Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                        Polisdən sürücülərə daha bir müraciət .....                        Ukrayna bu sazişdən çıxdı .....                        İranla Rusiya arasında əlaqələr pisləşib .....                        Tramp Zelenskini Moskvanı vurmağa çağırıb? - Ağ Evdən AÇIQLAMA .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Toy tortundan 60 nəfər zəhərləndi .....                       
3-04-2023, 00:29
Sabiq iqtisadiyyat naziri prezident seçildi


Sabiq iqtisadiyyat naziri prezident seçildi

Monteneqronda keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç qələbə qazanıb. Bu barədə paytaxt Podqoritsada yerləşən Monitorinq və Tədqiqat Mərkəzinin (CEMI) sorğusunda qeyd olunub. Bildirilib ki, hazırda hakimiyyətdə olan prezident Milo Cukanoviçə qalib gələn Milatoviç səslərin 60,1 faizini qazanıb. Cukanoviç ilk turda 35,3 faiz, Milatoviç isə 28,9 faiz səs toplayıb. Monteneqroda prezident hər 5 ildən bir seçilir. Hazırkı prezident Cukanoviç sonuncu dəfə 2018-ci ildə seçilmişdi.
3-04-2023, 00:27
Rusiya nüvə silahını Polşa ilə sərhədində yerləşdirəcək


Rusiya nüvə silahını Polşa ilə sərhədində yerləşdirəcək

Rusiya nüvə silahını Belarusun Polşa ilə sərhədi yaxınlığında yerləşdirəcək. Bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dək Belarusda nüvə silahlarının yerləşdirilməsi üçün yer hazırlanacaq. "Nüvə silahı qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq", - deyə səfir bildirib.
3-04-2023, 00:15
Həlak olan hərbiçimizlə bağlı məlumat əldə olunub


Həlak olan hərbiçimizlə bağlı məlumat əldə olunub

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. Hadisə Tərtər rayonunun azad olunmuş ərazisində baş verib. Hadisə zamanı həlak olan 2004-cü il təvəllüdlü əsgər Qəbələ rayonunun Nohurqışlaq kənd sakini olub. Qeyd edək ki, hərbçimizin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.

3-04-2023, 00:10
Minaya düşən hərbiçimiz öldü


Minaya düşən hərbiçimiz öldü

Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

2-04-2023, 23:46
Lavrov ABŞ-ın dövlət katibi arasında telefon danışığı baş tutub


Lavrov ABŞ-ın dövlət katibi arasında telefon danışığı baş tutub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Rusiya XİN söhbətin məzmununu açıqlayıb. Bildirilib ki, Lavrov Blinkenlə söhbətində Vaşinqtonun dövlət sirri təşkil edən məlumatları toplamağa çalışan jurnalist Evan Gerşkoviçin saxlanması ətrafında ajiotaj yaratmasının yolverilməz olduğunu vurğulayıb. "Onun sonrakı taleyini məhkəmə müəyyən edəcək", - Lavrov qeyd edib. ABŞ Dövlət Departamenti isə telefon danışığı barədə bildirib ki, Blinken Lavrovla söhbətində Gerşkoviçin azad olunmasını tələb edib.
2-04-2023, 23:42
Hərbiçimiz minaya düşüb


Hərbiçimiz minaya düşüb

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. Minaya düşən hərbiçimiz Tərtər mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
2-04-2023, 16:50
Hərbiçimiz minaya düşüb


Hərbiçimiz minaya düşüb

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. Minaya düşən hərbiçimiz Tərtər mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
2-04-2023, 16:46
İranın ölkəmizə yeni səfir göndərəcəyi iddia olunur


İranın ölkəmizə yeni səfir göndərəcəyi iddia olunur

İranın Azərbaycana yeni səfir göndərəcəyi iddia olunur. Bu barədə SEPAH-ın teleqram kanalında məlumat paylaşılıb. Bildirilib ki, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba Dəmirçilu Azərbaycana səfir təyin olunacaq. Dəmirçilu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində çalışıb. O, XİN-də İdarə rəisidir. Qeyd edək ki, İranın Azərbaycana yeni səfir təyinatı barədə rəsmi açıqlama verilməyib. Onu da bildirək ki, İranın Bakıda fəaliyyət göstərən hazırki səfiri Seyid Abbas Musəvidir.
2-04-2023, 16:43
Artıq 1 ildir ki, Kiyev vilayətindən işğalçıları qovmuşuq - Zelenski


Artıq 1 ildir ki, Kiyev vilayətindən işğalçıları qovmuşuq - Zelenski

"İlk hücumlar, ilk nailiyyətlər, ilk azad edilmiş ərazilər... Artıq 1 ildir ki, biz Kiyev vilayətindən işğalçıları qovmuşuq". Bunu Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Ukrayna xalqı! Siz dövrümüzün ən böyük anti-bəşəri qüvvəsini dayandırdınız. Məna verən hər şeyi məhv etmək istəyən bir qüvvəni dayanmağa məcbur etdiniz. Və biz bütün torpaqlarımızı azad edəcəyik. Biz bütün şəhərlərimizə və kəndlərimizə Ukrayna bayrağını asacağıq. Biz Ukraynanı qorumaq üçün hər şeyi edəcəyik", - deyə o qeyd edib.
2-04-2023, 16:39
28 minə yaxın abituriyent buraxılış imtahanı verdi


28 minə yaxın abituriyent buraxılış imtahanı verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
DİM-dən verilən məlumata görə, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub. İmtahanlarda 27864 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanların idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 337 imtahan rəhbəri, 2657 nəzarətçi-müəllim, 360 buraxılış rejimi əməkdaşı və 118 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 64 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı çətinlikləri nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Aprelin 3-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!