Tramp: İranın mövqeyindən narazıyam .....                        Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb .....                        “Qalatasaray” prezidentinə 15 günlük cəza verildi .....                        Pakistanla Əfqanıstan niyə döyüşür? .....                        Taliban qaydaları qadınları təhlükəyə atır – XƏBƏRDARLIQ .....                        Şamaxıda 3-cü ZƏLZƏLƏ .....                        Həkim pasiyentin 151 min manat pulunu ələ keçirdi .....                        İmişlidə güclü yanğın başlayıb .....                        Azərbaycanlı tələbə necə saxlanılıb? .....                       
17-12-2025, 15:27
Spiker Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü


Spiker Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşüb.
Bu barərədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Xüsusilə, 2025-ci il ərzində əlaqələrdə, qarşılıqlı səfər və görüşlərdə müşahidə olunan müsbət dinamikadan məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərinin tərəflər arasında ikitərəfli gündəliyin müxtəlif aspektlərinin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb və bunu tarixi hadisə kimi dəyərləndirib. Diplomat tərəflər arasında sülhün əldə olunması istiqamətində irəliləyişlərin həm region, həm qitə, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu söyləyib.
Milli Məclisin sədri diplomata Azərbaycan və Ermənistan sülh prosesi, o cümlədən parlamentlər arasında etimad quruculuğu tədbirləri haqqında məlumat verib.
Spiker Sahibə Qafarova bu kontekstdə "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik"də Azərbaycan–Ermənistan sülh prosesi baxımından narahatlıq doğuran məqamlara toxunub.
Azərbaycan parlamentinin sədri Milli Məclisin Avropa İttifaqına üzv ölkələrin parlamentləri ilə sıx əməkdaşlığını qeyd edib. O, özünün bu istiqamətdə səfərlərini və görüşlərini məmnunluqla xatırlayıb.
Spiker Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrinə toxunaraq, bu gün regionda mövcud olan reallıqların, Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətlərin bu qətnamələrin nə dərəcədə qərəzli olmasını bir daha sübut etdiyini deyib.
Söhbət zamanı, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri nəzərdən keçirilib. O cümlədən, enerji sahəsində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
Eyni zamanda nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların olduğu diqqətə çatdırılıb.
17-12-2025, 15:25
Azərbaycanda zavodu bağlanır - İşçiləri digər zavodlara köçürüləcək


Azərbaycanda zavodu bağlanır - İşçiləri digər zavodlara köçürüləcək

Son illərdə faydalı istismar müddətini başa vurduğundan və bununla müştərisi olmadığından bir sıra gəmilər istismardan çıxarılıb.
Mütəmadi şəkildə aparılan qiymətləndirməyə uyğun olaraq, köhnə gəmilərin istismardan çıxarılması səbəbilə balansda olan gəmi sayının əvvəlki illərə nisbətən aşağı düşəcəyi gözlənilir.
Bildirilib ki, optimal gəmi sayı üçün tələb olunan təmir işlərinin həcmi ASCO-nun strukturunda olan gəmi təmiri zavodlarının da optimallaşdırılmasını zəruri edir: “Eyni zamanda, ölkəmizdə hazırda dövlətə məxsus 3 gəmi təmiri və tikintisi zavodunun fəaliyyət göstərməsi, bu zavodların əsas sifarişçisinin ASCO olması gəmi təmiri xidmətlərinin optimallaşdırılması məsələsinə hər 3 zavod prizmasından baxılmasına zərurət yaradır. Bununla əlaqədar, uzunmüddətli gəmi təmiri tələbatı təhlil olunub və bu tələbatın qarşılanması imkanları qiymətləndirilib. Təhlil və qiymətləndirmələr nəticəsində gəmi təmiri tələbatının qarşılanması üçün 2 zavodun kifayət edəcəyi müəyyən olunub”.
Qeyd edilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun son illərdə daha çox investisiya qoyuluşları edilərək texniki vəziyyətinin yaxşılaşdırılması və istehsalatın modernləşdirilməsi, “Bibiheybət” GTZ-də isə bundan sonra əlavə kapital qoyuluşlarına ehtiyacın olması, bunlarla yanaşı ölkədə təmir və tikinti işlərini təmin edə bilən Bakı Gəmiqayırma Zavodu (BGZ) kimi müasir zavodun mövcudluğu nəzərə alınaraq, “Bibiheybət” GTZ-nin təmir portfelinin BGZ-yə köçürülməsi/relokasiyası optimal təklif kimi müəyyən olunub: “Təbii ki, bu proses zamanı zavodda çalışan əməkdaşlarımızın hüquqları və mövcud iş yerləri tam nəzərə alınacaq, onlara uyğun imkanlar yaradılacaqdır. Bununla bağlı ASCO rəhbərliyi də işçilərlə görüş keçirib, onların narahatlıqlarını dinləyib və diqqətlərinə çatdırıb ki, heç bir işçi bu proses zamanı ixtisara məruz qalmayacaq, hər bir addım şəffaf şəkildə həyata keçiriləcəkdir”.
17-12-2025, 15:18
Köç karvanı Laçın şəhərinə çatıb


Köç karvanı Laçın şəhərinə çatıb

Dekabrın 17-də doğma yurduna yola salınan köç karvanı Laçın şəhərinə çatıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu mərhələdə Laçın şəhərinə 69 nəfərdən ibarət 17 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
17-12-2025, 15:13
44 günlük müharibədə həlak olanların qohumlarından etiraz


44 günlük müharibədə həlak olanların qohumlarından etiraz

Ermənistanda 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşənlərin qohumları İrəvanda – parlament binası önündə etiraz aksiyası keçirblər.
Onlar 44 günlük müharibənin hallarını araşdıran istintaq komissiyasının hesabatının ictimaiyyətə açıqlanmasını tələb ediblər. həlak olan və itkin düşənlərin qohumları parlamengtin sədri Alen Simonyandan onları qəbul etib dinləməsini istəyiblər.
İtkin düşənlərin qohumlarından biri olan Arsen Qukasyan bildirib ki, onlar istintaq komissiyasının materiallarının və nəticələrinin ictimaiyyətə əlçatan olmasını tələb edirlər.
“Bu, ictimai diqqət çəkən və bizi hər şeydən çox maraqlandıran bir mövzu olduğundan, zərərçəkənin hüquqi varisi olaraq, müharibənin nəticəsinin kimin səhvləri olduğunu bilməliyik”, - deyə Qukasyan bildirib.
O qeyd edib ki, istintaq komissiyasının hesabatı anlaşılmaz bir səbəbdən arxivə göndərilib.
"Burada heç bir siyasi məsələ yoxdur, dəfələrlə vurğulamışam ki, onlar Nikol olsun, Köçəryan olsun - mənim üçün də eynidir, məsələ ölənlər və itkin düşənlərlə və müharibə ilə bağlıdır", - deyə o bildirib.
2020-ci ilin 44 günlük müharibəsindən həlak olan əsgərlərin adlarının niyə dərc olunmaması məsələsi son vaxtlara qədər müntəzəm ictimai müzakirə mövzusu olub.
“Faktların Yoxlanılması Platforması” 44 günlük müharibədə həlak olan əsgərlərin adlarından ibarət məlumat bazası yaradıb. Məlumat bazası “Zinapah” Fondunun veb saytında mövcud olan məlumatlardan istifadə etməklə yaradılıb.
Saytda müharibədə həlak olanların sayı 3246 nəfər göstərilib. Mülki şəxslərin də daxil olduğu rəsmi olaraq dərc edilən qurbanların sayı 3833 nəfərdir.
Ermənistandan 44 günlük müharibədə 195 nəfər itkin düşmüş hesab olunur.
17-12-2025, 15:05
MTV kanalına xəbərdarlıq edildi


MTV kanalına xəbərdarlıq edildi

Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
"MTV" kanalının efirində 28.11.2025 tarixdə, saat 10:04-11:54 arası yayımlanan "Xoş sabah" proqramında ailə həyatının görünən və görünməyən tərəfləri, qadın-kişi münasibətlərindəki çətinliklər, müasir ailələrə təsir edən sosial basqılar, rolların dəyişməsi mövzuları müzakirə edilib: "Proqramda iştirak edən qonaqlardan biri "İnsanlar düşünürlər ki boşanma ay pisdir, xaosdur. İnkişaf deməkdir. Nə mənada? Qadınların hüquqları artmağa başladıqca özünü ifadə etmək, inkişaf başladı. Yəni mən də insanam. Mən də sənin qədər, sənin duyduğun qədər, sənin kimi mənim də ehtiyaclarım var. Ortaya çıxmağa başladı. Qadın hüquqları artıqca, boşananların sayı artmağa başladı. Bu da inkişafı göstərir, əslində cəmiyyətdə. Sivilizasiya inkişaf etməyə başlayıb və bütün sivilizasiyalar məhz xaos üzərindən olur. Boşanma pis bir şey deyil. Boşanma o deməkdir ki, insanlar artıq fərqindədir ki, əvvəllər dözərək yaşayırdılar, şiddətə dözürdülər, susurdular hər bir şeyə. Bügün o söhbət yoxdur artıq. Bügün artıq insanlar necə deyərlər, partnyorluğa önəm verirlər, birlikdə yaşamağa." ifadələrini işlətməklə öz mövqeyini ifadə etmişdir. Digər bir qonaq isə, buna cavab olaraq "Bu inkişaf deyil, əxlasızlıqdır" ifadəsindən istifadə etmişdir. Boşanmanın inkişaf kimi təqdim edilməsi və ya tam əksinə olaraq bunun əxlaqsızlıq adlandırılması, ümumən isə, redaksiya nümayəndəsinin (bu halda, aparıcının) belə fikirlərə zəruri müdaxilə etməməsi Audiovizual Şuranın monitorinq mütəxəssisləri tərəfindən qanunvericilik pozuntusu kimi qeydə alınmış, zəruri prosedurlara uyğun olaraq araşdırma aparılmış, hüquqşünaslar tərəfindən pozuntu faktı təsbit olunmuşdur".
İclas zamanı Audiovizual Şura üzvləri məsələni ətraflı müzakirə etmişlər. Qeyd olunmuşdur ki, boşanma haqqında danışmaq, müzakirələr keçirmək olar, amma boşanmanın "inkişaf" kimi təqdim olunması, digər tərəfdən, boşanmanın əxlaqsızlıqla eyniləşdirilməsi qəbuledilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində açıq bəyan edilir ki, ailə cəmiyyətin əsas özəyidir və dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində boşanma hüququ tanınır, amma boşanma müsbət sosial dəyər kimi təqdim edilmir və ailənin qorunması prioritet hesab olunur. Audiovizual Şuranın üzvləri tərəfindən "boşanmaq inkişafdır" ifadəsi Ailə Məcəlləsinin, habelə "Media haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunların bir sıra müddəalarının məqsəd və ruhuna zidd mesaj kimi qiymətləndirilmiş, qeyd olunan yayımla bağlı "MTV" kanalına ciddi xəbərdarlıq olunmuşdur.
Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, redaksiya nəzarətini gücləndirməyə, yayım zamanı ictimai dəyərlərə hörmət etməyə, həssas mövzularda, xüsusilə ailə, uşaq, nikah mövzularında diqqətli olmağa çağırır.
17-12-2025, 14:44
Ermənistanda Xarici Əks-Kəşfiyyat Xidməti yaradılır


Ermənistanda Xarici Əks-Kəşfiyyat Xidməti yaradılır

Ermənistanda Xarici Əks-kəşfiyyat Xidmətinin yaradılması təsdiqlənib.
Deputatlar "Milli Təhlükəsizlik Orqanları haqqında" Qanuna dəyişiklikləri qəbul edib.
Layihə, Xarici Kəşfiyyat Xidməti (2022-ci ilin dekabrında yaradılmış) və Milli Təhlükəsizlik Xidməti (MTX) arasında funksiyaların bölünməsi səbəbindən qəbul edilib.
Xarici Əks-kəşfiyyat Xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində yaradılacaq və əsas vəzifələri Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi olacaq.
17-12-2025, 14:41
Azərbaycanda futbolçulara ən çox əməkhaqqı ödəyən klubun adı AÇIQLANDI


Azərbaycanda futbolçulara ən çox əməkhaqqı ödəyən klubun adı AÇIQLANDI

Ötən mövsüm Misli Premyer Liqasında çıxış edən klubların futbolçularına ödədikləri əməkhaqqının məbləği açıqlanıb.
2024/2025-ci illər mövsümündə oyunçulara ən çox maaş ödəyən klub "Neftçi" olub. Paytaxt təmsilçisində bu məbləğ 18 milyon 287 min 111 manat təşkil edib.
Bu göstəricidə ikinci pillədə "Qarabağ" qərarlaşıb. Ağdam klubu futbolçularına 13 milyon 878 min 800 manat məvacib ödəyib.
Bu rəqəm "Sabah"da 8 milyon 911 min 200, "Sumqayıt"da 4 milyon 431 min 100, "Səbail"də 4 milyon 385 min 800, "Zirə"də 4 milyon 287 min 627, "Araz-Naxçıvan"da 3 milyon 619 min 200, "Turan Tovuz"da 2 milyon 613 min 900 manat təşkil edib.
Ötən mövsüm futbolçulara ən az əməkhaqqı ödəyən klublar isə "Kəpəz" (1 milyon 754 min 700 manat) və "Şamaxı" (1 milyon 4 min 300 manat) olub.
17-12-2025, 14:19
“Biləsuvar” gömrük postunda yaranan gecikmənin səbəbi AÇIQLANDI


“Biləsuvar” gömrük postunda yaranan gecikmənin səbəbi AÇIQLANDI

Mediada Naxçıvan-Bakı reysi ilə gələn avtobusun sərnişinlərinin “Biləsuvar” gömrük postunda uzun müddət gözləməsi barədə videogörüntülər yayımlanıb. Yayımlanan görüntülərdə sərnişinlər gömrük nəzarətinin yubadıldığını, soyuq hava şəraitində açıq ərazidə gözlədiklərini iddia edirlər.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, gün ərzində “Biləsuvar” gömrük postundan keçməklə Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən 5 avtobusla, ümumilikdə 200-dən çox sərnişin daşınır və onların gömrük nəzarəti optimal müddətdə həyata keçirilir.
Dekabrın 17-də sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmalarına, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etmədiklərinə görə gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub, qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib.
Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət olunmasını tövsiyə edir.
17-12-2025, 13:56
Bakıda azyaşlının mədəsindən mismar çıxarıldı - FOTO


Bakıda azyaşlının mədəsindən mismar çıxarıldı - FOTO

Bakıda azyaşlı pasiyentin mədəsindən yad cisim çıxarılıb
Bu gün səhər saatlarında azyaşlı oğlanın valideyinləri övladının səhhətində yaranan narahatlıqla bağlı Xəzər Tibb Mərkəzinin poliklinika şöbəsinə müraciət edib. Aparılan müayinələr zamanı uşağın mədəsində yad cismin (mismar) olduğu müəyyən edilib.
Həkim-qastroenteroloq Gülnar Ağayeva tərəfindən həyata keçirilən endoskopik müdaxilə zamanı yad cisim mədədən təhlükəsiz şəkildə çıxarılıb. Prosedur uğurla başa çatıb, pasiyentin vəziyyəti stabildir.
Vaxtında tibbi müdaxilə mümkün fəsadların qarşısının alınmasında mühüm rol oynayıb.

17-12-2025, 13:52
Qırmızı bazar qəsəbəsi daha 18 ailəyə qucaq açdı


Qırmızı bazar qəsəbəsi daha 18 ailəyə qucaq açdı

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Qırmızı bazar qəsəbəsi bu gün 18 ailə olmaqla, 90 nəfərə qucaq açıb.
Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!