Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
1-10-2025, 19:45
Naxçıvanda 3 maşın toqquşdu - 4 yaralı var


Naxçıvanda 3 maşın toqquşdu - 4 yaralı var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Qəza zamanı “VAZ 2107”, “Raf” və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.
Zəncirvari qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
1-10-2025, 19:30
"Euronews" Bakı Təhlükəsizlik Forumundan süjet hazırladı - VİDEO


Euronews" Bakı Təhlükəsizlik Forumundan süjet hazırladı - VİDEO

Şərqlə Qərbi birləşdirən, sülh və diplomatiya tərəfdarı olan bir regionda keçirilən Bakı Təhlükəsizlik Forumu yenidən qlobal təhlükəsizlik haqqında əsas müzakirələrin məkanına çevrilir.
Bu barədə “Euronews” telekanalının “Bakı Təhlükəsizlik Forumu 2025: terrorizm, kibertəhdidlər və qlobal böhranlar” adlı videosüjetində qeyd edilib.
“Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid, eləcə də risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir”, - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev forumu açarkən Azərbaycan Prezidenti İlham Əliyevin müraciətindən sitat gətirib.
Süjetdə qeyd edilir ki, forum 80-dən çox dövlətin nümayəndələrini bir araya gətirib. İştirakçılar təhlükəsizlik sahəsində sərhədlərarası əməkdaşlığın gücləndirilməsi məqsədilə terrorizm, kibercinayətkarlıq, dezinformasiya və humanitar böhranlarla mübarizəni müzakirə ediblər.
“Terrorçular hökumətlərin işini pozmağı, eləcə də dinc insanların həyatını dağıtmağı bacarırlar. Buna İŞİD və ya “Əl-Qaidə”ni nümunə göstərmək olar. Buna görə də bizim dövlətlər olaraq əməkdaşlıq etməyimiz vacibdir. Əks halda, onlar (terrorçular) bizi üstələyə, xaos yaya, heç bir hakimiyyətlə hesablaşmadan dağıda və insanları öldürə bilərlər. Yəni əməkdaşlıq vacib məsələdir. Bu təhdidlərin öhdəsindən gəlməyin başqa yolu yoxdur”, - “Euronews” Keniyanın Milli Kəşfiyyat Xidmətinin rəisi Noordin Mohammed Hacinin sözlərini təqdim edib.
Telekanal, həmçinin BMT-nin ilk dəfə forumda təmsil olunduğuna diqqət çəkib. Vurğulanıb ki, bu, praktiki nəticələrə yol açan beynəlxalq dialoqun əhəmiyyətini əks etdirir.
“BMT-nin belə tədbirlərdə iştirakı bizə təhlükəsizlik cəmiyyətinin əsas hissəsi ilə qarşılıqlı əlaqə qurmaq imkanı verir. Bu bizə məlumat əldə etməyə əsaslanan strategiyalar qurmağa kömək edir”, - süjetdə BMT-nin Terrorizmlə Mübarizə İdarəsinin (UNOCT) proqram rəhbəri və hüquq-mühafizə məsələləri üzrə müşaviri Nigel Lazarus bildirib.
Bundan əlavə, reportajda qeyd edilib ki, forum Azərbaycan və Ermənistan kimi münaqişələrə cəlb olunmuş ölkələr arasında konstruktiv dialoq üçün platforma olub.
“Əgər siz oturub danışa bilmirsinizsə, qarşılaşdığımız bir çox problemləri, təhlükəsizliyin çoxsaylı çağırışlarını həll edə bilməzsiniz. İstər Rusiyanın Ukrayna ilə müharibəsi olsun, istərsə də Qəzzada, Sudanda və Afrikanın digər ölkələrində baş verən hadisələr olsun, belə olan halda öhdəsindən gələ bilməzsiniz. Yalnız dialoq və belə platformalar vasitəsilə həll yolu tapmaq mümkündür. Beləliklə, biz təcrübələr əldə edirik və dünyanın qarşısında duran problemlərin daha yaxşı həlli yollarını bir-birimizdən öyrənirik”, - Keniyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri bildirib.
Öz növbəsində, Argentinanın Kəşfiyyat Xidmətinin direktoru Kolombo Alexandro vurğulayıb ki, Bakı Təhlükəsizlik Forumunun keçirildiyi üç gün ərzində bir çox ölkələrlə görüşlər keçirilib və “adətən illərin tələb olunduğu” nəticələr əldə edilib. Əvvəllər bu qədər geniş təmasların olmadığı ölkələrlə də əlaqələr möhkəmlənib.
“Geosiyasi gərginlikdən, təhlükəsizlik prioritetləri və çoxtərəflilik haqqında yenilənmiş müzakirələrdən praktikaya qədər danışıqlar müasir qlobal təhlükəsizlik çağırışlarının təxirəsalınmazlığını və mürəkkəbliyini əks etdirirdi”, - “Euronews” bildirib.

1-10-2025, 18:56
Prezident və birinci xanım Danimarkada


Prezident və birinci xanım Danimarkada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib.
Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
1-10-2025, 17:25
Mərkəzi Bankın valyuta ehtiyatları 11,3 mlrd. dolları ötüb


Mərkəzi Bankın valyuta ehtiyatları 11,3 mlrd. dolları ötüb

Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları 11,3 mlrd. dolları ötüb.
Məlumata görə, bu il oktyabrın 1-nə AMB-nin valyuta ehtiyatları 0,3% artaraq 11,31 milyard ABŞ dolları təşkil edib.
Son bir ayda Mərkəzi Bankın valyuta ehtiyatları 0,5% artıb, son bir ildə isə 4,1% azalıb.
1-10-2025, 17:20
BTQ üzrə yeni əməkdaşlıq sənədi imzalandı


BTQ üzrə yeni əməkdaşlıq sənədi imzalandı

Qazaxıstanın Almatı şəhərində keçirilən Nəqliyyat Həftəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın “Bakı – Tbilisi – Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumu imzalayıblar.
ADY-dən verilən məlumata görə, bu sənədlə tərəflər BTQ marşrutunun digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabətqabiliyyətinin artırılmasını, optimallaşdırılmış çatdırılma müddətləri ilə bu marşruta əlavə yük axınlarının cəlb edilməsini, yükdaşımalar üçün dayanıqlı şəraiti və şəffaf qiymətlərin formalaşmasını təmin edən rəqabətədavamlı tariflərin tətbiqini razılaşdırıblar.
BTQ xətti boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin yaradılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılması hədəf götürülüb, çatdırılma müddətlərinə riayət edilməsinin BTQ marşrutunun yükgöndərənlər üçün cəlbediciliyinin əsas elementi olduğu vurğulanıb.
Razılaşmaya əsasən, Ələt – Böyük Kəsik və Qardabani – Axalkalaki sahələrində çatdırılma müddəti (gömrük və sərhəd prosedurları istisna olmaqla) 24 saatdan çox olmamaqla, Yalama – Böyük Kəsik sahəsində 48 saatdan çox olmamaqla müəyyən edilib. Bu müddət Türkiyədə Qars – Mersin sahəsində 60 saatdan, Qars – İstanbul sahəsində isə 70 saatdan çox olmamaqla müəyyənləşdirilib. Bununla da Ələtdən Mersinə yüklərin 4 gün yarıma çatdırılması mümkün olacaq.
1-10-2025, 17:10
Azərbaycanda klub prezidenti futboldan uzaqlaşdırıldı


Azərbaycanda klub prezidenti futboldan uzaqlaşdırıldı

Azərbaycan 2-ci liqasında çıxış edən “Şəki Siti” klubunun prezidenti Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.
Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəzanı alıb.
1-10-2025, 17:05
"Kəpəz" klubuna yeni baş məşqçi təyin olunub


"Kəpəz" klubuna yeni baş məşqçi təyin olunub

"Kəpəz" Futbol Klubuna yeni baş məşqçi təyin olunub.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Klubun sükanı arxasına Azər Bağırov keçib. 44 yaşlı məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, "Kəpəz" ötən mövsümdə də Azər Bağırovun rəhbərliyi altında çıxış edib.
1-10-2025, 17:00
Xankəndi məktəbinin direktoru vəzifəsindən AZAD EDİLDİ


Xankəndi məktəbinin direktoru vəzifəsindən AZAD EDİLDİ

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.
Bu barədə direktorun özü məlumat verib.
O qeyd edib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir.
“65 yaşıma 2 il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm” – deyə Cəmilə Əhmədova bildirib.
Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.

1-10-2025, 16:50
Sabiq prokurora yeni vəzifə verildi


Sabiq prokurora yeni vəzifə verildi

İbrahim Ləmbəranskiyin öz arzusuna əsasən 10 sentyabr 2025-ci il tarixindən etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

***

15:41

Sabunçu rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşaviri vəzifəsinə təyin edilib.
Bu barədə Dövlət Agentliyindən bildirilib.
1-10-2025, 16:47
Bakıda məktəblər birləşdirildi - RƏSMİ


Bakıda məktəblər birləşdirildi - RƏSMİ

Bakı şəhərində yerləşən iki məktəb birləşdirilib.
Bakı şəhəri 25 nömrəli tam orta ümumtəhsil məktəbinin Humanitar fənlər təmayüllü məktəb-liseylə birləşdirilməsi tədrisin daha səmərəli təşkili, idarəetmənin və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
Birləşdirilmə zamanı təhsilalanların və təhsilverənlərin mənafeyinin qorunması, həmçinin öncül təcrübənin tətbiqi diqqət mərkəzində saxlanılan əsas amillərdəndir. Proses çərçivəsində heç bir ixtisar və məhdudlaşdırma nəzərdə tutulmur.
Yeni dərs ili ərəfəsində məktəbin kollektivi və valideynlərlə görüşlərdə bütün bu məqamlar və qanunauyğun proseslər bir daha diqqətə çatdırılıb. Görüş iştirakçılarının mütləq əksəriyyəti yeniliyi razılıqla qarşılayıb, aparılan islahatları müsbət dəyərləndirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!