Maksim Medvedev baş məşqçi oldu .....                        Ermənistan Hindistandan qırıcı almaq istəyir .....                        Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya .....                        Paşinyan söyüşləri dayandırır .....                        Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı .....                        Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                       
29-11-2022, 20:52
“Biz bilirik ki, sülh prosesi asan deyil” – ABŞ rəsmisi


“Biz bilirik ki, sülh prosesi asan deyil” – ABŞ rəsmisi

“Mən Bakıya səfər etməkdən və Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyindən sizinlə danışmaqdan məmnunam”. Bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker deyib. O bildirib ki, Azərbaycanın potensialı nəzərə çarpır:“Hər dəfə buraya döndüyüm zaman mən iqtisadiyyatın, insanların dayanıqlığının və bütün Cənubi Qafqaz bölgəsi üçün imkanların artdığını müşahidə edirəm. Dövlət katibi Antoni Blinken sülhün əldə olunması üçün imkana və Cənubi Qafqazın potensialına çox inanır. O, coğrafiyanın vacib olduğunu anlayaraq, məndən bölgəyə səfər etməyi xahiş etdi. Mən indi Bakıdayam, buradan da Tbilisi və İrəvana səfər edəcəyəm. Bu bölgədə coğrafiya və tarix görüşür. Biz bilirik ki, sülh prosesi asan deyil. Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olmuşdur. Lakin inanıram ki, ümid də var. Dinc gələcək üçün olan bir ümid. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər”. ABŞ rəsmisi qeyd edib ki, hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımlar müşahidə edilir: “Dövlət katibi Blinkenin qeyd etdiyi kimi, hər iki ölkə Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub, sülh daha yaxşı və parlaq gələcək vəd edir. Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram”.
29-11-2022, 20:46
Ruslar saxta sənədlə Finlandiyaya qaçır - Araşdırma başladıldı


Ruslar saxta sənədlə Finlandiyaya qaçır - Araşdırma başladıldı

Finlandiyanın Sərhəd Xidməti ölkə ərazisinə daxil olarkən xarici pasportlarına saxta möhür vurulmuş Rusiya vətəndaşları ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb. Bildirilib ki, hazırda qeydə alınmış 88 belə fakt üzrə araşdırmalar davam etdirilir. İl ərzində ümumilikdə 350 saxta möhürlü pasportlardan istifadə etməklə ölkə ərazisinə qanunsuz daxil olma faktı müəyyən edilib. Sərhəd Xidməti rəsmisinin verdiyi məlumata görə, belə hallar daha çox Şimali Qafqaz əsilli Rusiya vətəndaşları tərəfindən törədilib. Qeyd edək ki, xarici pasporta vurulmuş möhür vasitəsilə insanların Avropa Birliyi ərazisində nə qədər qalması müəyyən edilir. Rusiya vətəndaşları üçün nəzərdə tutulmuş 90 günlük müddət başa çatdıqda saxta möhürlə bu müddətin uzadılmasına cəhd edilir.
29-11-2022, 20:45
Bu şəxslər valideynlik hüququndan məhrum ediləcək


Bu şəxslər valideynlik hüququndan məhrum ediləcək

Valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək. Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Həmçinin, dəyişikliyə əsasən, 14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək. Dəyişiklikər müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
29-11-2022, 20:40
NATO-dan İrana xəbərdarlıq


NATO-dan İrana xəbərdarlıq

Rusiyanın silah ehtiyatı azaldığı üçün digər ölkələrdən silahlar alır. Bunun bariz nümunəsi də İrandan alınan silahlardır. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.“Heç bir ölkə Rusiyanı silahla təchiz etməməlidir”, - Yens Stoltenberq əlavə edib.
29-11-2022, 15:56
NATO-dan İrana xəbərdarlıq


NATO-dan İrana xəbərdarlıq

Rusiyanın silah ehtiyatı azaldığı üçün digər ölkələrdən silahlar alır. Bunun bariz nümunəsi də İrandan alınan silahlardır. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.“Heç bir ölkə Rusiyanı silahla təchiz etməməlidir”, - Yens Stoltenberq əlavə edib.
29-11-2022, 15:53
Fazil Mustafa: “Heç bir qanun mükəmməl deyil”


Fazil Mustafa: “Heç bir qanun mükəmməl deyil”

"Siyasi partiyalar haqqında" qanun layihəsi yeganə qanundur ki, hazırlıq müddətində bu qədər dəyişikliklər oldu. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, ümumilikdə heç bir qanun mükəmməl deyil. "Zamanın tələbinə uyğun olaraq, müəyyən dəyişikliklər olacaq. Qanunda müəyyən məhdudiyyətlər də var ki, onları qeyd etmək lazımdır. Qanunda qeyd olunur ki, xalqın adından danışmaq olmaz. Bu müddəa düzgün deyil. Məsələn, bu gün mən deyirəm ki, Fransa Senatının Azərbaycan haqqında çıxışlarını lənətləyirəm. İndi bunu deməyim? Xalqın adından çıxış etməyim? Bu müddəada uyğunsuzluqlar var”, - deyə Fazil Mustafa vurğulayıb.
29-11-2022, 15:51
Bu ölkə Ukraynaya 30 döyüş maşını verdi


Bu ölkə Ukraynaya 30 döyüş maşını verdi

Slovakiya Almaniya ilə gəldiyi razılığa əsasən, 30 ədəd BMP-1 piyadaların döyüş maşınını (PDM) Ukraynaya göndərib. Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad “Twitter”də yazıb. O qeyd edib ki, razılaşmanın şərtlərinə əsasən, bunun əvəzində Almaniya Slovakiyaya 15 ədəd “Leopard 2A4” tankı, ehtiyat hissələri və sursat göndərəcək.
29-11-2022, 15:50
Oğlu dünyaya gələn şəhidin arzusu yerinə yetirildi


Oğlu dünyaya gələn şəhidin arzusu yerinə yetirildi

2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı şəhid olan Vadim Qocayevin övladı dünyaya gəlib. Bu münasibətlə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında şəhidin həyat yoldaşı və körpə ziyarət edilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova körpənin dünyaya gəlməsi münasibətilə rayon rəhbərliyi adından ailə üzvlərinə təbriklərini çatdırıb, şəhid ailələri və qazilərin qayğılarının dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, şəhid Vadim Qocayevin anası və xanımı onlara göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər və dünyaya gələn oğul övladına atasının arzusuna əsasən Zeyd adı qoyulduğunu söyləyiblər. Ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər. Vadimin ailəsində oğlundan başqa bir qız övladı da böyüyür. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Vadim Qocayev Vətən müharibəsi zamanı "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə, 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.


29-11-2022, 15:48
İsrail və ABŞ İran əleyhinə hərbi təlimlərə başlayır


İsrail və ABŞ İran əleyhinə hərbi təlimlərə başlayır

İsrail və ABŞ-ın Hərbi Hava Qüvvələri birgə hərbi təlimlərə başlayacaq. Bu barədə İsrail ordusunun mətbuat xidmətinin rəhbəri Aviçay Adrae sosial şəbəkə hesabında məlumat paylaşıb. İsrail mətbuatında hərbi təlimlər zamanı İranın nüvə proqramı əleyhinə manevrlərin test edilməsinin nəzərdə tutulması barədə xəbərlər yer alıb. Təlimlərdə həm qırıcı, həm də təminat-təchizat təyyarələrinin iştirak edəcəyi qeyd olunub. A.Adrae, həmçinin əlavə edib ki, regionda yaranan təhdidlərə qarşı fərqli ssenarilərlə bağlı hazırlıq işləri görüləcək. Məlumatda ssenarilərlə bağlı detallar açıqlanmayıb.
29-11-2022, 15:46
İran Uels üzərində qələbəyə görə 715 məhkumu əfv etdi


İran Uels üzərində qələbəyə görə 715 məhkumu əfv etdi

İran rəhbərliyi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 715 məhkumu azad edib. İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei bununla bağlı qərar imzalayıb. O, iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək, bunun İran xalqına sevinc və xoşbəxtlik bəxş etdiyini qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!