Tramp: İranın mövqeyindən narazıyam .....                        Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb .....                        “Qalatasaray” prezidentinə 15 günlük cəza verildi .....                        Pakistanla Əfqanıstan niyə döyüşür? .....                        Taliban qaydaları qadınları təhlükəyə atır – XƏBƏRDARLIQ .....                        Şamaxıda 3-cü ZƏLZƏLƏ .....                        Həkim pasiyentin 151 min manat pulunu ələ keçirdi .....                        İmişlidə güclü yanğın başlayıb .....                        Azərbaycanlı tələbə necə saxlanılıb? .....                       
20-12-2025, 13:29
Azərbaycanla Monteneqro arasında Anlaşma Memorandumu imzalandı


Azərbaycanla Monteneqro arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan Xarici İşlər Nazirliyi ilə Monteneqro Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və vətəndaşlara göstərilən xidmətlərin daha da təkmilləşdirilməsini nəzərdə tutur.
20-12-2025, 12:56
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edildi


İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edildi

Pakistanın hazırda həbsdə olan keçmiş Baş naziri İmran Xan 17 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə İmran Xanla yanaşı, onun həyat yoldaşı Büşra Bibi barəsində də 17 il həbs qərarı çıxarıb.
Məhkəmə İmran Xanı və Büşra Bibini "etibardan sui-istifadə" maddəsi ilə 10 il, "Korrupsiyanın qarşısının alınması" haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib.
Bundan başqa, onlara 16,4 milyon Pakistan rupisi (təxminən 60 min ABŞ dolları) məbləğində cərimə təyin edilib.
20-12-2025, 00:08
Direktoru divara çırpan müəllimlə bağlı RƏSMİ AÇIQLAMA


Direktoru divara çırpan müəllimlə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb.
Bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin 30 oktyabr 2025-ci il tarixində baş verdiyi məlum olub.
“Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb.
Bununla yanaşı bildiririk ki, təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsi, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin düzgün idarə olunması, təhsilverənlərin nüfuzunun yüksəldilməsi vacib istiqamətlərdəndir və bu məsələlər daim diqqətdə saxlanılır”, - deyə məlumatdaq qeyd edilib.
19-12-2025, 23:54
Buraxılış imtahanları apreldə keçirilə bilər? - DİM sədrindən CAVAB


Buraxılış imtahanları apreldə keçirilə bilər? - DİM sədrindən CAVAB

Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var.
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri buraxılış imtahanlarının mart ayında keçirilməsi ilə bağlı bəzi müəllimlərin narazılıqlarına münasibət bildirərkən qeyd edib ki, yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir:
“Buraxılış imtahanları kütləvi imtahanlardır. Yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir. Bizdə müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var. Müəllimlər bu prosesə qoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləri də sürətlənər. Təbii ki, burada təkcə say yox, həm də bu işlə məşğul ola biləcək müəllimlərin bilik və bacarıqları da əhəmiyyətlidir. Biz davamlı olaraq müəllimlər üçün imtahanlar təşkil edirik. Müəllimlər imtahandan keçərək marker olmaq səlahiyyəti əldə edə bilərlər. Onların Bakıda, Naxçıvanda yaxud bölgələrdə yaşamasının fərqi yoxdur. Öz evlərində oturub bu işə qoşula və kifayət qədər yüksək əməkhaqqı qarşılığında işləyə bilərlər. Amma müəllimlər buna çox da maraqlı deyillər, çünki burada ciddi şəkildə işləmək lazımdır.
Bizim martda yoxladığımız bilik və bacarıqlar kurikuluma uyğun olaraq elə marta qədər toplanmış bilik və bacarıqlardır. On bir il ərzində bilik və bacarıq toplamamış uşaq martdan sonra o bilikləri toplaya bilməz. Oxuyub-anlamaq bacarığı yoxdursa, qalan bir neçə ay ərzində də bu qabiliyyət formalaşmayacaq. Biz proqramı elə qurmuşuq. Uşaq imtahandan sonra dərsə davam etmirsə, bu məktəb rəhbərliyinin problemidir. Dərsdə iştirak etməyən uşağa qaib yaza bilərlər və ilin sonunda o fənlərin qiymətləndirilməsi olmayacaq, nəticədə uşağa attestat da verilməyəcək. Bunu məktəb etməlidir; qaydalar mövcuddur və istifadə oluna bilər.
Başqa bir məsələ də var. Martda imtahan verəndən sonra uşaqlar kurslara və repetitorların yanına getmirlər. Arada üç aylıq fasilə yaranır. Repetitor müəllimlərin etirazı əsasən bu məsələ ilə bağlıdır. Xaricdə universitetlərə qəbul yanvarda başlayır və il boyu aparılır. İl boyu sənədləri verirlər, imtahandan keçirlər və məktəbi bitirəndə universitetdən cavab alırlar. Bizdə isə yekun qiymətləndirmə ali məktəblərə qəbul üçün imtahanların birinci mərhələsidir. İlk 300 bal da buraxılış imtahanından toplanılır.
Bu imtahanlardan sonra uşaq dərsə davam etməlidir ki, digər fənlərdən qiymətləndirmə aparılsın. Əgər imtahanı dərs bitdikdən sonra keçirsək və nəticələr sentyabrda təqdim edilərsə, ali məktəblərdə dərs ili nə vaxt başlayacaq? Hər bir fənn üzrə on min marker müəllim olsa, buraxılış imtahanlarını martda yox, apreldə keçirmək olar. Amma hələ ki, bu yoxdur. Yenə də müəllimlərə müraciət edirik: gəlin, kurslara yazılın", - deyə o əlavə edib.
Qeyd edək ki, bəzi müəllimlər buraxılış imtahanlarını mart ayında keçirəndən sonra uşaqların dərsə davamiyyətini təmin etməyin çətinliklərindən şikayət edirlər.
19-12-2025, 23:35
ABŞ Maduronu legitim lider hesab etmir


ABŞ Maduronu legitim lider hesab etmir

Venesuela “Hizbullah”la, narkotik qaçaqmalçılığı və narkotik terror təşkilatları ilə əməkdaşlıq edən qeyri-qanuni bir rejimdir.
Bunu ABŞ-ın Dövlət katibi Marko Rubio deyib.
O əlavə edib ki, ABŞ Venesuela Prezidenti Nikolas Maduronu legitim hesab etmir. O bildirib ki, ABŞ-ın məqsədi regional sabitlik və təhlükəsizliyin təmin olunmasıdır.
19-12-2025, 22:57
Xəzər dənizi ilə bağlı vacib toplantı


Xəzər dənizi ilə bağlı vacib toplantı

18-19 dekabr 2025-ci il tarixlərində Cenevrədə Xəzəryanı dövlətlərin ətraf mühit nazirlərinin qərarı ilə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Katibliyinin təşkili üzrə sənəd layihələrinin hazırlanması məqsədilə yaradılmış Xüsusi qrupun ikinci iclası keçirilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Konvensiyanın müvəqqəti Katibliyi kimi fəaliyyət göstərən BMT-nin ətraf Mühit Proqramının Avropa Regional Ofisi tərəfindən təşkil olunan görüşdə Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov rəhbərlik edib.
Azərbaycan tərəfinin sədrliyi ilə keçirilən iclasda Konvensiyanın Katibliyinin təşkili üzrə konseptual əsasların müzakirəsi davam etdirilib.
Tərəflər Katibliyin Xəzər dənizi regionunda yerləşdirilməsinin institusional mexanizmlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində, Konvensiyanın müvəqqəti Katibliyi Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı Fəaliyyət Planı layihəsinin müzakirələrinin gedişatı barədə tərəflərə məlumat verib.
19-12-2025, 22:01
Rusiyada 3 azərbaycanlı barədə qərar verildi


Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Rusiyanın Sverdlovsk vilayətində məhkəmə Yekaterinburqda əvvəlki illərə aid qətl işləri üzrə təqsirləndirilən üç azərbaycanlının həbs müddətini uzadıb.
Bu barədə məlumatı Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidməti yayıb.
Azər Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsinin “z” və “j” bəndləri üzrə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qətl, sifarişli qətl və sifarişli qətlə cəhd ittihamları ilə mühakimə olunurlar.
Məhkəmənin qərarına əsasən, onların barəsində seçilmiş həbs qətimkan tədbiri 2026-cı il martın 29-dək uzadılıb. Qərar qanuni qüvvəyə minməyib və tərəflərin onu üç gün müddətində apellyasiya qaydasında şikayət vermək hüququ var.
19-12-2025, 21:30
İkinci balıqçının meyiti İranda tapıldı


İkinci balıqçının meyiti İranda tapıldı

Bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti tapılıb.
Meyit Xəzər dənizinin İran sektorunda aşkar edilib.
Meyitin Azərbaycan tərəfə verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan digəri - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılmışdı.
19-12-2025, 21:12
Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdik - RUBİO


Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdik - RUBİO

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti sülhməramlı olmağı prioritet hesab edir.
Bu barədə ABŞ-ın Dövlət katibi Marko Rubio bildirib.
O, Trampın Prezidentliyi dövründə həll olunmuş münaqişələrdən danışıb.
“Rusiya-Ukrayna, Hindistan və Pakistan, Tailand və Kamboca kimi davamlı problemlərin, Sudanda faciənin və ya Cənubi Sudanda münaqişə potensialının, Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdiyimizi gördünüz. Biz həmişə mümkün olduqda müharibənin qarşısını almağa və ya münaqişələrə son qoymağa imkan verən vasitəçi rolunu oynamaq üçün imkanlar axtarırıq. Əlbəttə ki, bu halların bir çoxunda insanları danışıqlar masası arxasına gətirə, razılığa gələ bilərsiniz və sonra tətbiq prosesi başlayır. Beləliklə, biz bunların bir çoxunda, xüsusən də onların müəyyən şərtlərə razılığa gəlməsində irəliləyiş əldə etmişik”, - deyə Marko Rubio vurğulayıb.
19-12-2025, 21:06
Kamran Əsədov ittihamlardan sonra ilk dəfə danışdı


Kamran Əsədov ittihamlardan sonra ilk dəfə danışdı

"Qeyd edilən cinayət işi üzrə özümü təqsirli bilmirəm".
Bu fikirləri təhsil eksperti Kamran Əsədov Gəncə Şəhər Məhkəməsində keçirilən məhkəmədən sonra deyib.
"Birmənalı şəkildə bu gün keçirilən məhkəmədə hakimin verdiyi suallara cavabımda dedim ki, mən özümü adıçəkilən ittihamlar üzrə təqsirli bilmirəm. İnanıram ki ədalətli məhkəmə olacaq. Azərbaycanda ədalətli məhkəmə var, ədalət ortaya çıxacaq. Qeyd edilən məsələlər üzrə özümü birmənalı şəkildə təqsirli bilmirəm", - deyə Əsədov bildirib.
Qeyd edək ki, toplanmış sübutlara əsasən, Kamran Əsədova Cinayət Məcəlləsinin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik) maddələri ilə ittiham elan edilib, barəsində istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!