Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
21-10-2025, 16:54
Güzəştlər ləğv olunur - Bu avtomobillər bahalaşacaq


Güzəştlər ləğv olunur - Bu avtomobillər bahalaşacaq

2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatır. Sözügedən güzəştlər sayəsində son illərdə ölkəmizin avtoparkında əhəmiyyətli dərəcədə yenilənmə baş verib. Hər il on minlərlə hibrid və elektromobilin ölkəyə gətirilməsi nəticəsində minlərlə köhnə və texniki cəhətdən nasaz nəqliyyat vasitəsi daha müasir və ekoloji baxımdan üstün avtomobillərlə əvəz olunub.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qeyd olunan güzəştlərin ləğvi əslində arzuolunan deyil.
“Çünki bu güzəştlərin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın avtomobil parkını yeniləmək, ekoloji cəhətdən daha təhlükəsiz və müasir texnologiyalara əsaslanan, ətraf mühitə az zərər vuran avtomobillərin ölkəyə gətirilməsinə stimul vermək idi”.
Ə.Hüseynovun sözlərinə görə, hazırda ölkəmizdə avtomobil parkı çox köhnəlib:
“Azərbaycanda istismarda olan avtomobillərin 85 faizindən çoxu 10 ildən artıq yaşı olan nəqliyyat vasitələridir. Avtobus və yük avtomobillərinin vəziyyəti isə daha da acınacaqlıdır. Bu kateqoriyalarda həm avtomobillərin yaşı daha çoxdur, həm də onların texniki vəziyyəti daha bərbaddır. Yük avtomobillərində isə müşahidə olunan vəziyyət xüsusilə narahatlıq yaradır”.
O həmçinin vurğulayıb ki, avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var:
“Bu məqsədlə utilizasiya proqramı da qəbul olunub və artıq qeyd edilən istiqamətdə müəyyən addımlar atılıb. Bir tərəfdən köhnə avtomobillərin utilizasiyası, digər tərəfdən isə elektromobillərə və ekoloji nəqliyyat vasitələrinə tətbiq edilən gömrük və vergi güzəştləri bu prosesi sürətləndirə bilərdi”.
Nəqliyyat eksperti eyni zamanda nəzərə çatdırıb ki, əvvəlki illərlə müqayisədə bu il xüsusilə Çin istehsalı olan avtomobillərə maraq daha da artıb. Onun fikrincə, bu baxımdan güzəştlərin ləğvi müəyyən olunmuş strateji hədəflərin yarımçıq qalması ilə nəticələnə bilər:
“Vurğulamaq vacibdir ki, güzəştlərin ləğv olunmasının birbaşa iqtisadi nəticələri də olacaq. Belə ki, idxal rüsumları və vergilər yenidən tətbiq olunarsa, bu, avtomobillərin idxal dəyərinin artmasına səbəb olacaq. Bu isə istər yeni, istərsə də ikinci əl avtomobillərin satış qiymətinə birbaşa təsir edəcək. Burada fərq etməz, avtomobil hansı ölkədən gətirilib və ya hansı üsulla gətirilib, güzəşt ləğv olunursa, qiymət artacaq. Nəticədə daxili bazarda avtomobillərin əlçatanlığı azalmaqla yanaşı, habelə satış qiymətləri də artacaq”,- deyə Ə.Hüseynov qeyd edib.
21-10-2025, 16:46
Bakıda qətl - Yeniyetmə saxlanıldı


Bakıda qətl - Yeniyetmə saxlanıldı

Oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
21-10-2025, 16:42
Prezidentlər Beynəlxalq Süni İntellekt Mərkəzində - FOTO


Prezidentlər Beynəlxalq Süni İntellekt Mərkəzində - FOTO

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
Dövlət başçısına bu il yaradılan Mərkəz barədə məlumat verilib.
Qeyd olunub ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir.
Mərkəzdə fəaliyyət göstərən “İctimai məkan” hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır.
Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən “Tomorrow School” və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır.
Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi isə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.












21-10-2025, 16:39
Gürcüstanda aranı qatanlar kimlərdir?


Gürcüstanda aranı qatanlar kimlərdir?

Gürcüstanda etiraz aksiyaları davam etməkdədir. Etirazçılar əsasən bələdiyyə və parlament seçkilərinin nəticələrinə öz etirazlarını bildirirlər. Sonuncu dəfə oktyabrın 18-də etiraz aksiyaları keçirilib. Nəticədə, ümumilikdə 27 nəfər aksiya iştirakçısı müəyyən edilərək, onlardan 14-ü inzibati qaydada saxlanılıb, 13 nəfər barəsində isə inzibati icraat aparılır.
Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun sədri Arzu Nağıyevin sözlərinə görə, əvvəllər parlament seçkiləri ilə bağlı aksiyalar keçirirdilər ki, seçkilər düzgün keçirilməyib və qanun pozuntuları olub:
"Lakin birmənalı olaraq, sübuta yetirildi ki, bu belə deyil. Hazırda parlament öz fəaliyyətini davam etdirməkdədir. İkinci məsələ bələdiyyə seçkiləri ilə bağlıydı. 64 bölgədə bələdiyyə seçkiləri keçirilib. Bu zaman da qanun pozuntuları olduğunu iddia edib küçələrə axışdılar. Lakin Mərkəzi Seçki Komissiyası bir daha öz qərarını elan edərək bildirdi ki, "Gürcü Arzusu" partiyası 70% səs toplayaraq qalib gəlib. Bunun əleyhinə olaraq, Qərbin atdığı addımlar nəticəsində, əvvəlki prosesləri yenə də davam etdirirlər. Buna görə də Gürcüstan hökuməti bu qanunsuz etiraz aksiyalarına qarşı addımlar atır".
Komitə sədri sonda qeyd edib ki, burada əsas məsələ siyasidir:
"Avropa İttifaqı, istərsə də digər qurumların rəhbərlərinin mitinqlərdə iştirakı bunu göstərir ki, əsas məram-məqsəd siyasidir".
Gürcüstanda yaşayan azərbaycanlı fəal Elvin Tağıyev isə bildirib ki, etirazçılar Avropayönümlü fəallardan ibarətdir:
"Aksiyalarda iştirak edənlər Avropayönümlü siyasi partiyaların üzvləridir. Təbii ki, hər kəs hər hansı bir partiyanın dəstəkçisi olmaya bilər. Ancaq buna baxmayaraq, indiki “41” hökumətini("Gürcü Arzusu" Partiyası-red) dəstəkləmədikləri üçün etiraz edirlər. 2020-ci ildə etirazçılar parlament seçkilərinin nəticələrini leqal saymadılar. 300 gündən artıq etirazlarını davam etdirirlər ki, yenidən növbədənkənar parlament seçkiləri keçirilsin. Demokratik bir seçkinini keçirilməsi tələbi ilə çıxış edirlər. Ölkədəki iqtsiadi, siyasi böhranın qarşısının alınması üçün hazırki rejimin dəyişməsini tələb edilir".
E.Tağıyev söyləyib ki, etirazçılar arasında azərbaycanlı gənclər də var: "Bu, kütləvi hal almasa da, proseslərlə fəal maraqlanan gənclərimiz də olur".
21-10-2025, 00:03
Tramp Putinə daha bir şans verir


Tramp Putinə daha bir şans verir

ABŞ-ın Rusiyaya qarşı sanksiya qanun layihəsi ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışıqlara qədər təxirə salınıb.
Bu barədə Senat çoxluğunun lideri Con Tun bildirib.
Tramp daha əvvəl bəyan edib ki, Rusiya ilə Ukrayna arasında müharibə bitməsə, “çoxları ağır bədəl ödəmək məcburiyyətində qalacaqlar”.
Moskvaya qarşı sanksiya qanun layihəsi bir neçə aydır ki, nəzərdən keçirilir, lakin ABŞ Senatı və Nümayəndələr Palatasının rəhbərliyi layihəni səsverməyə çıxarmayıb.
20-10-2025, 23:38
Berlində güclü partlayış - Ölən və yaralılar var


Berlində güclü partlayış - Ölən və yaralıları var

Berlinin Noyköln rayonunda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub, azı səkkiz nəfər xəsarət alıb.
Partlayışın birmərtəbəli evdə qaz sızması nəticəsində baş verdiyi, ölən şəxsin qadın olduğu bildirilir. Xəsarət alanların dördü uşaqdır.
Partlayış nəticəsində evə ciddi ziyan dəyib.
Hadisə yerinə Berlin Yanğınsöndürmə Xidmətinin 100-dək əməkdaşı cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
20-10-2025, 22:54
Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs olunub


Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs olunub

Bakı şəhərində məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayonu ərazisində BYD markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən olunub və o saxlanılıb.
E.Oruczadə müvafiq qərarla həbs olunub.
20-10-2025, 22:27
Fidan Avropa komissarı ilə bir arada


Fidan Avropa komissarı ilə bir arada

"Qafqazda sülhün möhkəmlənməsi ilə biz regional əməkdaşlığı inkişaf etdirmək və Avropanın müstəqilliyini gücləndirmək üçün nəsildə bir dəfə yaranan bir imkan görürük”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşən Avropa Komissiyasının Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos öz “X” hesabında yazıb.
“Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə infrastruktur layihələrinin necə həyata keçirilə biləcəyini və Avropa ilə Asiyanı bir-birinə necə yaxınlaşdırmağı müzakirə etdik”, - o əlavə edib.
20-10-2025, 21:53
Fərid Qayıbov yeni vəzifəyə seçildi


Fərid Qayıbov yeni vəzifəyə seçildi

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasına (COP10) sədr seçilib.
Bu gün Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyası (COP10) fəaliyyətə başlayıb.
Tədbirin ilk hissəsində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasının (COP10) sədri seçilib.
Xatırladaq ki, nazir Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri, 2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 9-cu Sessiyasının (COP9) sədr müavini seçilmişdi.
20-10-2025, 21:48
Türkiyə-Azərbaycan Universiteti barədə vacib toplantı - FOTO


Türkiyə-Azərbaycan Universiteti barədə vacib toplantı - FOTO

Oktyabrın 20-də Türkiyə-Azərbaycan Universitetinin (TAU) Himayəçilər Şurasının 5-ci iclası keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən TAU-nun fəaliyyətində iştirak edən Türkiyənin Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ), Orta Doğu Texniki Universiteti (ODTÜ) və Azərbaycan Texniki Universitetinin rektorları iştirak ediblər.
İclas çərçivəsində Türkiyə - Azərbaycan Universitetinin illik hesabatı, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib. İclas iştirakçıları sözügedən universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!