Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
25-02-2023, 15:19
Makron və Şolts Ukraynanı sülh aparmağa çağırıb


Makron və Şolts Ukraynanı sülh aparmağa çağırıb

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh aparmağı nəzərdən keçirməyə başlamağa çağırıb. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb. Qəzet yazır ki, sülh çağırışı üç liderin bu ay Parisdə keçirilən görüşündə səsləndirilib. Yelisey sarayında şam yeməyi zamanı Makron Zelenskiyə xatırladıb ki, hətta Fransa və Almaniya kimi “ölümcül düşmənlər” də İkinci Dünya Müharibəsindən sonra sülh bağlamaq məcburiyyətində qalıb.
25-02-2023, 15:14
İran Rusiyanı artilleriya və tank mərmiləri ilə təmin edib - ABŞ


İran Rusiyanı artilleriya və tank mərmiləri ilə təmin edib - ABŞ

İran Rusiyanı artilleriya və tank mərmiləri ilə təmin edib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib. Mərmilərdən Ukraynaya qarşı müharibədə istifadə olunduğu bildirilir. "Rusiya ilə İran arasında münasibətlərin hər iki istiqamətdə inkişaf edəcəyindən qorxurduq. Və bu qorxular, şübhəsiz ki, əsaslıdır. 2022-ci ilin noyabrında İran Ukraynaya qarşı istifadə üçün Rusiyaya artilleriya və tank mərmiləri verib", - Kirbi deyib. Onun sözlərinə görə, bu baxımdan müdafiə sahəsində Rusiya-İran əməkdaşlığı ABŞ administrasiyasının narahatlığına səbəb olur. "Bu, təkcə Ukraynadakı vəziyyəti çətinləşdirməyəcək, həm də tərəfdaşlarımız və dostlarımız üçün Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini çətinləşdirə bilər", - Kirbi vurğulayıb.
25-02-2023, 15:02
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda fevralın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
25-02-2023, 14:59
Kanada Ukraynaya “Leopard 2” tankları verəcək


Kanada Ukraynaya “Leopard 2” tankları verəcək

Kanada Ukraynaya daha dörd ədəd “Leopard 2” tankı verəcək. Bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kanadadan daha 4 “Leopard 2” tankı alacaq. Həmçinin Kanada Ukraynaya bir zirehli xilasetmə maşını təhvil verəcək.
25-02-2023, 14:56
ABŞ-da zəlzələ baş verib


ABŞ-da zəlzələ baş verib

ABŞ-ın Alyaska sahillərində 4,6 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Təbii fəlakətin episentri təxminən 150 nəfərin yaşadığı Port Qrem şəhərindən 51,2 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
25-02-2023, 00:01
İlham Əliyevə Ukraynanı dəstəklədiyinə görə təşəkkür edirik - Zelenski


İlham Əliyevə Ukraynanı dəstəklədiyinə görə təşəkkür edirik - Zelenski

Biz Azərbaycan Prezidenti İlham Əliyev ilə əlaqə saxlayırıq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Biz ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edirik", - Ukrayna lideri deyib. Zelenski əlavə edib ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edir. "Əsas məsələ budur", - o vurğulayıb.
24-02-2023, 23:57
Zəlzələ qurbanlarının sayı 44 mini keçib


Zəlzələ qurbanlarının sayı 44 mini keçib

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 min nəfəri keçib. Bu barədə qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələdə həyatını itirən insanların sayı 44 min 218 nəfərə yüksəlib. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
24-02-2023, 23:42
Balaca Damla mərhəmətə möhtacdır

Damla ailənin ilk övladıdır. 5 yaşı var. Başında aşkarlanan şiş səbəbiylə təcili əməliyyat olunmalıdır. Atası Araz Heybətov qızını bir çox həkimlərin müayinə etdiyini bildirərək, son nəticədə həkimlərin bu əməliyyatın Türkiyədə mümkün olduğunu bildirdi. Əməliyyatın məbləği 22 000 manat civarındadır. Lakin ailənin maddi vəziyyəti çox aşağıdır (valideynləri, daha iki körpə övladı və ailənin yükü tək bir atanın çiyinlərindədir. Stabil işi və məvacibi olmayan ata isə 3 körpənin və ailənin ehtiyaclarını ödəmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır). Damlanın əməliyyatı üçün lazım olan məbləğin toplanması məqsədilə onun adına hesab açılıb.
Hər birimiz bu qızcığazın yaşama ümidinə gücümüz çatdığı qədər dəstək olaq - hər 1 manat bir həyat deməkdir... Damlanın atası Araz Heybətovun əlaqə nömrəsi: (055) 292 75 13
24-02-2023, 21:05
Ərdoğan Putinlə bir sıra məsələləri müzakirə edib


Ərdoğan Putinlə bir sıra məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə məlumatı Türkiyə tərəfi yayıb. Telefon danışığı Ukraynada müharibənin başlanmasının birinci ildönümü ilə əlaqəli olub. Ərdoğan Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıb. Türkiyə lideri İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını istədiklərini və bu prosesə hər cür töhfə verməyə hazır olduqlarını qeyd edib. Bundan əvvəl Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparıb.
24-02-2023, 20:57
Ceyhun Bayramov türkiyəli həmkarıyla telefonda danışıb


Ceyhun Bayramov türkiyəli həmkarıyla telefonda danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Türkiyə XİN-dən bildirilib. Qeyd olunub ki, danışıqlar zamanı qarşıdakı dövrdə keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!