Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb .....                        Azərbaycan opera kollektivi dünya səhnəsində .....                        "Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM .....                        Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır .....                        "Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO .....                        “Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian .....                        Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü .....                        Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI .....                        Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu .....                       
Tarix : 28-06-2021, 15:02
Kəşfiyyatçımız mənim kəşfimlə


Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.
Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. Azərbaycanın bu gün bütöv səslənməsinin, var olmasının əsl səbəbi torpaqlarında şəhidlərin uyumasıdır. 31 mart soyqırımı, 20 Yanvar, 26 Fevral Xocalı faciəsi, 2016-cı il Aprel döyüşləri, Qarabağ müharibələri zamanı Azərbaycanda xeyli insan şəhid olmuşdur. Qələbəmizlə bitən müharibə haqqında danışmaq istəyirəm. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan 2900 nəfər şəhid vermişdi. O şəhidlərdən biri də kəşfiyyatçı, kapitan Ramil Babayevdir. Ramil Babayev 1991-ci il dekabrın 12-si Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dörd aydan sonra, yəni 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn olunub.
Hətta mən Ramil Babayevin evində çəkiliş aparıb, ailənin söhbətlərinə şərik olmuşam. 14 iyun saat 20:30-da hazırladığım video-reportaj Real TV-də yayımlandı. 15 iyun isə Kürdəmir rayonu 1 saylı məktəbdə Ramil Babayevin adına şəhid bulağının açılışı oldu. Həmin tədbirdə mən də iştirak etmişdim. Müəllimlərinin, iş yoldaşlarının onun haqqında danışıqlarını qürur hissi ilə dinlədim.
Ramil Babayevin anasını görəndən sonra bir daha Azərbaycan qadının nə qədər, məğrur nə qədər mərd olduğunu anladım. Elə ananın Ramil kimi də oğlu olmalı idi. Şəhidimizin bir qızı Mədinə və heç üzünü görmədiyi, qoxlayıb oxşamadığı adını daşıyan, gələcəyin əsgəri-bir oğlu var. Çəkiliş zamanı bir söhbəti unuda bilmirəm. Şəhidimizin anasına sual verdim:
"Bilirik ki, sizin evdə şəhidimizin adını daşıyan kiçik bir əsgər böyüyür. Yaşı artdıqca o, hər şeyi anlayacaq. Atası haqqında sizə sual verəndə şəhidimizi hansı sözlərlə ifadə edərsiniz?" Cavabı belə oldu. "Əvvəlcə atasının qəhrəmanlığından, vətənə necə övlad olmağından danışacam və onun da atasının yolunu davam etdirməsini istəyirəm." Bu cavab məni çox qürurlandırdı və belə insanlarla eyni torpaqda yaşadığım üçün çox xoşbəxtəm.
Məqaləmi peyğəmbərimizin sözü ilə bitirmək istəyirəm.
Məhəmməd peyğəmbər (s.a.s) şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".

Nigar İmanova,
Bakı Dövlət Universitetinin
birinci kurs tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!