Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                        Polisdən sürücülərə daha bir müraciət .....                        Ukrayna bu sazişdən çıxdı .....                        İranla Rusiya arasında əlaqələr pisləşib .....                        Tramp Zelenskini Moskvanı vurmağa çağırıb? - Ağ Evdən AÇIQLAMA .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Toy tortundan 60 nəfər zəhərləndi .....                       
3-04-2023, 23:34
Ermənistan Putinin həbsiylə bağlı mövqeyini dəyişdi


Ermənistan Putinin həbsiylə bağlı mövqeyini dəyişdi

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxarmasından sonra Roma Statutunun ratifikasiyasını ertələmək niyyətindədir. Bunu ölkə parlamentinin spikeri Alen Simonyan deyib. "Ermənistanın Roma Statutunun erkən ratifikasiyasına ehtiyacı yoxdur, bu, Rusiyaya qarşı mənfi addım olacaq", - deyə o bildirib. Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan oxşar məzmunlu açıqlama vermişdi. Onun sözlərinə görə, hökumət Azərbaycanla fikir ayrılıqlarına görə 2022-ci ilin dekabrında Roma Statutuna qoşulub və Beynəlxalq Cinayət Məhkəməsinin sonrakı qərarlarını öncədən proqnozlaşdırmaq mümkün olmayıb: "Buna görə də hakim komanda Putin Ermənistana səfər edəcəyi təqdirdə onu həbs etmək fikrində deyil".
3-04-2023, 17:04
Selçuk Bayraktardan Prezidentə özəl hədiyyə


Selçuk Bayraktardan Prezidentə özəl hədiyyə

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.
3-04-2023, 17:02
İranda insan ölümü ilə nəticələnən partlayış baş verdi


İranda insan ölümü ilə nəticələnən partlayış baş verdi

İranın İsfahan bölgəsində güclü partlayış baş verib. Hadisə 1 nəfərin ölümü ilə nəticələnib. İsfahan Yanğınsöndürmə İdarəsinin sözçüsü Kave Ahangaranın verdiyi məlumata görə, partlayış 12 yaşayış evinin qismən və tam dağılmasına səbəb olub. "Hadisə bir nəfərin ölümü ilə nəticələnib, ilkin araşdırmalar partlayışın böyük ehtimalla qaz sızması nəticəsində baş verdiyini göstərir", - deyə o qeyd edib.
3-04-2023, 17:00
Bu ölkələr Ukraynaya birgə yardımla bağlı razılığa gəldi


Bu ölkələr Ukraynaya birgə yardımla bağlı razılığa gəldi

Danimarka və Norveç Ukraynaya birgə hərbi yardım barədə razılığa gəlib. İki ölkənin MN-ləri arasında müvafiq sənəd imzalanıb. Belə ki, Danimarka Müdafiə Nazirliyi Norveç Müdafiə Nazirliyi ilə Ukraynaya 8 min artilleriya mərmisinin birgə tədarük edilməsi haqqında müqavilə imzalayıb. Sənədə əsasən, proses yaxın vaxtlarda start götürəcək.
3-04-2023, 16:56
Qələbə paradı üçün gücləndirilmiş tədbirlər görülür - Peskov


Qələbə paradı üçün gücləndirilmiş tədbirlər görülür - Peskov

"Mayın 9-da keçiriləcək qələbə paradında təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş tədbirlər görülür, bayram tədbirində dəyişiklik gözlənilmir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya ətrafında hadisələrin aqressiv inkişafı silahlı qüvvələrdən profilaktik istifadə hüququnu zəruri edir. Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən neft hasilatının azalması ilə bağlı ayrı-ayrı ölkələrin narazılığı onların öz işidir. Neft hasilatının səviyyəsinin aşağı salınması dünya enerji sektorunun maraqlarına uyğun həyata keçirilir. Rusiya Federasiyası OPEC+ ölkələri ilə daim təmasdadır və bazarın sabitləşdirilməsində öz maraqları var", - sözçü bildirib. Peskov bir sıra OPEC+ ölkələrinin neft hasilatını könüllü şəkildə azaltmaq qərarını “müstəqil xətt” adlandırıb: "Putin bu həftə xarici səfirlərin etimadnaməsini qəbul edəcək və Moskva vilayətinin qubernatoru ilə işgüzar görüş keçirəcək".
3-04-2023, 16:52
“Baykar” şirkəti Pakistana “Akıncı” PUA-ları göndərdi


“Baykar” şirkəti Pakistana “Akıncı” PUA-ları göndərdi

Pakistana Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Akıncı" zərbə tipli pilotsuz uçuş aparatları (PUA) tədarük edilib. PUA-nın fotoları Pakistan mediasında yayılıb. Qeyd edək ki, Pakistan Türkiyədən 7 ədəd "Akıncı" sifariş edib. Digər PUA-ların daha sonra Pakistana göndəriləcəyi bildirilir. İki mühərrikə malik "Akıncı" PUA-ları Türkiyə ordusu tərəfindən aktiv istifadə edilir. Ümumi çəkisi 1500 kq olan PUA artıq PKK terrorçularına qarşı əməliyyatda tətbiq edilib.
3-04-2023, 16:49
Ermənistan qoyulan tələblərə əməl etməkdən boyun qaçırır - XİN başçısı


Ermənistan qoyulan tələblərə əməl etməkdən boyun qaçırır - XİN başçısı

3 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubel ilə görüşüb. Bu barədə XİN-dən bildirilib. Görüşdə, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq gündəliyi, o cümlədən regionda cari vəziyyət müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov, Azərbaycanla Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, bu xüsusda hal-hazırda müzakirə edilən yeni hərtərəfli saziş layihəsinin münasibətlərin daha da inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. 18 iyul 2022-ci il tarixində imzalanmış Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna istinad edən nazir, sözügedən Memorandumun enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyət baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, alternativ enerji resurslarının inkişaf etdirilmədisi və Avropaya ixracı baxımından Qara dəniz elektrik enerjisi kabeli üzrə sazişin vacibliyi vurğulanıb. Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bərpa-quruculuq fəaliyyəti, bölgədə kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir, Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb. Son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin Aİ-nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsinin narahatlıq doğurduğunu bildirən nazir Ceyhun Bayramov, sözügedən Missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb. Xüsusi nümayəndə Dirk Şubel, son dövrlərdə nəqliyyat-kommunikasiya sahəsində yaranmış çağırışların Şərq-Qərb Dəhlizinin önəmini artırdığını diqqətə çatdıraraq, Azərbaycanın bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. Regionda mülki şəxslərin həyatına və sağlamlığına təhdid törədən mina təhlükəsinə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
3-04-2023, 16:46
Prezident Selçuk Bayraktarı qəbul etdi


Prezident Selçuk Bayraktarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə etdi. Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirdi. Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğuladı və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etdi. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.
3-04-2023, 13:55
Aİ regionda sülhün təşviqi üçün dəyərli vasitədir - Mirzoyan


Aİ regionda sülhün təşviqi üçün dəyərli vasitədir - Mirzoyan

"Avropa İttifaqı missiyasının yerləşdirilməsi regionda sülhün təşviqi üçün dəyərli vasitədir". Bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan rumıniyalı həmkarı ilə görüşündə deyib. Mirzoyanın Buxarestə səfəri zamanı Ermənistan və Rumıniyanın xarici işlər nazirləri arasında siyasi mövzular, təhlükəsizlik məsələləri və Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin səmərəli icrası ilə bağlı dialoq baş tutub.
3-04-2023, 13:52
Güllələnən deputatın sui-qəsdində əli olanlardan biri də müəyyən oldu


Güllələnən deputatın sui-qəsdində əli olanlardan biri də müəyyən oldu

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror hücumunda iştirak edən daha bir nəfərin kimliyi açıqlanıb. Saxlanılan şəxslərdən biri İlkin Süleymanovdur. Onun Xocəsən ərazisində saxlanıldığı bildirilir. Qeyd edək ki, Fazil Mustafaya qarşı törədilən terrorla bağlı 6 nəfər saxlanılıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!