Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                        Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi .....                        Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu .....                        “Neftçi” qələbə qazandı .....                       
Tarix : 31-05-2021, 11:09
Vətən uğrunda son döyüş tapşırığını yerinə yetirərək şəhadətə ucalan Amin Əmiraslanov - FOTOLAR

Qırx dörd günlük Zəfər yürüşündə iştirak edən qəhrəmanlarımızdan biri də Amin Əmiraslanovdur. Könüllü olaraq Vətən müharibəsinə yollanan Amin döyüşlərdə göstərdiyi şücaəti ilə seçilib. Qubadlı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Saatlı rayon Potubəyli kəndindən olan Amin 1991-ci il iyulun 1-də dünyaya göz açıb. Kənddə böyükdən kiçiyə hər kəsin sevgisini qazanan Amin həqiqi hərbi xidmətini Tərtərdə keçib. O, snayperçi idi. Xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif edilib. Xidmətini bitirdikdən sonra isə doğma yurdu Saatlıya geri dönüb.
Şəhid atası Vaqif Əmiraslanov bildirir ki, iyul hadisələri zamanı Amin könüllü olaraq səfərbərlik xidmətində qeydiyyatdan keçib. Vətən müharibəsi başlayanda ona çağırış gəldi, sevincinin həddi-hüdudu yox idi. İlk döyüş yolu Füzuli istiqamətindən başlayan Amin şücaəti ilə seçilib. Könüllü olaraq xüsusi təyinatlıların tərkibində döyüşə qoşularaq bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Amin Cəbrayıl uğrunda gedən döyüşlərdə də fəallıq göstərib. Noyabr ayının 4-də Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhid Amin haqqında danışan əmisi Bəybala Əmiraslanov deyir ki, elinə-obasına bağlı olan Aminin arzusu topraqlarımızı azad görmək olub. Elə bu amalla Vətən müharibəsində bir an belə tərəddüd etmədən döyüşlərə qoşulub.
Aminin qardaşı Kərəm Əmiraslanov da evin sonbeşiyi olan qəhrəman haqqında qürurla danışır. “Cəbrayıl uğrunda döyüşlərin birində Amin yaralansa da geri çəkilməyib. Daha sonra bir neçə əməliyyatda iştirak edərək Qubadlıyadək döyüş yolu keçib. Hətta Milli Qəhrəman Şükür Həmidovla çiyin-çiyinə döyüşənlərdən biri olub. Son damla qanına qədər qəhrəmancasına döyüşən Amin Qubadlıda Vətən üçün son tapşırığını yerinə yetirib və şəhadətə ucalıb”, - deyə o bildirib.
Amin doğulub boya-başa çatdığı Potubəyli kəndində torpağa tapşırılıb. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, Potubəyli kəndinin Vətən müharibəsində tək şəhidi Amindir. İndi Aminin xatirəsinə kəndin girişində abidə də ucaldılıb.




Paylaş



Bölmə: Şəhidlər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!