"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 24-01-2022, 14:37
Naxçıvanda nazir postuna kimi gətirirlər?

Əvvəlki yazılarımızda qeyd etmişdik ki, Naxçıvan MR DİN-in gedər-gəlməz məzuniyyətə göndərilən legitim naziri Fazil Ələkbərovdan sonra bu posta ən uyğun namizəd axtarışına başlanılıb və hazırda əsasən 4 namizəd üzərində durulur:


1. De-yure nazir Fazil Ələkbərov;

2. De-fakto nazir Rəşad İsmayılov;

3. Naxçıvan Mühafizə Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Gündüz Qədimov;

4. Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik leytenantı Zahid Gözəlov.

Bütöv.az xəbər verir ki, ovqat.com-un Naxçıvan MR-dəki yüksək dairələrindəki adının çəkilməsini istəməyən qaynaqlardan əldə etdiyi məlumata görə, son zamanlar 5-ci namizəd də peyda olub. Üstəlik, bu namizəd heç də digərləri kimi “arabanın 5-ci təkəri” sayılacaq şəxslərdən deyil. Böyük ehtimalla, Muxtar Respublika rəhbərliyi çox düşünəndən sonra məhz həmin namizədin üzərində dayanacaq.

Yəqin, bu şəxsin kim olduğunu, türklər demişkən, maraq etdiniz? Səbrli olun, yazının sonlarında bu şəxs barədə geniş məlumat veriləcək. Hələlik isə onu deməklə kifayətlənmək istərdik ki, Naxçıvan MR Daxili İşlər naziri vəzifəsinə sayca 5-ci namizəd tapılsa da, bu gün rəhbərliyin masası üzərindəki dosyaların sayı dəyişilməyib. Yəni, Naxçıvan həqiqətləri riyaziyyat elminin bütün qızıl qaydalarını alt-üst edərək maraqlı bir formul ortaya çıxarıb:

4+1=4.

Axı bu, necə mümkün, deməyin. Məsələ burasındadır ki, əvvəla, burada söhbət Naxçıvandan gedir və əgər Cənab Sədr istəsə 4+1=3 də ola bilər. İkincisi, əvvəlki 4 namizəddən biri Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik leytenantı Zahid Gözəlov ona gətirilən nazirlik təklifini geri çevirib. Cavabı isə nə olsa yaxşıdır? – “Sizi and verirəm Həzrət Abbasın qələm olmuş qollarına, xətanızı məndən uzaq edin”.

Qeyd edək ki, Zahid Gözəlov bir vaxtlar Azərbaycan DİN-nin informasiya şöbəsinin rəhbəri Sadıq Gözəlovun yaxın qohumudur. Yəni kifayət qədər informasiyalı adamdır. O, Naxçıvan MR Daxili İşlər naziri vəzifəsinə təyin olunmağı “xətalı” və təhlükəli addım sayırsa, deməli, bildiyi bir şeylər var.

Bununla belə, Zahid Gözəlovun nazirlik vəzifəsindən imtina qərarının Naxçıvanın polis əməkdaşları tərəfindən üzüntü ilə qarşılandığı da gələn bilgilər arasındadır. Söhbətləşdiyimiz bir sıra keçmiş polis əməkdaşları birmənalı olaraq Zahid müəllim barədə xoş sözlər söylədilər. Onun xaraktercə yaxşı insan, iş qabiliyyəti baxımından peşəkar polis olduğu vurğulanır. Bütün hallarda Z.Gözəlov kimi ləyaqətli kadrın bəlkə də öz işgüzar karyerasında qarşılaşacağı ən yüksək postdan imtina etməsi həqiqətən üzücüdür. Başqa yerlərdə nazir olmaqdan yana kadrlar az qala dəridən-qabıqdan çıxırlarsa, Naxçıvanda öz ayağı ilə hüzuruna gələn xoşbəxtlikdən özün imtina edirsən. Analoqsuz məmləkət ancaq belə olar, zənnimizcə. Bir də bəzi ağzıgöyçəklər iqtidar təbliğatçılarının tez-tez dilə gətirdiyi bu əsrarəngiz söz birləşməsinə rüşxənd edib dodaq büzürlər.

İndisə gəlin, keçək digər namizədlərə.

İnformasiya mənbəmizin bildirdiyinə görə, namizədlərdən digərinin – de-yure nazir Fazil Ələkbərovun da şansı gedərək tükənir. Xatırladaq ki, o, 01.11.2021-ci il tarixdə öz hesabına ödənişsiz məzuniyyət göndərilmişdi. Məzuniyyət vaxtı bitsə də hələ də de-yure nazir işə çıxmır. Cənab Vasif Talıbov artıq 3-cü aydır ki, Fazil Ələkbərovu vəzifəsindən azad edə bilmir, ya da azad etmək istəmir.

Amma son vaxtlar Naxçıvan MR DİN-dəki bəzi təyinatlar Fazil Ələkbərovun yenidən öz postuna qayıda biləcəyi ehtimalını tam istisna etməyə də imkan vermir. Belə ki, bir neçə gün bundan əvvəl Fazil Ələkbərovun adamı hesab olunan iki polis məmuru sözügedən strukturda məsul vəzifəyə gətirilib. Onlardan biri polis kapitanı Şahin Qasımov, digəri isə polis polkovnik-leytenantı Məmmədəli Məmmədovdur. Bu şəxslərin kimliyi barədə ətraflı məlumat almaq istəyənlər aşağıdakı linkə tıklaya bilərlər.

https://ovqat.com/olke/53645-naxcvan-dn-d-yeni-kadr-tyinatlar-olub.html

Yeni təyinatların səbəbi bir sıra amillərlə izah olunsa da, versiyalar arasında Fazil Ələkbərovun yenidən öz vəzifəsinə qaytarılması ehtimalı da yer alır. Baxmayaraq ki, bu versiyaya Naxçıvanın polis orqanlarında inananlar yox səviyyəsindədir. Amma o da var ki, Naxçıvanda bəzən inanılmaz möcuzələr peyda olur.

Digər namizəd, sözsüz ki, de-fakto nazir polis polkovniki Rəşad İsmayılovdur. 2021-ci ilin əvvələrində Naxçıvan DİN-ə nazir müavini təyin olunan Rəşad İsmayılovun əsas missiyası Fazil Ələkbərovu “vurmaq” idi. İddialara inansaq, bu təlimatı Naxçıvanın “boz kardinalı” ləqəbi ilə tanınan Azər Zeynalov və el arasında “Cənab Sədrin qara mələyi” kimi ün qazanan Cəlil Rüstəmov tərəfindən verilmişdi. Bildirilir ki, de-fakto nazir Rəşad İsmayılov Cəlil Rüstəmovla kirvədir və bu vəzifəyə təyin olunmasını peyğəmbər sünnətinə borcludur.

Bildirilir ki, öz üzərinə götürdüyü vəzifəni xüsusi məharətlə yerinə yetirən Rəşad İsmayılov “keçmiş quda”nın kitabı bağlandıqdan təxminən 1 ay sonra, daha dəqiqi, 15.12.2021-ci il tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin 168-06/S nömrəli sərəncamı ilə “nazir səlahiyyətlərini icra edən” şəxs vəzifəsinə təyin olundu. Belə bir vəzifənin mövcud olmadığını nəzərə alan bir çox polis əməkdaşları yaxınlarda Rəşad müəllimin həqiqi nazir olacağını gözləyirdilər. Lakin zaman uzandıqca, peyğəmbər sünnətinin hər yerdə, xüsusilə də “ala qarğanın bala çıxara bilmədiyi” Naxçıvanda o qədər də işə yaramadığı faktı inandırıcılıq qazanmağa başlayır.

İnformasiya mənbəmiz bunu olduqca normal hesab edir və Cənab Sədrin uzaqgörənliyinə bağlayır: “Rəşad İsmayılov düzgün seçim deyildi. Çünki cənab İsmayılov səriştəsiz, idarəetmə qabiliyyəti olmayan və düzgün kadr seçə bilməyən şəxsdir. Rəşad İsmayılovun səriştəsizliyinin nəticəsidir ki, artıq Naxçıvan DİN-də bir çox şəxs onunla işləmək istəmir. Əlbəttə ki, haqlıdırlar da. Çünki, cənab İsmayılov, məntiqsiz göstərişlər verərək, camaatı boğaza yığıb. İsmayılovu bu vəzifəyə təqdim edərkən, bəzi şəxslər cənab Vasif Talıbovu həqiqətən də aldatdılar. Etiraf edək ki, Vasif Talıbov ağıllı və uzaqgörən siyasətçidir, gec də olsa Rəşad İsmayılovun sərişətisizliyini gördü” (Görünür, informasiya qaynağımız “uzaqgörənlik”lə “gec görməkliyi” iki ayrı kateqoriyaya şamil edir – Ovqat.com).

Dördüncü namizəd Gündüz Qədimovun təklifinin Cahan Holdinqin sədri və Naxçıvan MR Ali Məclisinin deputatı Vüqar Abbasov tərəfindən verildiyini bildirən mənbəmizin dediklərinə görə, haqqında danışdığımız bu şəxs təqaüddə olan polis mayoru idi: “O, təqaüdə çıxdıqdan dərhal sonra Cahan Holdinqinin təhlükəsizlik şöbəsinin rəisi təyin olundu. Naxçıvana Daxili İşlər naziri axtarışına başlandıqdan sonra isə təqüddən geri çağırılan Gündüz müəllim Naxçıvan DİN-in Mühafizə Polisi Şöbəsinə rəis göndərildi. Gündüz müəllim hal-hazırda özünü Naxçıvan DİN-in naziri kimi aparır. Lakin təəssüflər olusun ki, Gündüz Qədimovda düzgün kadr deyil. Bunun səbəblərini burda yazmaq düzgün deyil. Cənab Vasif Talıbov Gündüz Qədimovun keçmişini ətraflı araşdırsa nə demək istədiyimizi anlayacaq. Həqiqətən istəmərik ki, cənab Talıbovun ətrafında olan işbazlar onu növbəti dəfə aldatsınlar. Çünki, Daxili İşlər Nazirliyi dövlətin daxili onurğasıdır. Onurğanın üstünə isə hər yoldan keçəni baş qoymaq olmaz”.

Hə, indi gəldik əsas məsələyə. Mənbəmizin iddiasına görə, Naxçıvan Daxili İşlər naziri postuna 5-ci namizədin adı Qasım Həsənov adlı şəxsdir.

Qasım Həsənovun hətta Naxçıvan MR DİN-də belə olmayan tərcümeyi halına gəlincə, o, 02.09.1966-cı ildə Culfa rayonunda anadan olub. Azərbaycan DİN-in Polis Akademiyasını bitirib. Naxçıvan DİN-də mühüm vəzifələrdə çalışıb. Uzun müddət Naxçıvan DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində xidmət edib. Hazırda isə Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinin rəisidir. Qasım Həsənov faktiki olaraq Naxçıvan DİN-in əməliyyat aparatının rəhbəridir. Rütbəsi polis polkovnikidir.

2021-ci ildə 55 yaşı tamam olduğu və daxili işlər orqanlarında son yaş həddinə çatdığı üçün təqaüdə göndərilməsi üçün ərizə belə yazıbmış. Ancaq Naxçıvan MR Ali Məclisinin sədri, cənab Vasif Talıbov Qasım Həsənovun təqaüdə göndərilməsinə razılıq verməyib”.

Mənbəmiz Cənab Sədrin bu hərəkətini də onun “uzaqgörənliyi” ilə izah edir: “Cənab Vasif müəllim də bilir ki, Qasım Həsənovsuz Naxçıvan DİN olmaz. Real vəziyyəti təhlil etsək, hazırda Qasım Həsənov Naxçıvan DİN-in yükünü təkbaşına öz çiyinlərində daşıyır. Qasım Həsənov çox ləyaqətli, bacarıqlı, idarəetmə qabiliyyəti yüksək olan, heç kimə qarşı haqsızlıq və ədalətsizliyə yol verməyən, şərəfli, polis peşəsinin və tutduğu mövqeyin ağırlığını düşünərək hərəkət edən, həm vətəndaşlar, həm də bütün polis əməkdaşları tərəfindən sevilən, dövlətinə, vətəninə sədaqətli olan, bir şəxsiyyətdir. Həqiqətən Qasım Həsənov kimi bir şəxs Naxçıvan DİN-ə gəlməyib və bundan sonra da çətin gələr.

Əslində cənab Vasif Talıbov Qasım Həsənovu təqaüdə göndərməməklə çox düzgün addım atıb. Qasım Həsənov təqaüdə getsəydi, Naxçıvan DİN-in bu günkü vəziyyətini düşünmək belə çətin idi. Naxçıvan Daxili işlər naziri vəzifəsinə, bütün hər kəs tərəfindən sevilən və Muxtar Respublikanın polis orqanlarında ağsaqqal kimi hörməti saxlanılan Qasım Həsənovdan layiqli kadr gələ bilməz. Qasım Həsənovun xidməti keçmişinə diqqət yetirsək, onun nə qədər mühüm bir şəxs olduğunu görə bilərik. Bu gün bataqlığa batmış Naxçıvan DİN-i o durumdan yalnız Qasım Həsənov çıxara bilər. Cənab Vasif Talıbov, işbilməz və bacarıqsız kadrlara etimad göstərib vaxt itirməkdənsə, Qasım Həsənova etimad göstərməsi ən düzgün qərar ola bilər”.

Təbii ki, bütün bunlar Naxçıvandakı mənbələrimizin mülahizələridir. O da istisna deyil ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin ən yüksək postuna təyinat Bakı tərəfindən verilsin və bu, heç kimin gözləmədiyi sürpriz şəxs olsun. Zənnimizcə, Naxçıvan DİN-dəki hərc-mərcliyə son qoymağın ən qısa yolu da məhz budur: Heç kimi tanımayan və heç kimin tanımadığı, dolayısıyla hər kəsə eyni gözlə baxan nazir. O nazir ki, yeri gələndə paytaxtın sözünü daha üstün tuta və sosial şəbəkələrdə ölkə rəhbərliyini tanımadığını açıq-aşkar bəyan etməkdən çəkinməyən istənilən zabiti cəzalandırmağı bacara.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!