İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                        Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi .....                        Prezident Davosda daha bir görüş keçirdi .....                       
Tarix : 12-07-2017, 14:54
Güneydə Zəhranın öldürülməsi ilə bağlı keçirilən kampaniyada toplanan imzalar İranın xarici işlər nazirinə göndərilib


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Urmiyənin millət vəkili Nadir Qazipurun dəstəyi ilə “PrayForZahra#” imza kampaniyasında toplanan imzalar İranın xarici işlər naziri doktor Məhəmməd Cavad Zərifə göndərilib.

İyulun 4-də Ermənistanın açdığı atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin iki sakini, o cümlədən, 50 yaşlı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra şəhid olub. Bundan sonra Urmiyədə fəaliyyət göstərən internet portalı “Yol Press” “Azərbaycanın Zəhrası üçün” adlı imza kampaniyası başlatdı. Kampaniyaya 72 saat ərzində 20161 insan qoşuldu.

“Yol Press” bildirir ki, artıq “PrayForZahra#” kampaniyasında toplanan imzalar İranın xarici işlər naziri doktor Zərifə göndərilib. N.Qazipur 20162-ci nəfər kimi kampaniyaya qoşulub, o, mövzu ilə bağlı doktor Zərifə məktub ünvanlayıb və Xarici İşçlər Nazirliyindən Ermənistanın son günlərdə törətdiyi cinayətə qarşı reaksiya verməsini, bu barədə lazımi tədbirlərin görülməsini istəyib. Millət vəkili həmçinin, keçirilən imza kampaniyası və ona dəstək verən insanların Ermənistanın törətdiyi cinayətlə bağlı münasibətlərini şərh edib.

‘Zəhra Üçün’ imza kampaniyası ilə əlaqəli hazırlanmış müraciət mətnində “beynəlxalq ictimaiyyət və ayıq vicdanların baş verən cinayət qarşısında səssiz qalmamaları” tələb edilib.

İranın müxtəlif bölgələrində əksəriyyəti türk vətəndaşlardan ibarət olan minlərlə ictimai fəal, ziyalı və siyasətçi kampaniyaya dəstək verib.

Bundan öncə Urmiyənin digər millət vəkilləri Hadi Bahaduri və Ruhulla Həzrətpur imza kampaniyasına qoşularaq İran Xarici İşlər Nazirliyini Ermənistanın bu cinayətinə qarşı ciddi mövqe tutmadığı üçün tənqid ediblər. Ruhulla Həzrətpur xarici işlər nazirindən “Ermənistanın cinayətlərinə” rəsmi etiraz bildirilməsini tələb edib.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!