"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 28-06-2021, 15:07
Şəhidlər ölməz, Vətən bölünməz!

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu adlanan hissin nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar ancaq bu müqəddəs zirvəyə yüksələ bilərlər!
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf edib:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur. Onlar həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.
Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpaqlarımız uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. 1990-cı ilin qanlı 20 Yanvar gecəsindən başlayan və İkinci Qarabağ müharibəsi ilə bitən bu ağır müharibədə Vətən uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərcə igid övladı uca şəhidlik zirvəsinə yüksəldi. Bu şəhidlər Vətənimizin müstəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etdilər. Şəhidləri müqəddəs bir amal birləşdirirdi: "Biz gəldi-gedərik, təki Vətən yaşasın!" . Bu amalla yaşayan insanlar Vətənimizin amalı, müstəqilliyi uğrunda gedən ağır müharibədə silahlandırılmış düşmən qoşunlarının qarşısından geri çəkilmədilər. Onlara cəsarət verən, sıralarını möhkəm edən Vətən, xalq sevgisi idi. İmperiya ordusunun əsgərləri, zabitləri belə heyrətə düşdülər. 30 illik Vətən həsrəti ölümlə üz-üzə qalan gənclərimizi narahat etmir, onları daha inamlı şəkildə irəli atılmağa sövq edirdi. İndi şəhidlərin ruhları Vətən göylərində azad gəzirlər. Şəhidlərin arzularının bir çoxu həyata keçib. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, biz torpaqlarımıza geri qayıtdıq.
Ölkəmizin iqtisadi, hərbi gücü getdikcə artır. Bu, bizə gələcəyə nikbin nəzərlərlə baxmağa əsas verir. Biz də öz məsuliyyətimizi aydın dərk edirik. Gözəl Vətənimizin igid oğullarının qanı ilə qazandığı müstəqilliyi, azadlığı göz bəbəyi kimi qorumağı və möhkəmlətməyi çoxumuz əsas məqsədimiz bilirik. Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Bakının ən uca yerində salınan Şəhidlər Xiyabanı yüksək səviyyədə abadlaşdırılıb. Nəzərə almaq lazımdır ki, Birinci Qarabağ müharibəsində təsdiq olunmamış hesablamalara görə 15-20 min insan həlak olub. Təbii ki, o zaman itkilərin çox olmasının bəzi səbəbləri var. Onların sırasında Azərbaycan ordusunda yüksək keyfiyyətli silahların olmaması, hakimiyyətdaxili münaqişələri göstərmək olar. Amma bu gün Azərbaycanın silahlı qüvvələri dünyanın inkişaf etmiş orduları sırasındadır. Həm müasir silah-sursat və texnikaların, həm də şəxsi heyətin döyüş bacarığı sahəsində Azərbaycan ordusu öz əzəli torpaqlarını işğaldan azad etdi.Eyni zamanda döyüşlərdə xeyli canlı qüvvə, silah-sursat və texnika sarıdan böyük itkilərə məruz qalan Ermənistan öz ictimaiyyətini aldatmaqla vəziyyətdən çıxmağa çalışır. Amma görünür, Azərbaycan ordusunun haqq savaşında düşmən üzərində əldə etdiyi qələbə Ermənistanda daxili böhranlara da səbəb olub. Bu gün xalqının etirazları ilə üzləşən Ermənistan hakimiyyəti müharibədə iki-üç min əsgər və zabitinin öldüyünü bildirir. Amma erməni itkilərinin nə qədər olduğunu müəyyənləşdirmək üçün təkcə Azərbaycan Müdafiə Nazirliyinin nümayiş etdirdiyi videogörüntülərə baxmaq kifayət edir. Kadrları təhlil etdikcə müəyyən etmək olur ki, Ermənistan döyüşlərdə on min civarında canlı qüvvə itirib. İkinci Qarabağ müharibəsində qələbə həm də Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, peşəkarlığı, böyük Vətən sevgisi hesabına əldə olundu. 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə milli bayrağımızı sancmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu olub. Hərbçilərimiz bu yolda canlarını belə əsirgəmədilər, əsl qəhrəmanlıq nümayiş etdirdilər.Bu müharibədə iştirak edən igidlərimizin çoxu könüllü idi. Onlar ailəsini, həyatını-bir sözlə, bütün sahib olduqlarını geridə qoyub cəbhəyə getdilər - Vətən uğrunda, torpaq uğrunda!
Kimisinin övladı ölümündən 1 ay sonra dünyaya gəldi, ata nədir, nə deməkdir bilmədi. Kimisinə bəylik qismət olmadı, kimisi də, valideynlik sevgisini dadmadı. Amma onları yalnızca bir amal düşündürdü-Vətən!
Vətənin xilası həm bala payı idi onlara, həm də ailə payı. Düşmənlərin törətdikləri faciə nəticəsində neçə - neçə anamızın gözü yaşlı qaldı. Rahat yat, Şəhidim, sil gözünün yaşını, Şəhid anası!
Övladın ölməyib!
O, qəlbimizdə əbədi məskən saldı.
Təki Vətən sağ olsun!
Məryəm İmanova,
BDU Jurnalistika fakültəsinin
I kurs tələbəsi

"Bütöv Azərbaycan" qəzeti
25 iyun 2021-ci il


Paylaş



Bölmə: Tələbə sözü / Şəhidlər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!