22-02-2023, 23:28
Bayden moldovalı həmkarıyla görüşübABŞ Prezidenti Co Bayden moldovalı həmkarı Maya Sandu ilə görüşüb. Görüş Polşanın paytaxtı Varşavada baş tutub. Görüş zamanı liderlər Ukrayna müharibəsinin Moldova üçün nəticələrini müzakirə ediblər. Sandu Baydeni ölkəsinə səfərə dəvət edib.
22-02-2023, 16:27
İlham Əliyev Anlaşma Memorandumunu təsdiq etdi
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” 2022-ci il noyabrın 28-də Bakı şəhərində imzalanıb.
22-02-2023, 16:23
Putin Çinin baş diplomatıyla bir sıra məsələləri müzakirə etdiRusiya Prezidenti Vladimir Putin Çinin baş diplomatı Vanq Yi ilə görüşüb. Bu barədə Kremlin mətbuat xidməti məluamt yayıb. Görüş zamanı Vanq Yi Rusiya-Çin münasibətlərinin Qərbin təzyiqlərinə tab gətirdiyini və durmadan inkişaf etdiyini bildirib. Putin Çin lideri Si Cinpinin Moskvada gözlədiyini deyib. "Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib", - deyə çinli diplomat bildirib. Putinin sözlərinə görə, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2024-cü ilə qədər 200 milyard dollara çatacaq. 2022-ci ilin sonunda dövriyyə 190 milyard dollar təşkil edib.
22-02-2023, 16:19
Ermənistanın danışıqlar masasına geri qayıtması zəruridir - Ceyhun Bayramov"Ermənistanın destruktiv mövqeyindən çəkinərək danışıqlar masasına geri qayıtması zəruridir". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşündə deyib. Bununla yanaşı, ölkəmizin sülh sazişinin imzalanması təşəbbüsü, bu istiqamətdə səyləri barədə qarşı tərəf məlumatlandırılıb. C.Bayramov və L.Dokerti sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar. Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi məlumatlandıran nazir, Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə ətraflı məlumat verərək həyata keçirilən etirazların Laçın yolunun sui-istifadəsinə və qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı olduğunu, həmçinin blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfə məlumat verilib. Sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın iştirakdan imtina etməsinə və prosesə yaratdığı maneələrə baxmayaraq, ölkəmizin prosesə sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirdiyi diqqətə çatdırılıb.
22-02-2023, 16:12
Ərdoğan yeni ayda seçkilərin tarixini açıqlayacaqTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da ölkədə seçkilərin keçirilməsi ilə bağlı qərarını açıqlayacaq. Bunu eksklüziv açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım bildirib. “Hesab edirəm ki, Türkiyədə prezident seçkiləri əvvəlcədən açıqladığımız tarixdə baş tutacaq. Biz AKP olaraq seçkilərin keçirilməsinin tərəfdarıyıq. Qismət olarsa, seçkilərin həmin vaxtda keçirilməsini dəstəkləyirik”,- deyə deputat bildirib. Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlamışdı. Lakin ölkədə baş verən dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salınması məsələsi gündəmə gətirilib. Bəzi siyasətçilər seçkilərin gələn ilə qədər ertələnməsini təklif etsə də, bu, müxalifət tərəfindən etirazla qarşılanıb. Müxalif düşərgə parlament və prezident seçkilərinin əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 18-də keçirilməsini istəyir.
22-02-2023, 15:57
Ermənistanın 7 qətnaməsi rədd edildiLaçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Avronest Parlament Assambleyasının Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən 10-cu sessiyası başa çatıb. Sessiyada Milli Məclisi parlamentin komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil edib. Məlumata görə, 10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən dəyişikliklər təklif olunmuşdu. Dəyişikliklər “Laçın dəhlizinin açılması”, “Dağlıq Qarabağın blokadadan çıxarılması”, “Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edirdi. Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.
22-02-2023, 15:55
Sabahın hava proqnozu - Sulu qar gözlənilirBakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilir. Hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, 24-də gün ərzində fasilələrlə sulu qar, axşam tədricən kəsiləcəyi gözlənilir. Azərbaycanın rayonlarında fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 22-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
22-02-2023, 13:04
Ceyhun Bayramov britaniyalı həmkarıyla görüşübBöyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. O, bu barədə twitter hesabında yazıb. Nazir Azərbaycan Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşı olduğunu bildirib: "Mən Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğuladım".
22-02-2023, 13:00
Tapdığı bank kartı ilə maşınına yanacaq aldıBakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartı vasitəsi ilə yanacaqdoldurma məntəqələrinin birindən 115 manat dəyərində yanacaq alınması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Süleyman Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
22-02-2023, 12:57
Azərbaycanda zəlzələ baş veribLerikdə zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.