20-02-2023, 22:50
Zəlzələ zonasında 751 min insan çadırlarda qalır - ƏrdoğanZəlzələ bölgəsində 751 min nəfər çadırlarda qalır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "1 milyon 684 min nəfər müxtəlif sığınacaqlarla təmin edilib. Ehtiyac yaranarsa, konteyner evlərin sayı 200 minə çatdırılacaq. Hazırda 114 min 834 nəfər dağıntı altından çıxarılıb. Prosess hələ də davam edir. Zəlzələdən sonra ümumi zərərin qiymətləndirilməsi işləri isə yekunlaşmaq üzrədir", - deyə Ərdoğan vurğulayıb.
20-02-2023, 22:43
ABŞ prezidentdi F-16 qırıcılarının Türkiyəyə satılmasını dəstəkləyirABŞ Prezidenti Co Bayden F-16 qırıcılarının Türkiyəyə satılmasını dəstəkləyir. Bunu Türkiyəyə səfər edən ABŞ dövlət katibi Entoni Blinken NTV kanalına müsahibəsində deyib. O qeyd edib ki, Türkiyəyə döyüş təyyarələrinin verilməsi həm NATO, həm də ABŞ üçün vacibdir. “Konqresdə narazılıqlar var, biz Konqres liderləri ilə sıx təmasdayıq və bunun vacibliyini vurğulayırıq. F-16-ların gecikdirilməsinin nə İsveçlə Finlandiyanın NATO-ya üzvlüyü ilə, nə də Türkiyədəki seçkilərlə əlaqəsi var. Konqres liderlərinin bəzi narahatlıqları var və onların narahatlıqlarının aradan qaldırılması vacibdir”, - deyə Blinken bildirib.
20-02-2023, 22:13
Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçiribRusiya ordusu Ukraynada daha bir yaşayış
məntəqəsini ələ keçirdiyini iddia edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik brifinqində məlumat verilib. Nazirlik qeyd edib ki, Rusiya hərbçiləri Donetsk vilayətinin Paraskovyevka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Ukrayna tərəfi isə yaşayış məntəqəsinin ələ keçirilməsi barədə məlumata münasibət bildirməyib.
20-02-2023, 22:10
ABŞ prezidenti 15 ildən sonra Kiyevə səfər edibXəbər verdiyimiz kimi, bu gün ABŞ prezidenti Co Bayden Kiyevə gözlənilməz səfər edib. O, ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Prezidentlər Mixaylovsk dini məbədinə baş çəkib, döyüşlərdə həlak olan ukraynalı hərbçilərin xatirəsini yad ediblər. Baydenin Polşaya səfər edəcəyi gözlənilsə də, onun Kiyevə gəlişi hər kəsi təəccübləndirib. Ekspertlərin fikrincə, ABŞ liderinin Ukraynaya səfərinin gizli saxlanılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Onu da bildirək ki, ABŞ prezidentinin Kiyevə tarixi səfəri ortaya bir sıra məqamları çıxarıb. Belə ki, Bayden ABŞ tarixində Amerika əsgərlərinin olmadığı aktiv döyüş meydanına səfər edən ilk ölkə başçısıdır. Həmçinin 15 ildən sonra tarix yenidən təkrarlanıb. Bu, həm də ABŞ prezidentinin son 15 ildə Kiyevə ilk səfərdir. Bundan əvvəl Corc Buş 2008-ci ildə Kiyevə səfər edib və Viktor Yuşşenko ilə görüşüb. Qeyd edək ki, Bayden Zelenski ilə görüşdə bir sıra vacib məsələləri müzakirə edib. O, sosial şəbəkə hesabında Kiyevdən Rusiyaya mesaj göndərərək bildirib ki, Putin Ukraynanın zəif olduğunu, Qərbin isə parçalandığını düşünməklə dərindən səhv edib. ABŞ lideri, həmçinin vurğulayıb ki, Ukraynadakı müharibə əsrin son üç rübündə Avropada ən böyük quru silahlı münaqişəsinə çevrilib. Baydenin sözlərinə görə, ukraynalıların döyüş meydanında bundan sonra da qələbələr qazanacağına şübhə yoxdur.
20-02-2023, 22:00
Zelenski Baydenlə görüşündən sonra təəssüratlarını bölüşdüABŞ Prezidenti Co Baydenin Kiyevə səfəri zamanı aparılan danışıqlar çox səmərəli keçib. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq. “Baydenlə bugünkü danışıqlar səmərəli oldu... Ümid edirik ki, bu il 2023-cü il qələbə ili olacaq”, - deyə Zelenski bildirib. Dövlət başçısının sözlərinə görə, Ukrayna çox çətin dövr qarşısındadır, lakin ABŞ və digər tərəfdaş ölkələrin köməyi ilə “tarixi nailiyyətlər” əldə edəcək: "Bugünkü danışıqlar çox səmərəli, çox vacib və çox həlledici oldu...nəticələr mütləq döyüş meydanına təsir edəcək". Bayden Ukraynaya milyardlarla dollarlıq büdcə yardımı veriləcəyini deyib.
20-02-2023, 21:36
Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasına başlayıb Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi müşahidəçi missiyası öz işinə başlayıb. Bu barədə Aİ Şurasının bəyanatında bildirilir. Açıqlamada deyilir ki, missiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin nizamlanmasına töhfə vermək üçün nəzərdə tutulub. 100 nəfərdən ibarət missiya 2 il müddətində fəaliyyət göstərəcək.
20-02-2023, 21:22
Türkiyənin Şanlıurfa şəhərində partlayış baş veribTürkiyənin Şanlıurfa şəhərində partlayış olub. Hadisə yaşayış binasında baş verib. Partlayış nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Binadan insanlar təxliyə olunub və təhlükəsizlik tədbirləri görülüb. Hazırda hadisə yerində araşdırma aparılır. İlkin məlumata görə, binanın birinci mərtəbəsində yerləşən iş yerində qaz balonu partlayıb. Xatırladaq ki, Şanlıurfa dağıdıcı zəlzələnin təsirinə məruz qalmış on vilayətdən biridir.
20-02-2023, 15:38
Türkiyənin Şanlıurfa şəhərində partlayış baş veribTürkiyənin Şanlıurfa şəhərində partlayış olub. Hadisə yaşayış binasında baş verib. Partlayış nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Binadan insanlar təxliyə olunub və təhlükəsizlik tədbirləri görülüb. Hazırda hadisə yerində araşdırma aparılır. İlkin məlumata görə, binanın birinci mərtəbəsində yerləşən iş yerində qaz balonu partlayıb. Xatırladaq ki, Şanlıurfa dağıdıcı zəlzələnin təsirinə məruz qalmış on vilayətdən biridir.
20-02-2023, 15:36
Sabahın hava proqnozuAzərbaycanda fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
20-02-2023, 15:34
Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən danışdıTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışıb. XİN başçısı ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra bu məsələyə toxunub. Çavuşoğlunun sözlərinə görə, tezliklə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı aparılan danışıqlar bərpa olunacaq və davam edəcək. O, Ankaranın Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmağa imkan verməyəcəyini vurğulayıb. Qeyd edək ki, İsveçdə PKK tərəfdarlarının keçirdiyi aksiya və Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması hadisələrindən sonra proses dayanmışdı.