Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                        Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın! .....                       
Tarix : 18-05-2015, 20:58
LAÇININ BUİLKİ ANIM GÜNÜ KASIBIN  YAS MƏCLİSINƏ BƏNZƏYİRDİ

Arif MƏMMƏDLİ
On gün əvvəl Şuşadan yazırdıq, bu gün Laçından. Şair dostum Eldar İsmayıl da şeirlərinin birində belə yazırdı: “İldə bir gün Şuşa günü, ildə bir gün Laçın günü”... Anım günləri yenə sıralanacaq: Kəlbəcər günü, Ağdam günü, Cəbrayıl günü, Zəngilan günü, Qubadlı günü, Füzuli günü, Ağdərə günü... Hələ arxada qoyduğumuz Xocalı gününü, 20 Yanvar gününü sadalamıram. Tariximizdə belə “gün”lərin sayı o qədər çoxdur ki, hamısını siyahıya alsaq bircə “xoş gün”ümüz qalmaz...
Mətləbdən uzaqlaşmayaq. Bu gün “Laçın günü”dür. Laçının işğalından 23 il ötür. Düz 23 ildir ki, işğal gününü ana-ana Qələbə gününü arzulayırıq, bəli, yalnız arzulayırıq və hər il təkrarlayırıq. Artıq bu təkrar “biliyin anası” deyil. Çeynənə-çeynənə urvatdan düşmüş, dəyərini itirmiş bir sözün çox-çox zəif təkrarıdır.
LAÇININ BUİLKİ ANIM GÜNÜ KASIBIN  YAS MƏCLİSINƏ BƏNZƏYİRDİ

Əslində heç vaxt anım günlərində idarə edilən kütləviliyin tərəfdarı olmamışam. Düşünmüşəm ki, hər kəs şəhidlərimizi ürəyinin səsinə qulaq asaraq yad etməlidir. Şəhidlər Xiyabanına, burada uyuyan şəhidlərimizin qəbri üstünə gələrkən “yuxarıdan işarə” gözləmək bəlkə də şəhidlərimizin ruhuna ən böyük hörmətsizlikdir. Ziyarət anını müəyyən “vaxt çərçivəsi”nə salmağı da qəbul etmirəm. Zənnimcə, insanların ayrı-ayrı saatlarda gün boyu ziyarətə gəlməsi daha məqsədəuyğundur. Amma uzun illərin acı “anım təcrübəsi” göstərir ki, hamıda səhər saatlarında - saat 10-11 arası ziyarətə gəlmək vərdişi formalaşıb. Laçının işğal günündə də bu “ənənə” pozulmamışdı. Pozulan təkcə ziyarətin kütləviliyi və həmişə izdihama “tuşlanan kamera”ların azlığı idi. Eyni adamların “köhnə bayatı”larını lentə köçürüb təkrar-təkrar tirajlayan reportyorlar da gözə dəymirdilər. Nədənsə mənə elə gəldi ki, bu gün Şəhidlərin ruhu daha rahatdır. Çünki onları ziyarət etmək adı ilə özünü kiməsə göstərmək istəyənlər “qeybə çəkilmişdilər”.
Laçının işğalının 23-cü ilində bir kədərli müqayisə də apardım. Builki anım günü kasıbın yas məclisinə bənzəyirdi. Yəqin ki, böyük vəzifə sahiblərinin yas məclisləri ilə kasıbların yas məclisləri arasındakı fərqi müqayisə eləmisiz. Tutduğu vəzifənin çəkisindən asılı olaraq imkanlı adamların yas məclislərində iri çadırlar, mərasim evləri tez-tez dolub-boşalır. Hətta filankəsin babasının, dədəsinin yasında neçə min adamın iştirak etdiyi müzakirə mövzusuna da çevrilir. Kasıbın yas məclisində isə kiçik bir çadır bəzən axıracan dolmur. Min illərdir kasıbla dövlətlinin bu dünyadan apardığı “beş arşın ağ” isə dəyişmir ki, dəyişmir. Bu müqayisənin özü də mübahisəlidir və bəri başdan hər kəsin fərqli fikrini anlayışla qarşılayıram...
Ağlıma bir fikir də gəlir. İnsanlar işğal günlərini anmaqdan yorulublar. Hər kəsin içində bir QƏLƏBƏ aclığı var. Kütləvilik o QƏLƏBƏni dadanda olacaq. Sonda yenə də 23 ildir təkrarlanan bir sözü təkrarlamaq məcburiyyətində qaldım. Ayrı çıxış yolumuz da yoxdur...
P.S. Bu yazını tamamlayarkən məlumat aldım ki, Ağcabədidə Laçının işğal günü daha izdihamla anılıb. Nikbinliyim bədbinliyimi üstələdi. Axı Ağcabədi Laçına məsafəcə Bakidan çox yaxındır...


Paylaş



Bölmə: Zəngəzur / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!