Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi .....                        Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB .....                        10 kq qızılı oğurlayıb bataqlıqda gizlətdilər - FOTO .....                        Kimlər əfvə düşə bilməz? - SİYAHI .....                        İranın müdafiə naziri Ermənistana getdi .....                        Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı .....                        Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi - FOTO .....                        Bakıda yeni işıqforlar quraşdırılır .....                        Üzləşdiyimiz istənilən çətinlik zamanı Əliyev bizim yanımızda olub - Orban .....                       
24-03-2025, 16:49
İran və Ermənistanda zəlzələ oldu


İran və Ermənistanda zəlzələ oldu

İranda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların episentri Kirman əyalətində olub.
Ermənistan ərazisində də zəlzələ baş verib.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, yeraltı təkanların episentri Spitak şəhərinin 8-ci kilometrliyində yerləşib.
Şirak vilayətinin Şenavan, Arevaşoq və Karadzor yaşayış məntəqələrində təkanların gücünün 3 bal olduğu bildirilib.
24-03-2025, 16:29
Mingəçevirdə meyit tapıldı


Mingəçevirdə meyit tapıldı

Mingəçevirdə meyit tapılıb.
Hadisə şəhərdəki evdə qeydə alınıb.
Meyiti tapılan şəxsin Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Allahverdi Quliyev olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
24-03-2025, 16:08
Baş prokuror Vyetnama gedib - FOTO


Baş prokuror Vyetnama gedib - FOTO

Vyetnamın Baş prokuroru Nquyen Tiyenin dəvəti ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamda işgüzar səfərdədir.
Martın 24-də Vyetnam Sosialist Respublikasının Prezidenti Luonq Kuonq nümayəndə heyətini qəbul edib.
Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarını Vyetnamın Kommunist Partiyasının Baş katibinə və ölkə prezidentinə çatdırıb.
Prezident Luonq Kuonq dövlətimizin başçısına salamlarına görə minnətdarlığını bildirib, onların da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə iki ölkə arasında dost münasibətlərin təməlinin hələ 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə və 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfəri zamanı qoyulduğu qeyd edilərək, SSRİ dövründə Azərbaycanda 5 minədək vyetnamlının təhsil aldığı bildirilib. Müstəqilliyin bərpasından sonra Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Vyetnam əlaqələri dinamik inkişaf edib. Xüsusilə, 2014-cü ildə dövlət başçısının Vyetnama gerçəkləşdirdiyi dövlət səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və etibarlı əməkdaşlıq səviyyəsinə yüksəlməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Ali Xalq Prokurorluğunda keçirilmiş ikitərəfli görüşdə Vyetnamın Baş prokuroru Nquyen Tiyen Azərbaycan ilə yüksələn xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsini müsbət qiymətləndirib. O, Vyetnam xalqının çətin dövrlərdə Azərbaycan xalqı tərəfindən göstərilən dəstəyi daim yüksək qiymətləndirdiyini və heç vaxt unutmayacağını vurğulayaraq, 2023-cü ildə Vyetnamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin və Vyetnama tarixi səfərinin 40 illiyinin, həmçinin Ho Şi Minin ölkəmizə səfərinin 65 illiyinin qeyd edildiyini bildirib.
Baş prokuror Kamran Əliyev səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda, xüsusilə də prokurorluq sistemində həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. Baş prokuror bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.
Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin səmərəliliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hüquqi baza üzrə fikir mübadiləsi aparıblar.
Sonda Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında hüquqi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edəcək.
Nümayəndə heyəti ölkəmizin Hanoydakı səfirliyinə gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub. Kamran Əliyev səfirliyin əməkdaşları ilə görüşüb, fəaliyyətlərində uğurlar arzulayıb.
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri davam edir.





24-03-2025, 15:59
Türkiyədə aksiyalarda mindən çox etirazçı saxlanılıb


Türkiyədə aksiyalarda mindən çox etirazçı saxlanılıb

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı başladılan araşdırma və İBB sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı ölkənin müxtəlif bölgələrində keçirilən qanunsuz aksiyalar zamanı indiyədək 123 polis əməkdaşı yaralanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Nazir bildirib ki, bu aksiyalar zamanı təxribatçıların polisə qarşı istifadə etdikləri kimyəvi və partlayıcı maddələr, daş, dəyənək, fişəng, balta və bıçaq ələ keçirilib. Bu şəxslər barəsində hüquqi prosedurlar davam etdirilir.
Bu gecə də davam edən aksiyalar zamanı təxribatçılar İstanbulun Fatih bölgəsində yerləşən Şahzadə Paşa Məscidinə hücum edib, tikilinin bir çox yerləri, o cümlədən bəzi tarixi məzar daşlarını dağıdıblar. Bu gün məscidi ziyarət edən İstanbul valisi Davut Gül martın 19-dan 23-dək keçirilən qanunsuz aksiyalar zamanı 1133 şübhəli şəxsin saxlanıldığını, onlardan 12-nin fərqli terror təşkilatı ilə əlaqəli olduğunun müəyyən edildiyini bildirib. Bundan əlavə, saxlanılan şəxslərin “narkotik”, “oğurluq”, “dələduzluq”, “cinsi istismar”, “qəsdən yaralama” kimi 17 fərqli cinayətlə bağlı hüquqi prosedurlara cəlb olunduqları müəyyən edilib.
24-03-2025, 15:45
Pensiya düzəltmək adı ilə vətəndaşın 10 min manatını mənimsədi


Pensiya düzəltmək adı ilə vətəndaşın 10 min manatını mənimsədi

Bakı şəhəri, Xətai Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub. 1976-cı il təvəllüdlü təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs zərərçəkmişin etibarından sui-istifadə edərək, onun oğlunun pensiyaya çıxmasına və 12.000 manat kompensasiya almasına kömək edəcəyini vəd edib. Lakin vədinə əməl etməyərək, ümumilikdə 10.000 manat məbləğində pulu mənimsəyib.
Zərərçəkənin oğlu hərbi hissədə ayağını zədələdiyindən ayağına 36 ədəd tikiş vurulub. Hospitalda müalicə alarkən orada tanış olduğu Yasər adlı bir nəfər şəxs ona belə bir adamın olduğunu və onun bu işlərlə məşğul olduğunu bildirib.
Dələduz zərərçəkmişdən oğlunun üçüncü qrup əlilliklə pensiyaya çıxması üçün ilk öncə 15.000 (on beş min) manat pul istəyib, o həmin məbləğlə razılaşmadığından daha sonra yenidən görüşərək işin həll olması üçün 12.000 (on iki min) manat verməsi barədə razılığa gəliblər. Onlar restoranda görüşərək 5.500 (beş min beş yüz) manat verib və bunu mobil telefon vasitəsi ilə video görüntüyə çəkib, sonradan 500 (beş yüz) manatı dələduzun verdiyi bank kartına göndərib. Bir müddət sonra dələduz ona artıq işin həll olunduğunu, bu səbəbdən 4000 (dörd min) manat da verməyini, qalan məbləği verdikdən sonra pensiyanın təyin ediləcəyini bildirib.
İstintaq və məhkəmə araşdırmaları zamanı sübut edilib ki, təqsirləndirilən şəxs müxtəlif tarixlərdə zərərçəkmişdən nəğd və bank köçürmələri yolu ilə pul alıb. Məhkəmə iclasında o, günahını etiraf edib və aldığı məbləği şəxsi ehtiyaclarına xərclədiyini bildirib.
24-03-2025, 15:33
Rusiyada “Su-25” təyyarəsi qəzaya uğradı - Pilot sağ qaldı


Rusiyada “Su-25” təyyarəsi qəzaya uğradı - Pilot sağ qaldı

Rusiyanın Primorski diyarında planlı təlim-məşq uçuşu zamanı “Su-25” təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir.
Nazirliyin məlumatına görə, pilot katapult edib, o, axtarış-xilasetmə qrupu tərəfindən tapılıb.
24-03-2025, 15:24
Azərbaycan D-8-in tamhüquqlu üzvü oldu


Azərbaycan D-8-in tamhüquqlu üzvü oldu

Azərbaycan hökuməti martın 19-da D-8 (Developing-8) İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən Katibliyinə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini rəsmi olaraq təqdim edib və bununla da Azərbaycanın təşkilata tamhüquqlu üzv kimi qoşulma prosesi başa çatıb.
Məlumatda qeyd olunub ki, 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən D-8-ə üzv dövlət və hökumət başçılarının 11-ci sammitində Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciəti yekdilliklə qəbul edilib.
“Bu qərardan sonra Azərbaycan təşkilata üzvlük üçün vacib şərt olan D-8 Nizamnaməsinin ratifikasiyası prosesinə başlayıb. Bu proses çərçivəsində Azərbaycan Milli Məclisi 7 mart 2025-ci il tarixində D-8 Nizamnaməsinin ratifikasiyası haqqında 149-VIIQ saylı Qanunu qəbul edib, daha sonra həmin qanun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq rəsmi qüvvəyə minib.
Şübhəsiz ki, Azərbaycanın D-8-in doqquzuncu üzvü kimi qoşulması təşkilatın inkişafında mühüm mərhələdir. Bu hadisə yeni imkanlar açmaqla təşkilatın Nizamnaməsində təsbit edilmiş məqsəd və vəzifələrin həyata keçirilməsində üzv dövlətlər arasında əməkdaşlığı daha da gücləndirmiş olacaq”,- deyə təşkilatın bəyanatında vurğulanıb.
24-03-2025, 15:07
Bayram namazının vaxtı açıqlandı


Bayram namazının vaxtı açıqlandı

Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq.
Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
“Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı dəqiqləşdirə bilər”, - QMİ sədrinin müavini qeyd edib.
24-03-2025, 14:58
Girov saxlanılan gəmiçilərimiz Vətənə gətirildi


Girov saxlanılan gəmiçilərimiz Vətənə gətirildi

Xarici İşlər Nazirliyi (XİN) Eritreyada saxlanılan gəmilərin heyətinin ölkəmizə geri gətirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:
"Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib.
Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı Səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.
Bu prosesdə yaxından dəstək göstərən Türkiyə Respublikasının Eritreya Dövlətindəki Səfirliyinə dərin minnətdarlığımızı bildiririk".
24-03-2025, 14:31
Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin olundu


Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin olundu

Ermənistan hökuməti və bir sıra nazirliklərdə Avropa İttifaqı ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi ilə əlaqədar məsləhətçilər təyin edilib.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan parlamentdə çıxışında bildirib.
Qeyd edilib ki, Avropa İttifaqından yüksək rütbəli məsləhətçi artıq Ermənistana ezam olunub, Fransa 5 müxtəlif nazirliyə məsləhətçilər göndərib. Eyni zamanda digər ölkələrdən ekspertlərin dəvət edilməsinin mümkünlüyü nəzərdən keçirilir.
Paruyr Ovanisyan qeyd edib ki, yaxın aylardan Avropa İttifaqı ilə danışıqların gündəliyinə dair yeni sazişin imzalanması planlaşdırılır. Bu, Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iyun ayında keçirilməsi nəzərdə tutulan iclasında imzalana bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!