Maksim Medvedev baş məşqçi oldu .....                        Ermənistan Hindistandan qırıcı almaq istəyir .....                        Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya .....                        Paşinyan söyüşləri dayandırır .....                        Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı .....                        Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                       
30-11-2022, 19:11
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq müzakirə edildi


Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq müzakirə edildi

Noyabrın 30-da Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan ilə Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor Ə.Burxanov dövlətlər arasında müsbət əlaqələrin hər iki ölkənin Hərbi Hava Qüvvələrinin inkişafına töhfə verəcəyini xüsusi qeyd edilib. Görüşdə Azərbaycan və Özbəkistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonda nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinə gələrək burada görülən işlərlə tanış olub.
30-11-2022, 19:09
“Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama


“Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) şəhərin mərkəzi küçələrini Dənizkənarı Milli Parkla əlaqələndirən yolun “Sahil bağı” ətrafından keçən hissəsində velosiped zolağının inşası ilə bağlı açıqlama verib. Şirkətdən verilən xəbərə görə, bu küçələrdə təhlükəsizlik hasarının özək konstruksiyası 2016-cı ildən etibarən quraşdırılıb. Formula-1 Azərbaycan Qran Prisinin keçirilmədiyi müddətdə bu özək konstruksiya piyadaların hərəkətinə mane olmamaq üçün asfalt örtüyünün altında qalır və üzəri xüsusi qoruyucu ilə bağlanır. Velosiped zolağının çəkilməsindən öncə BŞH piyada və ya velosipedlərin hərəkətinə mane olmaması üçün bu özəklərin yerinin dəyişdirilməsini və ya velosiped zolağının özəklərdən kənarda salınmasının vacibliyini Bakı Nəqliyyat Agentliyinə bildirib. Yaranmış narahatlığın həlli üçün Bakı Nəqliyyət Agentliyi ilə razılaşdırılaraq müvafiq tədbirlər görüləcək.
30-11-2022, 19:06
Prezident yol tikintisinə pul ayırdı


Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğdən 7,0 (yeddi) milyon manat və 1.26.23-cü yarımbəndində göstərilmiş 10,2 milyon (on milyon iki yüz min) manat olmaqla ümumilikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 17,2 milyon (on yeddi milyon iki yüz min) manat ayrılıb.
30-11-2022, 19:04
Çavuşoğludan ittiham: “ABŞ terrorçulara dəstək verir”


Çavuşoğludan ittiham: “ABŞ terrorçulara dəstək verir”

“ABŞ-ın Suriyada terror təşkilatlarına dəstək verməsi açıq-aydın ortadadır”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə keçirilən NATO xarici işlər nazirlərinin sammitində jurnalistlərin suallarını cavablandırarkən deyib. “Türkiyəni əngəlləməyə çalışan cəhdlər müşahidə edirik. Biz lazımi cavabları vermişik. Müttəfiqlərdən dəstək gözləyirik. O cür “amma”lı açıqlamalar gözləmirik. Həm Suriyada, həm İraqda terrorla mübarizəmizi davam etdirəcəyik. Deyilir ki, digər NATO ölkələrində də bunlar var. Haqlıdırlar. Pul toplanır, adamlar yığılır. Bütün bunlara son vermək lazımdır. ABŞ-ın Suriyada terror təşkilatlarına dəstək verməsi açıq-aydın ortadadır”, - deyə nazir bəyan edib.
30-11-2022, 17:59
Narkomaniya və zərərli vərdişlərə qarşı tədbir

2 saylı Tibb Kollecində Narkomaniya və zərərli vərdişlərə qarşı tədbir keçirilib.

Butov.az-a xəbər verir ki, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən layihə çərçivəsində, 2saylı Bakı Baza Tibb Kollecində maarifləndirmə tədbiri keçirilib.
Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında
məlumat verdi, narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə və maarifləndirmə işlərində dövlət qurumları ilə yanaşı ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd etdi və gəncləri, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu il Gənclər Günündə verdiyi dəyərli tövsiyyələrə əməl etməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı birlikdə mübarizə aparmağa çağırdı.

Bakı Narkoloji Mərkəzinin psixoloq-həkimi Günay Babayeva, slaydlarla "Narkotik asılılığın psixoloji təsirləri" barədə ətraflı
çıxış etdi və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.
Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirdə çıxış edən Kollec müəllimləri və tələbələr, mövzu barədə fikirlərini bildirdilər və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.



Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin sədri

30-11-2022, 14:55
“Təslim olmayacağıq” - Ukraynanın birinci xanımı


“Təslim olmayacağıq” - Ukraynanın birinci xanımı

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya Böyük Britaniyaya səfəri çərçivəsində ölkə parlamentində millət vəkilləri qarşısında çıxış edib. Ukraynanın birinci xanımı hazırda ölkəsindəki şəhərlərin II Dünya Müharibəsi zamanı nasist Almaniyası tərəfindən bombalanan Böyük Britaniya şəhərlərinə bənzədiyini söyləyib. “Siz təslim olmadınız, biz də təslim olmayacağıq. Artıq ehtiyacımız olan tək şey qələbə deyil, həm də ədalətə ehtiyacımız var”, - deyə xanım Zelenskaya bildirib. Ukraynada döyüşən rus əsgərlərini nasist hərbçiləri ilə müqayisə edən Y.Zelenskaya ölkəsinin terrora məruz qaldığını bəyan edib. Birinci xanım əlavə edib ki, Ukraynanın mülki infrastrukturu və energetika sistemləri Rusiya tərəfindən hədəf alınıb: “Düşmən bizi qaranlıq və soyuqla vurmaq istəyir”. Qeyd edək ki, daha sonra Y. Zelenskayanın Britaniya kralı III Çarlz və xanımı Kamilla ilə görüşü planlaşdırılıb.
30-11-2022, 14:53
Şoyqu: “Səfərbərliyə çağırılanların təlimi yekunlaşıb”


Şoyqu: “Səfərbərliyə çağırılanların təlimi yekunlaşıb”

Qismən səfərbərlik çərçivəsində orduya çağırılan 300 mindən çox rusiyalı təlim keçib. Bu barədə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, səfərbər olanlar Rusiya və Belarusdakı yüzdən çox poliqonda üç minə yaxın təlimatçı tərəfindən öyrədilib. Şoyqunun sözlərinə görə, səfərbərliyə çağırılanların və könüllülərin təlimləri iki ay davam edib: “Təlim mərkəzlərində səfərbər olunanlara döyüş maşını və tanklar, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri, rabitəsi üzrə təlimlər keçilib”. Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik başlayıb - oktyabrın 28-də onun başa çatdığı elan edilib.
30-11-2022, 14:50
İranda azərbaycanlı qadınlar təzyiqlə üzləşirlər


İranda azərbaycanlı qadınlar təzyiqlə üzləşirlər

“İranda bizim ana dilimizə qarşı ayrı-seçkilik var. Axı biz də bir millətik. İndiki münasibət bizi təhqir etməkdir”. Bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli noyabrın 30-da Topçubaşov mərkəzi tərəfindən təşkil olunmuş “Urmu gölünün harayı” adlı tədbirdə deyib. Onun sözlərinə görə, xüsusən də azərbaycalı qadınlar İranda zülmə məruz qalırlar: “İranda qadın hüquqları tanınmır. Azərbaycan qadınları orada təzyiqlərlə üzləşirlər. Bizim uşaqlarımız ana dilində təhsil ala bilmirlər”.
30-11-2022, 14:47
Rusiya ABŞ-la danışıqlardan imtina etdi


Rusiya ABŞ-la danışıqlardan imtina etdi

“ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etməyəcəyik”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib. O qeyd edib ki, rəsmi Moskva bu anlaşmanı yüksək qiymətləndirir, amma bunu müzakirə etmək üçün uyğun şərtlər olmalıdır. “Rusiya hazırda ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etmək niyyətində deyil. ABŞ Ukraynanı silahlandırmağa davam etdikcə, bu, baş verməyəcək”, - deyə Zaxarova bəyan edib.
30-11-2022, 14:45
“Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox pul lazımdır” – Zelenski


“Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox pul lazımdır” – Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski müharibədən sonra ölkənin bərpasından danışıb. Zelenski “Ekspo-2030” sərgisinə videokonfrans vasitəsilə qatılıb. O, müharibə nəticəsində Ukraynaya böyük ziyan dəydiyini bildirib. “Müharibədən sonra Ukraynanın bərpası üçün 1 trilyon ABŞ dollarından çox pul lazımdır”, - deyə Zelenski qeyd edib. Ukrayna prezidenti onu da bildirib ki, Kiyevin müttəfiqləri bərpa prosesi ilə bağlı hazırlanacaq proqrama maraq göstərirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!