Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
21-02-2023, 16:44
Ermənistanla Gürcüstan arasında memorandum imzalandı


Ermənistanla Gürcüstan arasında memorandum imzalandı

Ermənistan və Gürcüstan arasında memorandum imzalanıb. Memorandum iki ölkənin Milli Elmlər Akademiyaları arasında imzalanıb. Bildirilib ki, sənədin məzmunu əməkdaşlığın artırılması ilə bağlıdır. Bu barədə qurum rəhbərləri Aşot Saqyan və Georgi Kvesitadze Tbilisidə keçirilən görüşdə razılığa gəliblər. Həmçinin vurğulanıb ki, tərəflər birgə proqramları aktivləşdirməyə də razılaşıblar.
21-02-2023, 16:27
Baydenin Ukraynaya səfəri Rusiya üçün qeyri-adi hadisə deyil - Peskov


Baydenin Ukraynaya səfəri Rusiya üçün qeyri-adi hadisə deyil - Peskov

"ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri Rusiya Federasiyası üçün qeyri-adi hadisə deyil". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Putin Baydenin bu gün Polşadakı çıxışını şəxsən izləməyəcək, ona əsas tezislər deyiləcək", - o əlavə edib. Peskov Putinin bu gün baş tutacaq parlamentə müraciətindən də danışıb: "Xüsusi əməliyyat (Rusiya rəsmiləri Ukrayna ilə müharibəni belə adlandırır - red.) və sosial-iqtisadi blok Putin üçün mütləq prioritetləri təşkil edəcək. Putinin bugünkü mesajı bütün dünyada diqqətlə araşdırılacaq. Mesaj tamamilə müəllifin - Rusiya prezidentinin öz məhsuludur. Çıxış ümumilikdə təxminən 1 saat çəkəcək". Qeyd edək ki, bu gün Putin Federal Məclisə müraciətlə geniş çıxış edəcək.
21-02-2023, 16:24
Sabahın hava proqnozu - Buludlu, yağmursuz olacaq


Sabahın hava proqnozu - Buludlu, yağmursuz olacaq

Fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü cənub-qərb küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
21-02-2023, 16:21
Türkiyənin Hatay bölgəsindəki axtarış-xilasetmə işləri yekunlaşıb


Türkiyənin Hatay bölgəsindəki axtarış-xilasetmə işləri yekunlaşıb

Türkiyənin Hatay bölgəsində baş verən 6,4 bal gücündə zəlzələdən sonra axtarış-xilasetmə işləri yekunlaşıb. Qeyd edilib ki, dağıntılar altında heç kəs qalmayıb. Kahramanmaraş mərkəzli zəlzələ ilə bağlı işlər isə davam edir. Xatırladaq ki, ötən gün Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralananların sayı isə 294 nəfərə çatıb
21-02-2023, 09:33


44 günlük müharibənin hər bir günü  Qələbə , Zəfər günüdür
44 günlük müharibənin hər bir günü Qələbə , Zəfər günüdür

20 Fevral 2023-cü il tarixdə Qəbələ rayon Mədəniyyət mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Əbədi Birlik Gənclər İctimai Birliyinin, GİKM Qəbələ nümayəndəliyinin, intellektual İnkişaf Naminə İctimai Birliyin, Qəbələ Mədəniyyət mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “44 Gündə Qızıl Tarix Yazanlar” layihəsinin yekun tədbiri keçirildi. Tədbirdə şəhid ailələri, qazilər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim tələbə heyəti, gənclər, rayon idarə heyətinin nümayəndələri iştirak etdi.

Tədbirə başlamazdan əvvəl dövlət Himnimiz səsləndirilmiş, torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Layihə rəhbəri Xəyal Məmmədəliyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün davam edən Vətən Müharibəsində yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı, canı bahasına azad edildi. Bu Qələbə ölkə rəhbəri tərəfindən həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyasının parlaq nəticəsidir.
Əbədi Birlik GİB-nin sədri Şahin Əliyev isə bildirib ki, bu layihənin məqsədi şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına mənəvi dəstək vermək, Vətən müharibəsində adını qızıl hərflərlə tarixə yazan hər bir gənci unutdurmamağa çalışmaqdır.

3 Fevral 2023-cü il tarixdə Qəbələ rayonunda başlanan layihə çərçivəsində şəhid ailələri və şəhidlərimizin məzarları ziyarət olunmuş, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində , Şirvan Bulqədirov adına Qəbələ rayon 5 saylı tam orta məktəbdə, Qəbələ rayon Nic qəsəbəsi 3 saylı tam orta məktəbdə parlaq Vətən müharibəsi zəfərindən sonra yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə polkovnik-leytenant Zavir Zərbəliyev və psixoloq Tahirə Əsgərovanın təlimləri keçirilmişdir. Belə bir layihənin həyata keçirilməsi üçün xüsusi dəstək göstərən Azərbaycan Respublikasının Prezident Administrasiyası, Azərbaycan Respublikasının Gənclər Fonduna, Elm və Təhsil Nazirliyinə, Qəbələ rayon İcra Hakimiyyətinə , Yeni Azərbaycan Partiyasının Qəbələ rayon Təşkilatına, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə, minnətdarlıq ifadə edilib.
Layihənin davamlılığı bundan sonrada bütün Respublikamızı əhatə edəcək.

21-02-2023, 01:01
Ceyhun Bayramov türkiyəli həmkarı ilə telefonda danışdı


Ceyhun Bayramov türkiyəli həmkarı ilə telefonda danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirə aparılıb. Nazir Ceyhun Bayramov, Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb. Bu gün Hatayda baş vermiş iki güclü zəlzələ təkanlarının təsirləri ilə maraqlanıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət, zəlzələ bölgələrində binaların tikintisi planları barədə ətraflı məlumat verib. O, Hatayda baş vermiş sonuncu zəlzələlərin yalnız əvvəl ciddi və orta səviyyədə zədə almış binalara zərər verdiyini bildirib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
20-02-2023, 23:19
Ceyhun Bayramov türkiyəli həmkarı ilə telefonda danışdı


Ceyhun Bayramov türkiyəli həmkarı ilə telefonda danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirə aparılıb. Nazir Ceyhun Bayramov, Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb. Bu gün Hatayda baş vermiş iki güclü zəlzələ təkanlarının təsirləri ilə maraqlanıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət, zəlzələ bölgələrində binaların tikintisi planları barədə ətraflı məlumat verib. O, Hatayda baş vermiş sonuncu zəlzələlərin yalnız əvvəl ciddi və orta səviyyədə zədə almış binalara zərər verdiyini bildirib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
20-02-2023, 23:15
Baş vermiş zəlzələdə 8 nəfər xəsarət alıb


Baş vermiş zəlzələdə 8 nəfər xəsarət alıb

Bu gün Türkiyənin Hatay bölgəsində baş verən zəlzələ nəticəsində 8 nəfər yaralanıb. Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib. O bildirib ki, bölgədən ilkin olaraq 28 müraciət daxil olub.
20-02-2023, 23:10
Türkiyənin vitse-prezidentindən zəlzələylə bağlı açıqlama


Türkiyənin vitse-prezidentindən zəlzələylə bağlı açıqlama

Türkiyənin vitse-prezidenti Fuat Oktay bu gün axşam saatlarında Hatayda baş verən zəlzələ barədə açıqlama verib. Bu barədə "TRT Haber" məlumat yayıb. "Hatay mərkəzli zəlzələlərlə bağlı araşdırmalarımız davam edir. Vətəndaşlarımızdan zədəli binalardan uzaq durmalarını xahiş edirik", - deyə o qeyd edib. CNN-in məlumatına görə, zəlzələlərdən sonra bəzi binalarda dağıntıların olduğu, insanların dağıntılar altında qaldığı bildirilir. Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib. Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə 5,8 bal gücündə zəlzələ baş verib. Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.

20-02-2023, 23:05
Türkiyənin Hatay bölgəsində güclü zəlzələ baş verib


Türkiyənin Hatay bölgəsində güclü zəlzələ baş verib

Türkiyənin Hatay bölgəsində yenidən güclü zəlzələ baş verib. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin 6.4 bal gücündə olduğu bildirilir. Məlumata görə, yeraltı təkanlar Adıyaman və Adanada da hiss olunub. Zəlzələ sakinlər arasında təşviş yaradıb. Yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşib. Bunun ardınca 5,8 bal gücündə daha bir zəlzələ baş verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!