KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                        Kiyevə hərbi yardımı dayandırın! .....                        Paşinyandan keçmiş liderlərə sərt sözlər .....                        Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu .....                        Azərbaycan millisi məğlub oldu .....                        Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan .....                        Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı .....                       
Tarix : 28-12-2020, 12:26
Əsirlikdən azad edilən Amin və Bayram nə vaxt evə buraxılacaq?

“Bayramla dünən danışmışıq, səhhətinin yaxşı olduğunu, müalicələrinin davam etdiyini dedi”

Butov.az xəbər verir ki, bu barədə Azvision.az -a erməni əsirliyindən azad edilən əsgər Bayram Kərimovun atası Yaşar Kərimov məlumat verib. O, övladının nə vaxt evə buraxılacağından xəbərsiz olduğunu bildirib:
"Bizimlə qısa danışır, övladının vəziyyətini soruşur. Özünün də yaxşı olduğunu deyir. Onlar buraxılanda dövlət səviyyəsində bizə məlumat veriləcək".

Əsirlikdən xilas edilən digər əsgər Amin Musayevin əmisi Sənan Sadıqov sonuncu dəfə onunla sırağagün danışdığını vurğulayıb:

"Bizimlə maraqlandı, hal-əhval tutdu, vəziyyətinin yaxşı olduğunu dedi. Onun nə zaman evə buraxılmağı barədə hələ məlumatımız yoxdur".

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşmüşdülər.

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari ilin dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Həmin gün Amin Musayev və Bayram Kərimov əsirlikdən azad edilərək Azərbaycana gətiriliblər. Onlar müalicə almaq üçün hospitala yerləşdiriliblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!