28-11-2022, 20:06
İrəvan Bakıdan sülh müqaviləsi təklifinə cavab alıbErmənistan Azərbaycandan sülh müqaviləsi bağlamaq təkliflərinə cavab alıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, təkliflər hələ noyabrın 7-də iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə verilib. Noyabrın 25-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyan edib ki, İrəvan hələ də cavab almayıb. "Bildiyiniz kimi, biz Azərbaycana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflərimizi və ya sülh müqaviləsi layihəsini təqdim etmişik və yalnız bir gün əvvəl onların cavablarını almışıq. Ona görə də müzakirələr davam edir", - Mirzoyan bildirib. O deyib ki, erməni tərəfi tezliklə konsensusa nail olmağa ümid edir və beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər. Xarici işlər naziri qeyd edib ki, İrəvan bir daha məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu bildirir. Mirzoyan əlavə edib ki, oktyabrın əvvəlində Praqada keçirilən danışıqlarda növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub. O bildirib ki, Ermənistan tərəfi bu razılaşmaya sadiqdir və həm də münasibətlərin normallaşmasında maraqlıdır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-nə planlaşdırılan görüşdən imtina etmişdi. Azərbaycan liderinin sözlərinə görə, erməni tərəfi Fransa Prezidenti Emmanuel Makronun iştirakında israr edib, ona görə də o, danışıqlara getməyəcək.
28-11-2022, 20:04
Azərbaycan 13 erməni hərbçinin meyitini qaytardı2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat açıqlayıb. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib.
28-11-2022, 15:13
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaqÜmummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub. Sərəncama əsasən, icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib. Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır.
28-11-2022, 15:11
“Heydər Əliyev təqaüdü” təsis edilir“Heydər Əliyev təqaüdü” təsis ediləcək. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əksini tapıb. Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi 2023-cü il may–iyun aylarında ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilməsini təmin etməlidir.
28-11-2022, 15:08
Ərdoğandan Yunanıstana sərt mesajTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstandakı türklərin hüquqlarını müdafiə edib. Ərdoğan bu barədə İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci toplantısında çıxışı zamanı danışıb. "Yunanıstandakı müsəlman türk azlığına qarşı illərdir sürən haqsız və hüquqsuz addımlar artaraq davam edir. Ana dillərini öyrənməyə icazə verilmir, kimlikləri rədd edilir. Kipr türkü olan qardaşlarımızın da yaşadığı hüquq pozuntularını bilirsiniz. İslam aləmi bu yaşananlara daha seyirçi qalmamalıdır. İslam ölkələri Qərbi Trakiyadakı türklərə qarşı laqeyd qalmamalıdır", - deyə Türkiyə prezidenti bəyan edib.
28-11-2022, 15:06
Bakıdan qayıdan Klaar İrəvana çağırış etdiGərginliyin azaldılması üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin göstərilməsinə və güclü siyasi iradəyə ehtiyac var. Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“ hesabında bildirib. “Ötən həftənin sonunda Azərbaycana səfərin ardınca bir neçə fikir:
1) Azərbaycan Prezidenti tərəfindən Aİ-nin vasitəçilik etdiyi formata vacib sadiqlik.
2) Bir sıra çağırışlar qalır; gərginliyin azaldılması və hərtərəfli tənzimləmə üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin və güclü siyasi iradəyə ehtiyac olacaq”, - Klaar qeyd edib.
28-11-2022, 15:04
“Rusiya-Ukrayna savaşının bitməsinə çalışırıq” - Ərdoğan“Rusiya-Ukrayna savaşının sona çatmasına çalışırıq”. Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci toplantısında çıxışı zamanı söyləyib. “Rusiya-Ukrayna savaşının sonlandırılması üçün ilk gündən etibarən sıx şəkildə çalışırıq. Qara dəniz üzərindən taxıl koridoru və əsirlərin dəyişdirilməsini həyata keçirərək diplomatik həllin mümkünlüyünü göstərdik. 11 milyon tondan çox taxılın nəqlini mümkün etdik. Taxıl sazişinin 19 noyabrdan etibarən 120 gün uzadılmasının afrikalı qardaşlarımızın sıxıntısını bir az da olsa, azaldacağına inanırıq. Qlobal böhran davam edir”, - deyə Ərdoğan vurğulayıb.
28-11-2022, 15:02
Azad edilən ərazilərdə daha 12 mina aşkarlandıAzərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 248 partlamamış hərbi sursat aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, noyabrın 21-dən 26-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 248 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 321 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
28-11-2022, 15:00
Sabahın havası - Külək, yağış, qar...Noyabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.
28-11-2022, 14:57
Cəbrayılda mobil şəhərcik tikilib "Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda mobil şəhərcik tikilib". Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov twitter səhifəsində yazıb. “Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılmış Araz Vadisi İqtisadi Zonasının sənaye parkında mobil şəhərciyin tikintisi başa çatdırılıb”, - paylaşımda deyilir. Nazir şəhərcikdə bütün lazımi infrastrukturun yaradıldığını vurğulayıb. Onun sözlərinə görə, sənaye parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.