Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 10-08-2017, 15:00
Keçmiş millət vəkilindən Nazirlər Kabinetində türklərin yer almamasına etiraz


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, İranda ikinci dəfə prezident seçilən Həsən Ruhani avqustun 8-də yeni kabinetə namizədləri parlamentə təqdim edib.

Təqdim olunan siyahıda nazir postlarına yer alan 17 namizəddən 3-ü istisna olmaqla, digərləri fars bölgələrindəndir. Elm, tədqiqat və texnologiyalar naziri vəzifəsinə namizədin adı isə sonra açıqlanacaq. Yeni hökumət üzvlüyünə namizədlər arasında qadın yoxdur.

Siyahıda türk namizədin yer almaması azərbaycanlılar arasında etiraza səbəb olub.

“Şəhriyar” Fondunun rəisi, Təbriz əhalisinin İran parlamentindəki keçmiş millət vəkili Əli Əsğər Şeirdust, azərbaycanlı siyasətçi və müdirləri yeni kabinetə daxil edilməməsinə öz etirazını bildirib.

O, bu barədə öz Teleqram kanalında yazıb:

“Nazirlər Kabinetinə namizədlərin siyahısı parlamentə təqdim olunub. Burada Azərbaycanın payının sıfıra yaxın olması çox qəribə haldır. Bunun səbəbinin kökləri araşdırılıb və analiz edilməlidir”, - deyə məlumatda qeyd olunub.

Keçmiş millət vəkili həmçinin əlavə edib ki, - “bundan övvəl əyalətin millət vəkilləri bu məsələ ilə bağlı xəbərdarlıq edib, öz səslərini hökumət rəsmilərinə çatdırmışdılar. Buna baxmayaraq Azərbaycan diyarının siyasi və mədəni simalarının xeyirxah təklifi prezident tərəfindən diqqətə alınmayıb.”

Yeni kabinetə namizədlərin siyahısı açıqlandıqdan dərhal sonra Mərənd və Culfa şəhərlərinin İran parlmanetindəki millət vəkili Məhəmməd Həsənnəjad siyahının tərkibinə etiraz etmişdir.

“Prezident yeni kabinet üçün namizədlərin siyahısını parlamentə təqdim etdi. Təəssüflər olsun ki, bu siyahıda türk qövmündən olan heç bir namizəd gözə dəymir. Təbbii ki, bu məsələ sual yaradır. Prezidentdən çox gileyliyik. Bu qövmdən bir nəfər belə Nazirlər Kabinetinə layiq insan yox idi?! Vəziyyət belədirsə, ən azı hər hansı bir təşkilatda bir rəis, və ya müavin elə yetişdirilsin ki, gələcəkdə bir neçə türk nazir kabinetdə yer alsın”, - deyə Məhəmməd Həsənnəjad bildirmişdir.

Siyahı təqdim olunmadan öncə bir neçə azərbaycanlı deputat, o cümlədən Urmiyənin millət vəkilləri Nadir Qazipur və Ruhulla Həzrətpur yeni Nazirlər Kabinetində daha çox türk nazirlərin yer almasını təkidlə tələb etmişdilər.

Türklərin nazirlər kabinetində yer alması məsələsi ilk dəfədir ki, azərbaycanlı vəzifəli şəxslər tərəfindən rəsmi şəkildə tələb olunur. Şübhəsiz ki, bu, Güney Azərbaycanda gedən ictimai-siyasi proseslər və sosial tələbatla bağlıdır. Bəzi yerli məsullar cəmiyyətin kütləvi tələblərini eşidərək hökumətə Azərbaycanın milli və demokratik hüquqları haqda müəyyən tələblər irəli sürürlər.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!