Ağdaşda 17 yaşlı gənc kanalda boğuldu .....                        Reper Əkbər Novruzlu həbs olundu .....                        Ukrayna hökuməti istefa verdi .....                        "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu .....                        Qohumunu 40 manat borca görə bıçaqlayan şəxs azadlığa buraxıldı .....                        Ziya Bünyadov prospekti ilə Böyükşor-Pirşağı yolunun kəsişməsində dəyişiklik .....                        Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində .....                        Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək istəyir .....                        Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                       
6-04-2023, 23:41
Son iki ayda Türkiyədə 25 minə yaxın zəlzələ baş verib


Son iki ayda Türkiyədə 25 minə yaxın zəlzələ baş verib

Türkiyədə 6 fevral tarixində baş vermiş zəlzələdən sonra ümumilikdə 24 927 yeraltı təkan qeydə alınıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.
6-04-2023, 14:32
Hələlik sülh yolu ilə nizamlanma perspektivləri görünmür - Peskov


Hələlik sülh yolu ilə nizamlanma perspektivləri görünmür - Peskov

"Rusiya Federasiyası üçün əməliyyatların davam etdirilməsindən başqa yol yoxdur, hələlik sülh yolu ilə nizamlanma perspektivləri görünmür". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Çinin vasitəçilik potensialı var, lakin Ukrayna məsələsində vəziyyət hələ də mürəkkəbdir. Rusiya Federasiyası NATO-nun ölkə sərhədlərinə yaxınlaşması kontekstində qitədə təhlükəsizlik arxitekturasını tarazlaşdırmaq üçün tədbirlər görür. Moskva Serbiya və NATO üzvləri tərəfindən planlaşdırılan təlimləri çox diqqətlə izləyəcək. Belqrad ölkəni anti-Rusiya mövqeyi tutanların ixtiyarına vermək üçün görünməmiş təzyiq altındadır. NATO Rusiya Federasiyasına doğru genişlənir, Rusiya isə ona yaxınlaşmır", - sözçü bildirib. "Kremldə ölüm hökmünə qoyulan moratoriumun ləğvi məsələsi müzakirə olunmur. Putinlə Lukaşenko arasında ünsiyyət çox uzun və mənalı idi, gecə yarısına qədər uzandı", - Peskov söyləyib. O, Putinin Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalınla görüşdüyünü təsdiqləyib.
6-04-2023, 14:27
Ermənistan Türkiyəylə sərhəddə gömrük-keçid məntəqəsi açmağa hazırlaşır


Ermənistan Türkiyəylə sərhəddə gömrük-keçid məntəqəsi açmağa hazırlaşır

Ermənistan hökuməti Türkiyə ilə sərhəddəki gömrük-keçid məntəqəsini işə salmağa hazırlaşır. Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı İrəvan və Ankara arasında əldə olunmuş razılaşma çərçivəsində iş aparılır. "Biz digər dövlət qurumları ilə birlikdə yekun qərar qəbul olunarsa, bu məntəqənin tez bir zamanda aktivləşdirilməsinə hazırlaşırıq. Orada gömrük prosedurlarının rahat tətbiqi üçün hazırlıq işləri aparılır", - o qeyd edib.
6-04-2023, 14:19
Ölkədə xeyriyyəçilik fəaliyyəti tənzimlənəcək - Paşinyan


Ölkədə xeyriyyəçilik fəaliyyəti tənzimlənəcək - Paşinyan

"Ermənistan hökuməti ölkədə xeyriyyəçilik fəaliyyətini tənzimləyəcək". Bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. "Dövlət qurumlarına xüsusi diqqət yetiriləcək, onlara hədiyyələr verilməsi praktikasına son qoyulmalıdır. Ölkənin, məsələn, məktəblər üçün lazım olan hər şeyi almaq imkanı var. Xeyriyyəçilərin yardımı dövlət proqramına uyğun olmalıdır", - deyə Paşinyan bəyan edib. "Bunun üçün Maliyyə Nazirliyi ianələrlə bağlı xüsusi hesab açacaq", - Ermənistan baş naziri əlavə edib.
6-04-2023, 14:13
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Sabah Azərbaycan rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.
6-04-2023, 14:10
"Millət İttifaqı"na daxil olan 5 partiya seçkilərdə iştirak edəcək


"Millət İttifaqı"na daxil olan 5 partiya seçkilərdə iştirak edəcək

Türkiyədə 14 mayda keçiriləcək parlament seçkilərində "Millət İttifaqı"na daxil olan 6 partiyadan 5-i vahid proporsional siyahı ilə iştirak edəcək. İttifaqdakı Səadət Partiyası, DEVA Partiyası, Gələcək Partiyası və Demokrat Partiya namizədlərini Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahısından irəli sürəcək. İttifaqa daxil olan digər siyasi qüvvə - İYİ Partiya isə seçkilərə "Millət İttifaqı" çərçivəsində ayrıca proporsional siyahı ilə gedəcək. Qeyd edək ki, 14 mayda parlament seçkiləri ilə yanaşı, Türkiyədə prezident seçkiləri də keçiriləcək və "Millət İttifaqı" bu seçkilərə vahid namizədlə qatılır. İttifaqın namizədi CHP sədri Kemal Kılıçdaroğludur.
6-04-2023, 14:05
Erməni hərbiçilər təlim-məşq toplantısına çağırıldı


Erməni hərbiçilər təlim-məşq toplantısına çağırıldı

Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul olunub. Məlumata görə, təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Qeyd edək ki, təlimlər mayın 1-dən iyulun 7-dək baş tutacaq.
6-04-2023, 14:02
DİM imtahan nəticələrinin nə zaman açıqlanacağını qeyd etdi


DİM imtahan nəticələrinin nə zaman açıqlanacağını qeyd etdi

Martın 5-də keçirilən buraxılış imtahanlarının nəticələri gələn həftə elan olunacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib. DİM rəsmisi bildirilib ki, martın 5-də keçirilən imtahanların nəticələrinin gələn həftə, martın 12-də keçirilən imtahanın nəticələri isə növbəti həftələrdə elan olunması nəzərdə tutulur: "Hər bir şagird öz imtahan nəticəsi səhifəsinə daxil olub yazdıqları, həmçinin ətrafl yazılı cavab tələb edən tapşırıqlar üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola biləcək". Qeyd edək ki, martın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I zona), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirilib.
6-04-2023, 13:59
Patrul xidmətində çalışan qadınların sayı artırılacaq - Paşinyan


Patrul xidmətində çalışan qadınların sayı artırılacaq - Paşinyan

Ermənistanda patrul xidmətində çalışan qadınların sayı artırılacaq. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. "Patrul xidmətinin sıralarında qadınlar bütün əməkdaşların üçdə birini təşkil etməlidir, lakin bu rəqəmə hələ çatmamışıq", - deyə o qeyd edib. "Yaxın gələcəkdə patrul xidmətində elan olunacaq bütün vakansiyalar yalnız qadınlar üçün olacaq, çünki onların sayı kifayət qədər deyil. Ona görə də tezliklə əlavə işə qəbul elan olunacaq və yalnız zərif cinsin nümayəndələri işə götürüləcək", - Paşinyan söyləyib.
6-04-2023, 13:55
Hacı Şahini əvəz edəcək din xadimi müəyyən olub


Hacı Şahini əvəz edəcək din xadimi müəyyən olub

“Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra Məşədi Dadaş məscidinə din xadimi təyin olunacaq”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri, Cümə namazlarını İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir: "Biz bunu Məşədi Dadaş məscidinin icması ilə də müzakirə etmişik. 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək”. Komitə sədri əlavə edib ki, keçmiş Əbu Bəkir məscidində isə təmir işləri başa çatdırılıb və məscidin yaxın zamanlarda açılışının olması gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!