Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi .....                        Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB .....                        10 kq qızılı oğurlayıb bataqlıqda gizlətdilər - FOTO .....                        Kimlər əfvə düşə bilməz? - SİYAHI .....                        İranın müdafiə naziri Ermənistana getdi .....                        Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı .....                        Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi - FOTO .....                        Bakıda yeni işıqforlar quraşdırılır .....                        Üzləşdiyimiz istənilən çətinlik zamanı Əliyev bizim yanımızda olub - Orban .....                       
24-03-2025, 14:20
Şamaxıya qar yağdı - Yollar buz bağladı


Şamaxıya qar yağdı - Yollar buz bağladı

Baharın ilk günləri olmasına baxmayaraq, təbiət hələ də bu dəyişikliyə tam uyğunlaşmayıb. Azərbaycanın bəzi bölgələrində hava şəraiti kəskin dəyişib, yaz yağışları isə artıq yerini qar yağışına verib. Xüsusilə Şamaxıda müşahidə edilən güclü qar qış mənzərəsi yaradıb.
Son günlər temperaturun 15-20 dərəcə aşağı düşməsi bölgədə şaxtalı havaya səbəb olub. Güclü duman müşahidə edildiyindən nəqliyyatın hərəkətində çətinliklər yaşanmaması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər. “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallının sözlərinə görə, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun qardan və buzdan təmizlənməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib. Onun sözlərinə görə, qarın hündürlüyü normadan çox olsa da, yolun hərəkət hissəsində ciddi problem qeydə alınmayıb. Bayram və istirahət günlərində bölgəyə axın edən yerli və xarici turistlərin rahat hərəkətini təmin etmək məqsədilə yol təmizləmə işləri fasiləsiz davam etdirilir.
Axşam saatlarında qarın güclənəcəyi, havanın daha şaxtalı və dumanlı olacağı proqnozlaşdırılır. Bu səbəbdən sürücülərə, xüsusilə Şamaxı-Pirqulu-Dəmirçi yolunda hərəkət edənlərə diqqətli olmaları tövsiyə edilib. Bildirilib ki, sürət həddinə əməl etmək, qarlı və buzlu yollarda ehtiyatlı olmaq vacibdir.
Qarın ən çox sevindirən tərəfi isə bölgəyə istirahət üçün gələn yerli və xarici turistlərdir. Bayram günlərini fürsət bilən qonaqlar bu səhəri möhtəşəm qış mənzərəsi ilə açıblar. Sərt hava şəraitinə baxmayaraq, Şamaxının qarla örtülmüş gözəlliyini görmək istəyənlərin sayı durmadan artır. Turistlər təbiətin bu gözlənilməz sürprizindən zövq alaraq, dağlıq ərazilərdə gəzintiyə çıxır, şəkillər çəkdirir və qışın son hədiyyəsini dəyərləndirirlər.
Yağan qarın kənd təsərrüfatına təsiri isə fərqli qiymətləndirilir. Sakinlərin sözlərinə görə, qarın taxıl və otlaq sahələrinə müsbət təsiri gözlənilir, lakin meyvə ağaclarına ciddi zərər dəyə bilər. Çünki yazın gəlişi ilə bir çox meyvə ağacları çiçək açıb və bar verməyə başlayıb. Hazırda havanın temperaturunun mənfiyə düşməsi məhsuldarlığa mənfi təsir edə bilər.
24-03-2025, 14:13
Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırdı


Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırdı

Kirştianu Ronalduya "Ginnesin rekordlar kitabı"na düşməsi münasibətilə sertifikat təqdim edilib.
Bu sertifikat 40 yaşlı hücumçuya UEFA Millətlər Liqasının 1/4 finalı üzrə Portuqaliya - Niderland (5:2) oyunundan öncə verilib.
Belə ki, Serxio Ramosun rekordunu (131) geridə qoyan Kriştianu Ronaldu milli komandada 132-ci qələbəsini qazanıb.
O bu nailiyyətə 2003-cü ilin avqustundan 2024-cü ilin noyabrına qədər olan müddətdə nail olub. Portuqaliya millisi sonuncu dəfə ötən il noyabrın 16-da Polşanı məğlub edib (5:1). Sözügedən matçda Ronaldu dubla imza atıb.

24-03-2025, 13:55
Türkiyədəki azərbaycanlı tələbələrə xəbərdarlıq


Türkiyədəki azərbaycanlı tələbələrə xəbərdarlıq

İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsinə görə CHP-nin keçirdiyi kütləvi aksiyalarla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi müraciət yayıb.
Müraciət Təhsil Müşavirliyinin rəsmi səhifəsində paylaşılıb.
“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!” – müraciətdə bildirilib.
Qeyd edək ki, Türkiyə qanunlarına görə, xarici ölkə vətəndaşı, o cümlədən əcnəbi tələbə hər hansı daxili siyasətlə bağlı aksiyalarda iştirak edərsə, dərhal ölkədən deport olunur.
24-03-2025, 12:44
İtkin düşən rəfiqələrdən daha biri tapıldı


İtkin düşən rəfiqələrdən daha biri tapıldı

Martın 17-də itkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
İtkin düşən kimi axtarışa verilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, martın 17-də yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onlardan birinin anası müğənnidir.
Xatırladaq ki, dünən rəfiqələrdən biri də tapılmışdı.
24-03-2025, 12:23
Şimşək çağacaq, yağış və dolu yağacaq - Sabahın havası


Şimşək çağacaq, yağış və dolu yağacaq - Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
24-03-2025, 12:09
Göyçay sakini qohumunu bıçaqladı


Göyçay sakini qohumunu bıçaqladı

Göyçayda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Bığır kəndinin ərazisində qeydə alınıb.
Kənd sakini 1973-cü il təvəllüdlü Şaiq Salmanov münaqişə zəminində qohumu 1961-ci il təvəllüdlü Nazir Salmanova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.
24-03-2025, 11:48
Rusiya-ABŞ danışıqları başladı


Rusiya-ABŞ danışıqları başladı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “The Ritz-Carlton” hotelində ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar start götürüb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Görüş bağlı qapılar arxasında keçirilir.
Səudiyyə krallığının Təhlükəsizlik Xidmətinin əməkdaşları yerli və beynəlxalq jurnalistlərə hotel ərazisini tərk etməyi tapşırıb.
24-03-2025, 11:30
İdmançılarımız Dünya Kubokunda qızıl medal qazandılar


İdmançılarımız Dünya Kubokunda qızıl medal qazandılar

Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıblar.
Bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarışıq cütlük 19.350 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
24-03-2025, 10:29
34 yaşlı kişi qonaq getdiyi evdə dəm qazından öldü


34 yaşlı kişi qonaq getdiyi evdə dəm qazından öldü

Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Bakı şəhər sakini 34 yaşlı Sənan Oruc oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb.
İlkin məlumata görə, S.Məmmədovun dəm qazından boğularaq ölüb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan S. Məmmədov bayramı qeyd etmək üçün ailəsi ilə birlikdə kəndə qonaq gəlibmiş.
24-03-2025, 10:10
AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək


AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək

Bakı-Quba yolunda avtomobilinə maddi ziyan dəymiş tanınmış radio aparıcısı Elgün Xıdırov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) məhkəməyə verib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Butov.az aparıcının yaydığı məlumatı olduğu kimi təqdim edir:
"Təxminən 1 il əvvəl Xaçmaza gedərkən Şabran rayonu ərazisində avtomobilimin təkəri çuxura düşərək partladı.
İlk işim 102 qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mən isə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı, asqı sistemindəki digər detallar da sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, qurumdan heç bir reaksiya olmadı. Bundan sonra sənədləri hazırlayıb Binəqədi rayon Məhkəməsinə müraciət etdim və məhkəməni uddum. Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA apellyasiya şikayəti verdi. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı" - deyə Elgün Xıdırov bildirib.
Qeyd edək ki, məhkəmənin qərarına görə, AAYDA avtomobilə dəymiş maddi ziyanla bağlı 933 manat ödəməlidir.







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!