Təbrik edirik! .....                        Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                       
11-02-2026, 16:09
Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşdü - FOTO


Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova fevral 11-də ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Ərəb Parlamentinin prezidentinin ölkəmizə ilk rəsmi səfəri yüksək qiymətləndirilib, bu səfərin iki qurum arasında münasibətlərin daha da inkişafına, əməkdaşlıq imkanlarının genişlənməsinə və əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəyinə dair əminlik ifadə olunub. Sahibə Qafarova qonaqla müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilmiş görüşləri, o cümlədən ötən ilin noyabrında Qahirədə baş tutmuş ikitərəfli görüşü və bu ilin yanvarında Əbu-Dabidə Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında birgə iştiraklarını məmnunluqla xatırladıb.
Söhbətdə Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərin ortaq tarix, dini-mənəvi dəyərlər və qarşılıqlı hörmət prinsipləri əsasında uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu ölkələrlə münasibətlərin inkişafına böyük diqqət yetirdiyi vurğulanaraq, bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. İkitərəfli çərçivədə ərəb ölkələri ilə qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığı, mütəmadi təmasların, aparılan danışıqların və əldə olunan nəticələrin əlaqələrin inkişafına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.
Görüşdə Azərbaycanın islam dininin təbliği, islam həmrəyliyinin möhkəmləndirilməsi və islamofobiyaya qarşı mübarizə istiqamətində ciddi səylər göstərdiyi qeyd olunaraq, bu sahədə ölkəmiz tərəfindən irəli sürülmüş mühüm təşəbbüslər vurğulanıb. Birgə təmsil olunduğumuz İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı dəstək və həmrəyliyin nümayiş etdirildiyini deyən Milli Məclisin sədri, bu platformada əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib. Eyni zamanda, Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında iyirmi ildir davam edən səmərəli əməkdaşlıq münasibətlərinə toxunularaq, Prezident İlham Əliyevin 2022-ci ildə Liqanın Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etdiyi diqqətə çatdırılıb.
Ərəb ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə və əlaqələrin parlament xətti ilə inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini deyən Spiker Sahibə Qafarova qeyd edib ki, Milli Məclisdə ərəb ölkələri parlamentlərinin əksəriyyəti ilə işçi qruplar fəaliyyət göstərir və qarşılıqlı səfərlər, görüşlər həyata keçirilir, əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanır, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir.
Söhbət zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş və hazırda Azərbaycanın sədrliyi ilə fəaliyyət göstərən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) ilə Ərəb Parlamenti arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişafından
məmnunluq ifadə olunub. Parlamentin spikeri 2023-cü ilin fevralında Qahirəyə səfəri çərçivəsində Ərəb Parlamentinin mənzil-qərargahını ziyarət etdiyini xatırladıb, həmin səfər zamanı imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb. Həmçinin, həmin il Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Ərəb Parlamenti yanında müşahidəçi statusu əldə etməsinin əməkdaşlığa yeni imkanlar yaratdığı qeyd edilib.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ərəb Parlamentinin Prezidenti Məhəmməd Əhməd Əl-Yammahi Azərbaycana rəsmi səfərindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşən qonaq, ölkə başçısının Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində apardığı yorulmaz fəaliyyətini yüksək qiymətləndirib. Ərəb dünyasının Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayan Məhəmməd Əhməd Əl-Yammahi, ticarət, enerji və logistika kimi strateji sahələrdə tərəfdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. Ərəb Parlamentinin prezidenti, eyni zamanda, ərəb dünyasının gündəliyində duran məsələlərdə, xüsusilə Fələstin probleminə münasibətdə göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
Parlamentlərimiz arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən qonaq, rəhbərlik etdiyi qurumun Milli Məclis, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə yaratdığı əməkdaşlıq və dialoqun parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin olduğunu vurğulayıb. O, Milli Məclis sədrinin Parlament Şəbəkəsinin işinin səmərəli təşkilindəki rolunu yüksək qiymətləndirib və parlamentləri bir araya gətirən bu mühüm platformanın qlobal məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. Məhəmməd Əhməd Əl-Yammahi, həmçinin Milli Məclisin sədrini Ərəb Parlamentinin plenar sessiyasında iştirak və çıxış etməyə dəvət edib.
Görüşdə qonağa Azərbaycan Respublikasının keçdiyi tarix yol, həmçinin Milli Məclis haqqında məlumat verilib. Parlamentin spikeri Azərbaycan parlamentinin strukturu və fəaliyyəti barədə məlumat verərək siyasi partiyaların və qadınların parlamentdə təmsilçiliyindən, eləcə də parlamentə son seçkilərin keçirilməsindən bəhs edib və parlamentin hazırkı çağırışının Azərbaycanın bütün suveren ərazisində keçirilən seçkilərdən sonra formalaşdığını diqqətə çatdırıb. Görüşdən sonra qonaq Milli Məclisin Xatirə kitabını imzalayıb.
Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti parlamentin plenar iclas zalı və Milli Məclisin foyesində yaradılmış 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanış olub.





11-02-2026, 16:02
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı


“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.
Bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis postundan kənarlaşdırılıb.
“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.
11-02-2026, 15:57
Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı


Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı

Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.
Bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin “X” hesabında məlumat verilib.
“Ötən gecə Heydər Əliyev Mərkəzi viste-prezident Ceyms Devid Vensin rəsmi səfərinin şərəfinə ABŞ bayraqlarının rəbgi ilə işıqlandırılıb. Bu gözəl jest güclü və genişlənən ABŞ-Azərbaycan tərəfdaşlığını əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcəyə və qarşılıqlı inkişafa olan müştərək sadiqliyimizin simvoludur”,- səfirlik qeyd edib.
11-02-2026, 15:46
Kollecdə atışma: 3 nəfər güllələndi


Kollecdə atışma: 3 nəfər güllələndi

Rusiyanın Anapa şəhərindəki kollecin yaxınlığında atışma baş verib.
Krasnodar diyarı Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, 3 nəfər yaralanıb. İnsident Promışlennaya küçəsindəki sənaye kollecin yaxınlığında baş verib.
Atışmada şübhəli bilinən şəxs saxlanılıb. Onun 17 yaşında olduğu və avtomobil mexaniki kimi təhsil aldığı məlumdur.
Həmçinin iddia olunur ki, ən ağır xəsarət alan şəxs kollecin mühafizəçisi olub və atıcı ona ilk hücum edib.
11-02-2026, 15:28
ABŞ bizdən tualet kağızı kimi istifadə edib - Nazir


ABŞ bizdən tualet kağızı kimi istifadə edib - Nazir

Vaşinqton Pakistanı strateji maraqları üçün istismar edib və işlənmiş tualet kağızı kimi atıb.
Bunu Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.
Pakistan Milli Assambleyasında danışan nazir hazırda ABŞ ilə münasibətlərin gərgin olduğunu xatırladıb.
Müdafiə naziri 11 sentyabr 2001-ci il hücumlarından sonra ABŞ-ın bölgə siyasətinin ölkəsi üçün dağıdıcı olduğunu bildirdi.
"Pakistanla bir məqsəd üçün istifadə edilən və sonra atılan tualet kağızından daha pis rəftar edildi", - deyə o bildirib.
11-02-2026, 15:10
ABŞ ilə müharibə qaçılmazdır - İranlı generallar


ABŞ ilə müharibə qaçılmazdır - İranlı generallar

İran ordusunun ali rəhbərliyi ABŞ ilə müharibəni qaçılmaz hesab edir.
Bu barədə “Washington Post” qəzeti yazıb.
Qeyd olunub ki, bir çox İran rəsmisi hesab edir ki, ABŞ ilə münaqişə qaçılmazdır və hazırkı danışıqlar mərhələsi yalnız Amerikanın hərbi əməliyyatlarını təxirə sala bilər.
Xatırladaq ki, ABŞ və İran Omanda sülh danışıqları aparır.
11-02-2026, 14:59
Aşıq Tellinin qardaşı vəfat etdi


Aşıq Tellinin qardaşı vəfat etdi

Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi baş verib.
Dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib.
60 yaşlı şəxsin ürək çatışmazlığından öldüyü bildirilib.
Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır.
11-02-2026, 14:44
Ərəb Parlamentinin prezidenti Zəfər parkını ziyarət etdi


Ərəb Parlamentinin prezidenti Zəfər parkını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub.
Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı və digər rəsmi şəxslər müşayiət ediblər.
11-02-2026, 14:35
İran-ABŞ danışıqlarının 2-ci raundu keçiriləcək - Laricani


İran-ABŞ danışıqlarının 2-ci raundu keçiriləcək - Laricani

İran hazırda ABŞ ilə növbəti danışıqların vaxtını müəyyən etmək üçün məsləhətləşmələr aparılır.
“Tasnim”in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.
O, tarixin yaxın günlərdə açıqlanacağını qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Omanın paytaxtı Məskət şəhərində İran-ABŞ danışıqlarının ilk raundu keçirlib. İran tərəfdən danışıqlara xarici işlər naziri Abbas Arakçi, ABŞ tərəfdən Prezidentin xüsusi elçisi Stiv Uitkof rəhbərlik edib.
11-02-2026, 14:17
Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək


Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq.
Bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilib ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.
Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.
Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!