TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 6-09-2021, 21:58
Nəsillərə örnək oğul

(II Vətən Müharibəsi Qəhrəmanı, Cəsur Döyüşçü Cəbrayıl Dövlətzadənin Əziz Xatirəsinə)

Allah yolunda şəhid olanları ölü zənn etməyin, onlar diridrlər və İlahi dərgahda əbədi ruziyə sahibdirlər (Qurani-Kərim, 3/169).
Quranı-Kərimin də buyurduğu kimi şəhidlər heç vaxt ölməz, onlar maddi aləmdən mələkut aləminə (qeyri-maddi aləmə) – İlahi dərgaha köçər və orada əbədi ruziyə sahib olarlar...
Şəhidlik, nur mənbəyinə çatmaq və mütləq varlığa (Allah-Təala) yaxınlaşmaq üçün cismin – insanın məhv olmasıdır. Şəhidlik, aşiqin məşuquna, sevdiyi məhbubuna – İlahi varlığa çatmaq üçün insanın qeyri-adi, fərqli bir mübarizəsidir. Şəhidlik, şüurlu şəkildə, müqəddəs bir amal və məqsəd uğrunda (Qurana görə Allah rizası üçün) həm öldürmək və həm də öldürülmək yoludur; yəni şəhid düşünərək müqəddəs bir amal uğrunda öldürür və ölür. Bu ölümlərin ən üstünü və ən fəzilətlisidir, necə ki, əziz İslam Peyğəmbəri (ə s.) buyurmuşdur: “ölümün ən üstün və ən şərəflisi şəhid olmaqdır”. Həzrət Əli (ə. s.) buyurur ki, ölümün özündə də bir fəzilət olmalıdır: “ölümün ən fəzilətlisi şəhidlikdir”. Şəhidlik, ölümün adi bir forması deyil, bəlkə həyatın tələb etdiyi əsas xüsusiyyətlərədndir ki, islam mütəfəkkirləri bunu həyatul məqul (rasional həyat) حیات معقول adlandırmışlar; yəni dinamik, hədəfə çatmaq, məqsədyönlü bir həyat. İnsan maddi və mənəvi gücünü, bütün istedad, qüvvə və bacarığını mümkün qədər toplayaraq, İlahi məqama çatmaq üçün səy göstərir və buna sahib olur. Məhz buna görə də Qurani-Kərim buyurur: “siz onlara ölü deməyin, şəhidlər sağdır və İlahi dərgahda əbədi ruziyə sahibdirlər”. Şəhid həmişə sağdır, onun həyatı və ölümü özündən sonra gələcək həyat üçün nümunədir: “Allah yolunda öldürülənlərə ölü deməyin, onlar həyatdadırlar, amma siz bu həyatın nə demək olduğunu dərk etmirsiniz”(Qurani-Kərim, 3/154). Burada həyatdan məqsəd həqiqi həyatdır ki, Allah-Təala bunu ancaq İlahi səadətə qovuşmaq üçün müqəddəs amal uğrunda mübarizə aparan bəndələrinə verir. Allah-Təala, bu seçilmiş və bəyənilmiş həyatla yanaşı, digər bir həyatı da nişan verir ki, bu, zillətlə və əzabla dolu bir həyatdır; bu həyat, həqiqi yoldan dönənlər, Allaha üsyan edənlər və onun sevdiyi bəndlərə qarşı cihad edənlər üçündür (Qurani-Kərim, 14/28).
Bəli, qeyd olunan ayə və hədislərə əsasən şəhidləri ölü hesab etmək mümkünsüzdür, onların axirət aləmində həyatı, ruhən sağlıqları və sonsuz ruziyə sahib olmaları maddi aləmdə yaşayan insanların cismani və mənəvi rahatlığıdır. İnsan, maddi aləmdən mələkut aləminə can atır və çalışır ki, şəhidlik məqamına sahib olsun. Amma bu məqam və dərəcəyə hər insan sahib ola bilməz və bu məqam, dərəcə yalnız Allahın seçilmiş bəndələrinə aiddir.
Təbii ki, həm Qurani-Kərimdə və həm də mötəbər mənbələrdə şəhid və şəhidlik məqamı barədə çoxlu ayələr, hədislər və rəvayətlər mövcuddur ki, bunların haqqında daha geniş bəhs etmək olar. Amma qeyd olunan mənbələrdən əlavə, bəzən şəhidi vəsf edərkən tam başqa bir daxili mənzərə ilə üzləşirsən. Bu elə bir mənzərədir ki, mənbələr əsasında deyil, tam olaraq insanın içindən gələn saf, pak bir duyğudur. Elə bu səbəbdən də bəzən qəhrəmanlar haqqında yazanda adətən onların üstün keyfiyyətləri – igidliyi, şücaəti, göstərdikləri fədakarlıqlar təqdim olunur. Amma haqqında bəhs etdiyim sıravi əsgər bu keyfiyyətləri ilə yanaşı, həm də hədsiz vətən sevgisi olan, şəhidlərimizin qisasını almaq istəyi ilə qəlbi daim çırpinan, adını görünməyən igidliyi ilə tarixdə əbədi həkk edən Cəsur Döyüşçü Cəbrayıl haqqındadır. Bu ad təkcə Azərbaycanımızda deyil, Azərbaycandan kənarda da hörmət və ehtiramla yad edilən, təcavüzkar düşmənin bir generalını və polkovnikini, onlarla əsgərini təkbaşına məhv edən, şəhid General Polad Həşimovun və onun silahdaşlarının qisasını alan 19 yaşlı nur üzlü şəhidim Cəbaryıl Dövlət oğlu Dövlətzadədir.
Əslən Zəngilan rayonundan olan Cəbrayıl, 11 sentyabr 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedir. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət edir. Cəbrayıl, Sərhəd Qoşunlarında xidmət etsə də, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən işğal altında olan ərazilərimizi azad etmək və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün Vətən müharibəsində öz xahişi ilə, könüllü olaraq döyüşlərdə iştirak etmək istəyini bildirir. Təbii ki, döyüşlərdə könüllü iştirak etmək adi bir hal deyil, buna ancaq vətənə olan həqiqi sevgi və vətən yolunda gedən igidlərimizin intiqamını almaq istəyi səbəb ola bilər. Ola bilsin çoxları müharibəyə getsin, amma müharibədə olmaq, döyüşdə olmaq demək deyil. Çünki döyüşdə olmaq üçün təkcə istək və iradə tələb olunmur, burada istək və iradədən əlavə möhkəmlik, dözümlülük, dönməzlik, igidlik, cəsurluq da əsas şərtdir. Bu igidliyə sahib olan 19 yaşlı qəhrəmanımız məhz buna görə də döyüşmək və düşmənə həddini göstərmək üçün könüllü olaraq gərgin döyüşlərə qatılır. Torpaqlarımızın işğalı, şəhid olan minlərlə igidlərimiz və onların qisasının alınması hədəfi cəsur döyüşçünü daim narahat edir və onu rahat buraxmırdı. Məhz bu hədəflə irəliləyən igid əsgər tarixin qəhrəmanına çevrildi, elə bir qəhrəmana ki, bu gün, sabah və gələcəkdə də şərəfli həyat yolu öyrəniləcək və gələcək nəsillərə nümunə olacaq.
Sentyabrın iyirmi səkkizi, 2020-ci il. Bu tarix Cəbrayılın adı ilə daha çox yaddaşlarda qaldı. Çünki həmin gün Kəlbəcər rayonu, Murovdağda şiddətli döyüşlər başlayır. Döyüş yoldaşlarının dediyinə görə Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan geri qayıtmağı tələb edir. Tək irəli gedərək əlbəyaxa döyüşdə onlarla erməni quldurunu məhv edir; amma bununla qəzəbi sakitləşmir, çünki onun əsas hədəfi təkcə bu quldurları məhv etmək deyil, aylarla qəlbində yaşayan intiqam hissidir, yəni necə olursa olsun şəhid general Polad Həşimovun qisasını almaqdır! Polad Həşimov yaddaşlarda təkcə şəhid general kimi deyil, həm də rəhbərlik etdiyi qoşunlarda ədalətli, cəsur zabit kimi daim xatırlanan və yad edilən sevimli şəhidimizdir. Məhz buna görə də Cəbrayılın əsas hədəfi quldur dəstəni torpaqlarımızdan qovub çıxartmaq, şəhid generalın qisasını almaq və bu nizamsız təcavüzkar dəstəyə kim olduğumuzu sübut etməkdir. Qəlbi və gözləri qəzəb hissi ilə alışan Cəsur Döyüşçü təcavüzkar düşmənin bir generalını və polkovnikini silahla deyil, məhz əlləri ilə boğaraq məhv edir və özü də qəhrəmanlıqla şəhid olur.
Tarixdə müharibə qəhrəmanları haqda yazılır və onların fədakarlıqları təsvir olunur, amma Cəbrayılın etdiyi qəhrəmanlığı nə sözlə, nə yazı ilə, nə də hərəkətlə ifadə etmək mümkündür. Çünki elə anlar var ki, onları dərk etmək yox, ruhun gözü ilə duymaq lazımdır. Onun etdiyi qəhrəmanlıq, onu tanıyan və tanımayanların qəlbində sonsuz və əbədi sevgi mücəssəməsi yaratdı. O, təkcə qəhrəmanlıq etmədi, həm də vətən sevgisini, igidliyi, cəsurluğu, əyilməzliyi, sınmamağı və ən çətin anlarda belə təmkinliyini qorumağı özündən sonrakı gənclərə irs qoydu. Cəbrayıl, adi qəhrəman deyil, O, tarixi bir qəhrəmandır, tarixdə yaşayacaq qəhrəman bir döyüşçüdür!
Cəbrayıl çox qısa, amma şərəfli ömründə yaddaşlarda fərqli bir əsgər kimi qaldı. Onun göstərdiyi şücaət, cəsurluq əsil həyat məktəbidir ki, hər bir gənc bu məktəbi öyrənməyə səy göstərməli və digərlərini də bu məktəbi öyrənməyə ruhlandırmalıdır. İgid qəhrəman döyüşdə olarkən heç vaxt imkan vermir kimsə ondan irəliyə keçsin, həmişə ilk olaraq sinəsini irəli verib deyirmiş: “sizin ailəniz var, siz arxada gəlin, qorxuram ki, sizə təhlükə üz verər, amma mən subayam, qoyun mən irəlidə gedim”.
Onun göstərdiyi cəsurluq, fədakarlıq dövlət başçısı tərəfindən dəyərləndirilmişdir. Ali Baş Komandan İlham Əliyev vətən, torpaq yolunda şəhid olan igidlərimizi daim uca tutmuş, onların məqam və dərəcəsini layiqincə qiymətləndirmişdir. Cəbrayıl Dövlətzadə məhz Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunur. Cəbrayıl Dövlətzadə Azərbaycanımızın bütövlüyü uğrunda döyüşərək, verilən tapşırıqları layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə və Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, 24.06.2021-ci il tarixli Sərəncamla ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Mən inanıram və bunu çox əminliklə deyirəm ki, Əziz və Ədalətli Prezidentim belə bir cəsur döyüşçünün vətənə etdiyi ləyaqətli və nümunəvi xidmətinə yenidən baxacaq və onu Vətən Müharibəsi Qəhrəmanı elan edəcək.
Hər dəfə şəhidlər xiyabanına gəldikdə, əziz şəhidlərimizi ziyarət edərkən sanki onların hamısı bir anlıq bizə deyirlər: “siz bizdən vətəni qorumağı istədiniz, biz də borcumuzu yerinə yetirdik, sizi, vətənimizi qoruduq. Bizim də sizdən istəyimiz var, istəyimiz odur ki, vətəndaş olaraq daim vətənimizin şərəf və ləyaqətini qoruyun, imkan verməyin təhlükəli və kənar qüvvələr çirkin niyyətləri ilə ölkəmizə əl uzatsın – pis niyyətlərini həyata keçirsinlər, iğtişaşlar, münaqişələr yaratsınlar, ölkəmizin inkişafına mane olsunlar, dövlətçiliyimizə, min bir əziyyətlə qazandığımız müstəqilliyimizə zərər vursunlar. Bizim sizdən istəyimiz odur ki, daim ayıq-sayıq olasınız, hansı sahədə çalışmağınızdan asılı olmayaraq ədalətlə, insafla, vicdanla vətənimizə xidmət edəsiniz. Azərbaycanımızın inkişafına, tərəqqisinə daim səy göstərəsiniz. Bizim sizdən istəyimiz yalnız budur!”. Əziz şəhidlərimizin saf, ülvi ruhları bu gün bizdən yalnız bunu istəyir və əminəm ki, haqq dünyasında da bunları bizdən tələb edəcəklər.
Əziz, nur üzlü Şəhidim, bu gün sənin ad günündür. Sən ad gününü həmişə ailənlə, dostlarınla sevdiyin insanlarla birlikdə keçirmisən, amma bu il ad günün çox fərqlidir. Fərqi ondadır ki, bu gün təkcə ailən və yaxın dostların deyil, həm də səni sevən, özünə qəlblərdə sonsuz sevgi yaradan, səni həyatda heç görməyən, tanımayan minlərlə insan ad gününü qeyd edir, sənə İlahidən dua edir, rəhmət diləyir, igid, mərd duruşuna baxıb fəxr edir və ən əsası yaxınlarının sənin kimi olmalarını arzu edirlər. Nə yaxşı ki, Azərbaycanımızın, gözəl Vətənimizin sizin kimi igidləri var və sizi bizə tanıtdırır, yaşadır... əziz Şəhidim doğum günün mübarək olsun, ruhun həmişə şad olsun. Siz vətən, torpaq fədailəri bizim üçün qibləgah və qürur mənbəyisiz!
Biz dua edək, Uca Tanrı şəhidlərin qəhrəmanlığı və onların pak ruhları xatirinə, gündən günə gözəlləşən, inkişaf edən Azərbaycanımızı, Vətənimizi, həmçinin həm diplomatiyada, həm də dövlət quruculuğunda dayanmadan fədakarlıqla çalışan, xidmət edən, tarixə adı Qəhrəman Sərkərdə kimi düşən Əziz Prezidentimizi qorusun! Biz dua edək, Allah-Təala torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan bütün şəhidlərimizin ruhunu bizdən razı salsın və onların qəhrəmanlığı, rəşadəti əsrlər ötdükcə gələcək nəsillərə örnək olsun!

Əntiqə Paşayeva,
fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA, Fəlsəfə və Sosiologiya İnstitutunun
İslam fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!