İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 3-01-2018, 18:13
SEPAH Komandanı: İrandakı etirazlar sona çatıb


"Bu gün deyə bilərik ki, 1396 - cı ildə (İranda il martın 21-də dəyişir) baş verən fitnə sona çatıb. Bu fitnənin məğlubiyyətini elan edirəm".

Bunu İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) baş komandanı general-leytnant Məhəmmədəli Cəfəri deyib.

M. Cəfəri bildirib ki, ABŞ, sionistlər və "əl-Səud" İŞİD-ə İrana girmək barədə göstəriş verib: "İŞİD-in bəzi qrupları ölkədə iğtişaşlar və partlayışlar törətmək məqsədilə ölkəyə girib. Bəziləri hesab edir ki, Amerika ilə dostluq etsələr, iqtisadi cəhətdən güclü olacaqlar. Həmin şəxslərə məsləhət görürük ki, hər şeyini ABŞ-la dostluğa qurban vermiş Misirin durumuna bir baxsınlar".

M. Cəfəri hadisələr zamanı Qəhdrican, İzə və Nəcəfabadda insanların öldürülməsi üçün planlar qurulduğunu müşahidə etdiklərini deyib: "Kütlə arasında cinayətlər törədildi. Son fitnə zamanı SEPAH yalnız üç əyalətdə -İsfahan, Lorestan və Həmədanda aksiyalara məhdud şəkildə müdaxilə etdi. Fitnə zamanı toplananların sayı böyük şəhərlərdə 1500 nəfər idi. Ökə üzrə ümumlikdə iğtişaşlarda 15 min nəfər iştirak edib. Cümə günündən bu tərəfə fitnənin mərkəzində olan şəxslərin əksəriyyəti İnqilaba zidd qruplaşmalar və münafiqlər (Xalq Mücahidləri Təşkilatı) tərəfindən təlim görmüş şəxslər idi. Onların hamısı həbs olunub və çox sərt cəzalandırılacaqlar" (APA).


Paylaş



Bölmə: Güneyin sesi
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!