“Kultura” - mədəniyyət deməkdirmi? .....                        25 minə yaxın şagird və abituriyent imtahan verib .....                        Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır .....                        400-dən çox namizəd dövlət qulluğu imtahanı verib .....                        Azərbaycanlı qol güləşçisi super ağır çəkidə Avropa çempionu oldu - FOTO .....                        Qəzza zolağında 2 gündə İsrailin 5 hərbçisi ölüb .....                        Gürcüstanda tələbələr də etiraza başlayır .....                        Sabahın hava proqnozu .....                        Ermənistanda əsgərlikdən yayınma cəzaları sərtləşdirildi .....                       
Tarix : 29-07-2015, 15:00
"Möhtəşəm Elat Bayramından kədərli reportaj"

Fazil Mustafa yazır:

Gürcüstanda “Borçalı Cəmiyyəti”nin təşkil etdiyi Elat Bayramında iştiraka bir neçə ildir söz versəm də, görünür, bu dəfə qatılmaq qismət imiş. Neçə illərdir bu ölkədə baş verən təzadlı dəyişiklikləri görüb-müşahidə etmək üçün də hazır fürsət olaraq bu səfərə baxırdım. Hər ilin bu vədəsində, Başkeçid (Dmanisi) rayonunun dağ massivində burada yaşayan türk soydaşlarımızın yüzilliklər boyu yaşatdıqları el adətlərinin, törələrin canlı nümayişinə şahid olursan. Atlıların yarışması, xalq güləşi, türk və gürcü folklorunun səhnədə göstəriləri, dostluq və barış mesajları ilə dolu çıxışlar təkcə insanda xoş aura yaratmır, həm də burada yaşayan insanımızın gələcəyinə ümidlə baxmaq fürsəti verir. Azərbaycanın hər yerində son illərdə böyük beynəlxalq tədbirlər keçirilir, ölkənin dünyada tanıtımı üçün faydalı işlər görülür. Ancaq azərbaycanlıları öz-özünə tanıtım üçün təşkil olnan bu miqyasda və bu qələbəlikdə hansısa tədbirə rast gəldiyimi söyləməkdə çətinlik çəkirəm. Bundan möhtəşəm bir milli tanıtım, bundan faydalı milli həmrəylik duyğusu yaradacaq bir kütləvi tədbiri, açığı, xatırlamıram.
"Möhtəşəm Elat Bayramından kədərli reportaj"
"Möhtəşəm Elat Bayramından kədərli reportaj"

İyulun 26-da bazar günü minlərlə soydaşımız - uşaqlar, gənc qızlar-oğlanlar, orta yaşlı qadınlar-kişilər, ağsaqqallar-ağbirçəklər işini-gücünü bir tərəfə buraxıb, xüsusi bir şövqlə maşınlarla dağın yamaclarına doğru bir karvan intizamı ilə irəliləyir, burada çadırlar qurulur, heyvanlar kəsilir, ayrı-ayrı kəndlərdən, şəhərlərdən gələn insanlar bir-biri ilə qucaqlaşaraq, isinişərək ətrafa, sanki, “Biz varıq!” deyə səssiz impulslar ötürürlər. Bu tədbirdə iştirakdan öncə də “Biz varıq!” sədasını eşitməyənlərə üz tutaraq, söyləyəndə ki, "gəlin, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı ayrıca qanun qəbul edək, onları hamıya tətbiq etdiyimiz “əcnəbi” statusunun içində gömməyək, onlar bizlərdən daha çox milli kökə bağlı insanlardır", bu sözləri eşitdirməkdə xeyli çətinliklə üzləşirdik.
Artıq mən orada bir bütövləşmiş xalqı, milləti gördükdən sonra daha israrla bunu bağırmaq, çığırmaq istəyirəm: oradakı soydaşlarımızın yalnız adına deyil, problemlərinə sahib çıxmalıyıq! Əgər Qarabağ peşimançılığını təkrar yaşamaq istəmiriksə, çox sadə, məqsədyönlü bir diqqətlə oradakı Oğuz türk etnosunun dəyərini, əhəmiyyətini və özgüvənini qat-qat artırmağı düşünməliyik!
"Möhtəşəm Elat Bayramından kədərli reportaj"
"Möhtəşəm Elat Bayramından kədərli reportaj"

Gürcüstanda torpaq olaraq siyasi Vətən yoxdur, ancaq insan olaraq böyük bir Vətən var. Orada hər bir türk kəndinin ən ucqar təpəsinə dəmirdən xaç simvolları yerləşdirilsə də, əlçatmaz qayalıqların başında kilsələr salınsa da, bu, gürcü identikliyinin mövcudluğu kimi hiss olunmur - bu, bir dəmir xaç obrazında özünü xatırlatmadan başqa bir şey deyil. Sanki, bu xaç simvolu son çarə kimi düşünülmüş. Çünki burada torpağın gerçək sahibi, ona tarixi ənənəsi ilə bağlı bir türk etnosu var və onun izini itirmək mümkün deyildir və o, öz canlılığı ilə cansız dəmir xaça qalib gəlmişdir.
Burada azərbaycanlıların gürcülərdən qaynaqlanan problemləri bizdən qaynaqlanan problemlərindən qat-qat azdır. Çünki Gürcüstanda mənim təsəvvür etdiyim dərəcədə şovinizm müşahidə etməzsən. Qanunların da hamıya imtiyazsız tətbiq olunduğu faktını da gözardı etmək olmaz. Dövlət dili ilə bağlı problemin də çox zaman öz tənbəlliyimiz ucbatında çözülmədiyini söyləməkdən çəkinmirəm. Hər cür ödənişsiz kurslar var ki, gürcü dilini dizini yerə qoyub öyrənəsən. Bu dili bildinsə, o zaman üzünə mümkün iş və vəzifə qapıları açıla bilər.
"Möhtəşəm Elat Bayramından kədərli reportaj"
"Möhtəşəm Elat Bayramından kədərli reportaj"

Orada az sayda da olsa, hər partiyadan azərbaycanlı millət vəkilinin seçilməsi təsəlliverici məqamlardandır. Bununla belə, vətəndaş cəmiyyəti sektorunun fəallığı üzərində düşünərək, yerlərdə insanların icma şəklində Gürcüstanın dövlət həyatına inteqrasiyasını daha da artırmaq olar. Vaxtilə Bakıya gəlib məskunlaşan soydaşlarımızın hesabına kəndlərdə müəllim çatışmamazlığı bir faktdır. Hər halda, buraya geriyədönüş proqramı barədə Azərbaycan hökuməti səviyyəsində düşünməyin vaxtı keçib. Xüsusi fondlar yaradaraq oraya köçüb dərs deyən müəllimlərin yaşayışı üçün əlavə ödənişlər həyata keçirməklə, Bakıda qeydiyyatda olmayan çox sayda insanı bu prosesə cəlb etmək mümkündür.
Azərbaycan hökuməti tərəfindən görülən işləri də danmaq olmaz. Əsas iqtisadi layihələrin Gürcüstan üzərindən reallaşması öz təsirini az-çox göstərir. Xüsusilə də SOCAR-ın azərbaycanlı gəncləri yanacaq sektorunda işlə təmin etməsi təqdirəlayiq haldır.
Maraqlı bir epizodu da burada xatırlatmaq istərdim. SOCAR-a aid yanacaqdoldurma məntəqəsində azərbaycanlı işçilərə yoxlamaq məqsədilə verdiyim pulun qalığını geri qaytarmamağı təklif edəndə, hər iki gənc də sərt etiraz edib söylədilər ki, burada kimsədən rüşvət almırlar.
Kəndlərdə də maraqlı insanlara görüşdüm, anladım ki, məktəblərdə şagirdlərin sayının ilbəil azalması ən ciddi problemlərdən biridir. Buradakı azərbaycanlıların bizim bazara çıxışı, Bakıdan buraya insanların gəlişi sərhəd keçid məntəqələrimizdə xeyli çətinliklərlə müşayət olunur, halbuki bizlər maraqlı olmalıyıq ki, bura ilə təmas daha sıx-sıx olsun. Buradakı azərbaycanlılar əsas məşğuliyyətləri sayılan kənd təsərrüfatı məhsullarını əlverişli bazarlara çıxara bilsələr, yaşayış səviyyələrini daha da yaxşılaşdıraraq, daha həvəslə bu torpaqlarda məskunlaşarlar.
"Möhtəşəm Elat Bayramından kədərli reportaj"
"Möhtəşəm Elat Bayramından kədərli reportaj"

"Möhtəşəm Elat Bayramından kədərli reportaj"[/center]
Elat Bayramında Gürcüstanın Dmanisi bölgəsini qubernatorunun, bələdiyyə sədrlərinin, türk əsilli millət vəkillərinin iştirakı və çıxışı, tədbirin Gürcüstan televiziyaları vasitəsilə transilyasiyası onların bu tədbirə verdiyi əhəmiyyəti göstərir. Ancaq biz azərbaycanlılar üçün həyati əhəmiyyət daşıyan bu bayramda Azərbaycanın özü yox idi. Diaspora Komitəmizin, Gürcüstandakı səfirimizin, mədəniyyət ateşşemizin, Azərbaycan televiziyalarının (ATV-nin yerli müxbirinin iştirakı istisna olmaqla) izinə-tozuna rast gəlməyəndə anladım ki, həqiqətən də ölkə prezidentinin media nümayəndələri ilə görüşdə söylədiyi fikirlər nə qədər əsaslı idi: “Mənə çevrəmdə doğru məlumatlar vermirlər”.
Gərək, bu kimi səlahiyyət sahibləri iştirak edələr ki, doğru-dürüst də məlumat verələr. Gərək, büdcədən əməlli-başlı pul yeyən telekanalların rəhbərlərində azacıq Azərbaycan sevgisi ola ki, millətimizin bu mühüm tədbirini çəkib göstərələr. Yerlərdə təmsilçiliklər saxlayıb pul silməyi bilirlər, mənasız şoularla insanların zəhləsini tökə bilirlər, xalqa ruh, özünəinam verəcək bir hadisəni görməzdən gəlirlər. Hətta məndə o şübhə yarandı ki, bu tədbirin təşkilində böyük fədakarlıq göstərən “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması xahişini də oranın rəsmilərindən bizim Xarici işlər nazirliyi edib. Görünür, adam həqiqətən də gedib azərbaycanlıları bir yerə toplayaraq, problemlərini dilə gətirərək komforta və istirahətə alışmış səfirlərimizin rahatlığını pozurmuş. Çünki bu tədbirdən öncə də dəfələrlə rəsmi müraciətlərimizə baxmayaraq, Xarici işlər nazirliyi tərəfindən məsələnin həlli üçün hansısa ciddi addımın atıldığını müşahidə etmədik.
"Möhtəşəm Elat Bayramından kədərli reportaj"

Bir vaxtlar Azərbaycan mədəniyyətinin mərkəzi sayılan, Axundovu, Həsən bəy Zərdabini, Mirzə Cəlili yaradıcı kimlik olaraq bizlərə bəxş edən Tiflis şəhərinin mərkəzində - Şeytanbazarda yerləşən tarixi Cümə Məscidində ibadətdən sonra səsləndirdiyim son duanı xatırlatmaq istərdim: "Allahım, hər cür nemət verdiyin bu sevgili millətimizi öz biganəliyimizdən, naşükürlüyümüzdən qoru!"


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!