pəhləvan 70 kitabın, 15 filmin, 2 teatr tamaşasının müəllifidir.Dünyanın bir çox nüfuzlu mükafatlarının sahibidir.40 kitabı Avropada, Amerikada, Almaniyada, Avstryada və başqa xarıcı dövlətlərdə nəşr olunub.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!