25-02-2023, 16:01
Erməni sakinlərə yardım etməyə hazırıq - XİN başçısıAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra, Laçın yolundan BQXK daxil olmaqla avtomobillərin, yüklərin və vətəndaşların sərbəst hərəkəti istiqamətində səylərdən məmnunluq ifadə olunub. Etirazlara səbəb olan vəziyyətin aradan qaldırılmasının vacib olduğu bildirilib. Nazir, həmçinin son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitələrinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsasının olmadığını qeyd edib. Eyni zamanda, hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb. Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
25-02-2023, 15:55
Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul edibFevralın 25-də Avropa İttifaqı Rusiyaya qarşı 121 fiziki və hüquqi şəxsin daxil olduğu 10-cu sanksiyalar paketini qəbul edib. Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel twitter hesabında yazıb. "Siyahılarımızın bir hissəsi olaraq, ən azı 6 min ukraynalı uşağın deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanları hədəfləyirik",- Borel bildirib. Bundan başqa Rusiya məhsullarının idxalı və ixracına da ciddi məhdudiyyətlər qoyulub.
25-02-2023, 15:51
Türkiyədə güclü zəlzələ baş veribTürkiyənin Niğde bölgəsində 5.3 bal gücündə zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb.
25-02-2023, 15:48
Qarabağla bağlı gizli sənəd erməniləri təşvişə saldıMünhen görüşündə Azərbaycan və Ermənistan arasında razılıq əldə olunduğu bildirilir. Ermənistan mətbuatı Bakı ilə İrəvan arasında razılaşdırıldığı iddia edilən gizli sənəd yayıb. Erməni jurnalist Armen Aşotyan sosial şəbəkə hesabında sənədin mətninin əks olunduğu görüntüləri paylaşıb. Mətndə iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıyacağı qeyd olunub. Həmçinin sənəddə Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğu və oradakı işlərin Azərbaycan konstitusiyasına uyğun olaraq həyata keçiriləcəyi vurğulanıb. Sosial şəbəkələrdə paylaşılan sənəd Ermənistanda ciddi müzakirələrə yol açıb. Erməni mətbuatı və müxalifət nümayəndələri sözügedən sənədi İrəvan hakimiyyətinin Azərbaycan qarşısında məğlubiyyəti kimi qiymətləndiriblər.
25-02-2023, 15:45
Hazırda Ukraynanın F-16 qırıcılarına ehtiyacı yoxdur - BaydenHazırda Ukraynaya F-16 qırıcıları lazım deyil və bu səbəbdən yaxın zamanlarda onlar Kiyevə verilməyəcək. Bunu ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda Ukraynaya tanklar, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri, o cümlədən HIMARS yaylım atəş sistemləri lazımdır. “Biz yazda, yayda və payızın əvvəlində uğur qazanması üçün Kiyevi lazım olan hər şeylə təmin edirik”, - deyə Co Bayden söyləyib.
25-02-2023, 15:42
İlham Əliyev Türkiyədə işgüzar səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.
25-02-2023, 15:38
Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur - StoltenberqUkrayna münaqişəsi danışıqlar masası arxasında başa çatacaq. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun fikrincə, Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur. “Müharibə çox güman ki, danışıqlar masası arxasında bitəcək. Lakin bu, döyüş meydanındakı vəziyyətdən asılıdır”, - deyə baş katib vurğulayıb. Stoltenberq Ukrayna müharibəsində Rusiyanın qələbəsinin faciə olacağını və NATO üçün ciddi təhlükə yaradacağını düşünür.
25-02-2023, 15:35
“Qarabağ” UEFA-da dəyişməz mövqeyini qoruyub saxlayıbAvrokubokların növbəti oyun həftəsi başa çatıb. Çempionlar Liqasında 1/8 finalın ilk oyunları, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub. Matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”ə uduzaraq (0:1, pen. 3:5) mübarizəni dayandırıb. Bu səbəbdən Qurban Qurbanovun komandası xal hesabını artıra bilməyib. Aktivində 25,000 xal olan Ağdam klubunun mövqeyi də dəyişməz qalıb. “Qarabağ” Avropada 66-cı yerə şərikdir. Ağdamlılar bu mövqeni PAOK və “Krasnodar”la bölüşür. Qeyd edək ki, cədvələ hərəyə 132,000 xal yığan “Bavariya” və “Mançester Siti” başçılıq edir.
25-02-2023, 15:31
Krım yarımadasında Ukrayna bayrağı ucaldıldıKrım yarımadasının Sevastapol şəhərində Ukrayna bayrağı ucaldılıb. Ukrayna bayrağı Naximov meydanında yerləşən binalardan birinin üzərində asılıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.
25-02-2023, 15:24
Gürcüstan Türkiyəylə həmrəydir - QaribaşviliGürcüstan Türkiyənin yanındadır. Türkiyə xalqı Rəcəb Tayyib Ərdoğan kimi müdrik və güclü liderlə tarixin bu sınağından da qalib çıxacaq. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin Hatay vilayətinin Antakya şəhərində zəlzələnin nəticələri ilə tanış olarkən deyib. O, Türkiyədə baş verən zəlzələni dəhşətli faciə adlandırıb. “Dəstək mesajımı və başsağlığımı ötən gün Prezident Rəcəb Tayyib Ərdoğana çatdırdım. Mən ona həmrəy olduğumuzu bildirdim. Bu, Türkiyənin və qardaş xalqın başına gələn dəhşətli faciədir. Zəlzələ nəticəsində 40 mindən çox insan ölüb, 100 mindən çoxu yaralanıb. Minlərlə insan evsiz qalıb. Prezident Rəcəb Tayyib Ərdoğanla görüşümüzdə o mənə bildirdi ki, artıq müvafiq qərargah yaradılıb, plan hazırlanıb, bir ildə 270 minə yaxın mənzil tikiləcək”, - deyə baş nazir vurğulayıb.