Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 17-03-2021, 12:47
18 illik ömrünə qəhrəman taleyi yazan Mirmöhsüm Əhmədov - FOTOLAR

“O, həmişə 18 yaşında mərd, məsum, igid bir oğul olaraq qalacaq. Balamın arzuları çox idi... Amma oğlum elə bir zirvə fəth etdi ki, indi onunla təkcə böyüdüyü el-oba deyil, bütün Azərbaycan qürur duyur. Mənim oğlumun adı Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazan igidlərin sırasındadır”. Bunu neftçalalı şəhid Mirmöhsüm Əhmədovun anası Arzu Əliyeva deyib. Onun sözlərinə görə, 18 yaşında əbədiyyət yolçuluğuna çıxan Mirmöhsüm qısa ömrünə böyük bir qəhrəmanlıq sığdırdı.

Butov.az xəbər verir ki, AZƏRTAC-ın müxbiri Mirmöhsümün ailəsinə baş çəkib, qəhrəmanımızın döyüş yoluna nəzər salıb.

Arzuları da özü kimi gənc idi. Polis olmaq, asayişi qorumaq və qanun keşiyində dayanmaq istəyirdi. Yaşıdlarından fərqlənirdi. Sakit, mehriban, hər kəsin köməyinə yetən biri idi. Anasını çox sevirdi. “Ana, Vətən sənsən” deyirdi həmişə. Vətəni anası qədər əziz bilirdi. Uşaq yaşlarından evdə “Vətən bizim anamızdır, onun bir qarış torpağı düşmən əsarətində qalmamalıdır” cümləsini də tez-tez işlədərdi.

Şəhidin anası Arzu Əliyeva deyir: “Arzusu polis olmaq idi. Şərəfli peşəni yerinə yetirmək istəyirdi. Amma qisməti şəhidlik oldu. Polis ola bilməsə də, şəhid oldu. Ən uca zirvəyə yüksəldi. Mirmövsüm ilə saatlarla, günlərlə, aylarla danışsam da doymaram. Bir şəhid anası kimi qürur duyuram oğlumla”.

Arzu ana bildirir ki, şəhidlər ölmür, onlar daim uca zirvədədirlər. Bu isə ona təsəllidir.

Mirmöhsüm Vətənə borcunu ödəmək üçün sanki tələsirdi. Səbirsizliklə hərbi xidmətə çağırılacağı günü gözləyirdi. Çağırış zəngi gələndə ailəsi ilə sevinərək sağollaşıb. 2020-ci ilin iyulun 13-də hərbi xidmətə yollanıb. Səhhətinə görə dörd dəfə əməliyyat olunan Mimöhsum Vətən müharibəsinin ilk günlərindən döyüşə atılır. Ailəsi onun bu istəyinə qarşı çıxmaq istəsə də, qəhrəman əsgər inadından dönmür. Qubadlı, Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərir. Füzuli istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur. Mirmöhsüm qonşuların, qohumların, dostlarının da sevimlisi idi.

Şəhidin dayısı Rauf Əliyev onun döyüş yolundan danışaraq deyir: “Mirmöhsümün döyüş yolu Füzulidən başladı. Qanlı döyüşlər gedirdi. Qəhrəmancasına döyüşüb, baxmayaraq ki, gənc əsgər idi. Həqiqətən də qorxu deyilən hissi yox idi. Müharibədən sonra bizə dedilər ki, əsgər yoldaşı yaralanmışdı. Mirmöhsüm onu kürəyinə alaraq arxaya gətirib, yenidən döyüşə qayıdıb və şəhidlik zirvəsinə yüksəlib”.

Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Mirmöhsüm Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Mirmöhsüm 18 illik ömrünə bütöv bir qəhrəman taleyi yaza bildi. Elə tale ki, həmişə danışılacaq.








Paylaş



Bölmə: Şəhidlər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!