Maksim Medvedev baş məşqçi oldu .....                        Ermənistan Hindistandan qırıcı almaq istəyir .....                        Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya .....                        Paşinyan söyüşləri dayandırır .....                        Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı .....                        Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                       
29-11-2022, 15:15
Deputatdan sensasion təklif: Ölkəmizin adı dəyişdirilsin!


Deputatdan sensasion təklif: Ölkəmizin adı dəyişdirilsin!

Azərbaycanın adının dəyişdirilməsi təklif olunub. Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. “Hesab edirəm ki, biz yeni konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”, - deputat təklif irəli sürüb.
29-11-2022, 15:13
Ermənilər 17 saat rayonlarımızı atəşə tutub


Ermənilər 17 saat rayonlarımızı atəşə tutub

Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
29-11-2022, 15:09
Türkiyədə avtobus qəzası - 39 nəfər yaralandı


Türkiyədə avtobus qəzası - 39 nəfər yaralandı

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 39 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bartın şəhərindən Zonquldak istiqamətində hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Əraziyə jandarm və təcili yardım briqadaları cəlb edilib. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin səbəblərinin öyrənilməsi istiqamətində araşdırmalar aparılır.
29-11-2022, 08:12
Çabaharda sünni bəluç edam edilib

Bəluç fəallar sünni məzhəbli bəluç məhkumların edam sayının artdığını deyirlər.

İranın Sistan-Bəluçistan əyalətinin Çabahar şəhərinin həbsxanasında daha bir etnik bəluç edam edilib.
Niyaz Cidqal adlı məhbusun bundan əvvəl qətldə günahlandırıldığı üçün edam cəzasına məhkum edildiyi bildirilir.
Sünni məzhəbli bəluçun edamı ilə bağlı İran məhkəmə sistemi və rəsmi dövlət mediası açıqlama verməyib.
Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.
28-11-2022, 20:19
Dünyanın ən böyük vulkanı püskürdü


Dünyanın ən böyük vulkanı püskürdü

Havay adalarında yerləşən Mauna Loa vulkanı püskürməyə başlayıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda vulkanın lavaları hələlik zirvədə dayanıb. Buna baxmayaraq, xəbərdarlıq edilib ki, vulkan püskürməsi çox dinamik ola və lava axınlarının yeri və irəliləməsi sürətlə dəyişə bilər. Dünyanın ən böyük aktiv vulkanının yerləşdiyi Mauna Loa zirvəsi Havay adalarına daxil olan Böyük Adanın yarısından çoxunu tutur. 4169 metr hündürlükdə olan vulkan sonuncu dəfə 1984-cü ilin mart və aprel aylarında püskürüb.
28-11-2022, 20:17
Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir -  Ceyhun Bayramov


Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı, Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton görüşü də daxil sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mina təhdidlərini davam etdirdiyini, öhdəliklərə zidd olaraq Laçın yolundan hərbi məqsədlər üçün istifadə olunduğunu diqqətə çatdırıb. O, qeyd edilən destruktiv addımların qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Nazir eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib. Filip Riker ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
28-11-2022, 20:15
Ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək


Ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək

Azərbaycanda ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək. Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir. Belə ki, qanuna yeni "Ərzaq bazarının dövlət tənzimlənməsi" adlı maddə əlavə olunur. Yeni maddəyə əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur. Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, habelə həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər. Qanunun 31.2-ci və 31.3-cü maddələrində müəyyən edilmiş məlumatları təqdim etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunurlar. Ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
1. qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normalaşdırılması və sertifikatlaşdırılması;
2. qida zəncirində fəaliyyətin uçotu və nizamlanması;
3. ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;
4. istehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;
5. ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi.
28-11-2022, 20:12
Qida təhlükəsizliyi ilə bağlı yeni rüsumlar


Qida təhlükəsizliyi ilə bağlı yeni rüsumlar

Qida təhlükəsizliyi sahəsində yeni rüsumlar müəyyənləşir. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq parlamentə tövsiyə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə qeyd olunub. Dəyişikliyə əsasən, qida təhlükəsizliyi ilə bağlı aşağıdakı rüsumlar müəyyənləşir:
- ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi - 25 manat;
- Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;
- qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi – 150 manat.
Həmçinin, qida obyektlərinin təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə göstərilən hərəkətlərə görə qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərindən, habelə bələdiyyə və dövlət orqanlarından (qurumlarından) dövlət rüsumu tutulmayacaq. Qüvvədə olan qanuna görə yalnız qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 25 manat dövlət rüsumu ödənilir. Eyni zamanda qüvvədə olan qanuna əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:
- reyestrdən çıxarışın verilməsi - 150 manat;
- reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;
- reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat rüsum nəzərdə tutulur. Yeni qanun layihəsində bu rüsumların ləğvi təklif edilir. Qeyd edilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunda qida və yem məhsullarının idxalı və ixracı zamanı müvafiq olaraq sağlamlıq sertifikatının və idxal sağlamlıq aktının verilməsi nəzərdə tutulmuş, qida obyektlərinin təsdiq olunması ilə bağlı müddəalar əks olunub. Həmçinin qeyd olunub ki, həmin sənədlərə görə dövlət rüsumunun məbləği və dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən olunur. Həmin hərəkətlərə görə alınan dövlət rüsumunun məbləğinin və azadolma hallarının müəyyənləşdirilməsi məqsədilə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi zərurəti yaranır.
28-11-2022, 20:10
Türkiyə hökuməti Suriya əməliyyatını müzakirə edir - Ordu əmr gözləyir


Türkiyə hökuməti Suriya əməliyyatını müzakirə edir - Ordu əmr gözləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Mətbuatda yayılan məlumata görə, iclasda Türkiyənin Suriyanın şimalı və İraqda terrorçulara qarşı keçirdiyi “Pəncə Qılınc” hava əməliyyatının gedişatı və quru əməliyyatın keçirilməsinə dair ehtimallar müzakirə ediləcək. TRT kanalı bildirir ki, Türkiyə ordusunun Suriya ilə sərhəd bölgələrdə hazırlığı başa çatıb. Ordu bölmələri sərhədək yaxın ərazilərdə quru əməliyyatının başlaması üçün əmr gözləyir.
28-11-2022, 20:08
Təbrizdə tarixi tikili dağıdılıb


Təbrizdə tarixi tikili dağıdılıb

Güney Azərbaycanın Təbriz şəhərindəki 270 yaşlı tarixi hamamda aparılan bərpa işləri yarımçıq qalıb. Bu barədə Təbrizdəki tarixi hamamın mülkiyyətçilərindən olan Məhəmmədhüseyn Abbasquluzadə bildirib. Onun sözlərinə görə, bərpa işləri yarımçıq qaldığından tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib. M.Abbasquluzadə deyib ki, 2005-ci ildə hamamın bərpası ilə bağlı aidiyyəti qurumlara çoxsaylı müraciətlərdən sonra təmir işlərinə başlanılıb. Amma hamamın günbəzi və bir neçə bölməsi dağıdıldıqdan sonra işlər dayandırılıb. Mülkiyyətçi vurğulayıb ki, abidəyə ögey münasibət onun Azərbaycana məxsus olmasından irəli gəlir. Onun sözlərinə görə, bu tarixi hamam İranın İsfahan və ya Şiraz kimi hakimiyyətin daha çox diqqət göstərdiyi şəhərlərdə olsaydı, bu aqibətlə üzləşməzdi. Qeyd edək ki, hamam Qacarlar dövrünə aiddir. Xatırladaq ki, Təbrizdə Ərk qalası da dağılmaq təhlükəsi ilə üz-üzədir
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!