Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 3-10-2015, 13:16
“Borçalı” Cəmiyyəti və Avropa Türk Konfederasiyası qurbanlar kəsiblər

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli sentyabrın 24-də Borçalıda qurbanlıqlar kəsmək məqsədilə gəlmiş Avropa Türk Konfederasiyasının nümayəndələri Fatih Oğuz və Mehmet Şahini qəbul etmişdir. Qonaqlar konfederasiyanın rəhbəri Cemal Çetinin salam-dualarını və Qurban bayramı münasibətilə təbriklərini cəmiyyət sədrinə çatdırmışlar. Avropa Türk Konfederasiyasının genel sekretarı Fatih Oğuz Avropanın müxtəlif ölkələrində yaşayan türklərin Borçalıda yaşayan soydaşlarımıza 523 qurbanlıq qoyunun dəyərini göndərdiklərini dilə gətirmişdir. Zəlimxan Məmmədli Konfederasiyanın rəhbərliyinə və qurbanlıqlar göndərmiş avropalı soydaşlarımıza təşəkkürünü bildirmişdir.
“Borçalı” Cəmiyyəti və Avropa Türk Konfederasiyası qurbanlar kəsiblər

Qonaqlar həmin məbləğlə hər yeddi qoyunu bir dana ilə əvəzləyərək cəmi 76 dana almış, bunlardan ikisi Bakıda yaşayan “Borçalı” Cəmiyyətinin üzvü olmaqla daha çox ehtiyacı olan ailələrə, 74 dana isə kəsilib Gürcüstanda yaşayan soydaşlarımıza paylanmışdır. Qurbanlıqlar Dmanisi, Bolnisi, Marneuli, Qardabani, Qaraçöp, Telavi, Laqodexi rayonları, Muxran çökəkliyi, Tiflis və Rustavi şəhərləri üzrə paylanmışdır. Qurbanlıqların kəsilib paylanmasında qonaqlarla yanaşı “Borçalı” Cəmiyyətinin fəalları Elbəyi Cəlaloğlu, Roman Namazov, Osman Əhmədoğlu, Hüseyn Artıkoğlu, İsrafil Bayramov, Ramiz Bəkirov, İsmixan Məmmədli və başqaları iştirak etmişlər. Gürcüstanın müxtəlif bölgələrində soydaşlarımızla görüş zamanı Elbəyi Cəlaloğlu Cəmiyyət sədri Zəlimxan Məmmədli adından, Fatih Oğuz isə Avropa Türk Konfederasiyasının rəhbəri Cemal Çetin adından iştirakçıları salamlamış və təbrik nitqi söyləmişlər.
“Borçalı” Cəmiyyəti və Avropa Türk Konfederasiyası qurbanlar kəsiblər

Dmanisidə qurban kəsimi öncəsi rayonun icra başçısı Gogita Barbakadze “Borçalı” Cəmiyyətinin fəalları və Konfederasiyanın təmsilçilərini qəbul etmişdir. Tərəflər arasında səmimi görüş olmuş və fikir mübadiləsi aparılmışdır. Elbəyi Cəlaloğlu sədr Zəlimxan Məmmədlinin salam və təbrikini icra başçısına çatdırdıqdan sonra Elat bayramında iştirakı, açılış nitqi söyləməsi və bayrama mənəvi dəstək verdiyinə görə “Borçalı” Cəmiyyəti İH-nin təşəkkürnaməsini və Elat atributlarını Gogita Barbakadzeyə təqdim etmişdir. Görüş zamanı Zəlimxan Məmmədli və Salman Murğuzovun Gürcüstana keçidinə qoyulmuş yasaq qərarı bir daha rayon rəhbərinin diqqətinə çatdırılmış, bu qərarın əsassız olduğu vurğulanmışdır. Gogita Barbakadze və müavini Arif Süleymanov qurban kəsimlərində iştirak etmiş, təbrik çıxışları söyləmişlər.
“Borçalı” Cəmiyyəti və Avropa Türk Konfederasiyası qurbanlar kəsiblər
“Borçalı” Cəmiyyəti və Avropa Türk Konfederasiyası qurbanlar kəsiblər

Qurban kəsimləri uğurla başa çatdıqdan sonra Elbəyi Cəlaloğlu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və cəmiyyətin İH adından Avropa Türk Konfederasiyasının təmsilçiləri Fatih Oğuz və Mehmet Şahinə təşəkkürünü bildirmiş, Konfederasiya rəhbərliyinə, eləcə də qurbanlıqlar göndərmiş avropalı türklərə salam və sayğılarını ünvanlamışdır. Elbəyi Cəlaloğlu qonaqlara Cəmiyyətin simvolik hədiyyələrini və Elat atributlarını təqdim etmişdir. Sentyabrın 27-də “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qonaqlarla telefon əlaqəsi yaradaraq öz xüsusi minnətdarlığını ifadə etdikdən sonra Elbəyi Cəlaloğlunun rəhbərlik etdiyi heyət Fatih Oğuz və Mehmet Şahini Tiflis hava limanından Almaniyaya yola salmışlar.

“Borçalı” Cəımiyyətinin Mətbuat və İnformasiya Xidməti


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!