Maksim Medvedev baş məşqçi oldu .....                        Ermənistan Hindistandan qırıcı almaq istəyir .....                        Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya .....                        Paşinyan söyüşləri dayandırır .....                        Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı .....                        Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                       
27-11-2022, 14:16
ABŞ ordusunda piylənmə - Hər il milyonlar xərclənir


ABŞ ordusunda piylənmə - Hər il milyonlar xərclənir

ABŞ ordusu hazırda piylənmədən əziyyət çəkir. Bu barədə hərbi jurnalist Stiv Beynon etibarlı mənbələrə istinadən sonuncu köşə yazısında qələmə alıb. Jurnalist bildirib ki, Birləşmiş Ştatların hərbi xidmət yaşına çatmış gənclərinin yalnız 23 faizi orduya yararlıdır və piylənmədən əziyyət çəkmir. Stiv Beynon onu da vurğulayıb ki, hər il ABŞ ordusu mövcud problemin aradan qaldırılması üçün milyonlarla vəsait xərcləyir. Üstəlik, bahalı təlimlər keçirir. Jurnalist bütün bunların ordudakı vəziyyəti düzəltmədiyini də vurğulayıb.
27-11-2022, 01:08
Türkiyə pilotsuz qırıcı istehsalına başlayır


Türkiyə pilotsuz qırıcı istehsalına başlayır

Türkiyə “Bayraktar Kızılelma" pilotsuz döyüş təyyarələrinin istehsalına başlayacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, “Baykar” şirkəti tərəfindən hazırlanan aviasiya vasitəsinin istehsalına 2023-cü ilin sonuna kimi başlanılacaq. "Kızılelma" pilotsuz qırıcıları ağır raket və sursatları daşıya biləcək. Sistem öncə xarici mühərriklə işləsə də, gələcəkdə yerli mühərrikdən istifadə edilməsi planlaşdırılır.
27-11-2022, 01:06
Xerson intensiv atəşə tutulur - 30-dan çox ölən var


Xerson intensiv atəşə tutulur - 30-dan çox ölən var

Ukraynanın Xerson vilayəti işğaldan azad edildikdən sonra Rusiya ordusu tərəfindən intensiv şəkildə atəşə tutulur. Bu barədə Ukrayna Milli Polisinin rəisi İqor Klymenko "Facebook" səhifəsində yazıb. Bildirilib ki, şəhər azad edildikdən sonra Rusiya ordusunun açdığı atəş nəticəsində azı 32 nəfər həlak olub. "Rusiyanın gündəlik atəşi şəhəri yerlə-yeksan edir və dinc yerli sakinləri öldürür. Ümumilikdə Rusiya Xerson vilayətində 32 dinc sakini öldürüb", - deyə İqor Klymenko vurğulayıb. Qeyd edək ki, noyabrın 11-də ruslar Xerson şəhərindən geri çəkilib. Onlar indi Dnepr çayının şərq sahilində yerləşirlər və oradan şəhəri müntəzəm atəşə tuturlar.
27-11-2022, 01:04
Ukraynaya verilən artilleriyanın üçdə biri yararsızdır


Ukraynaya verilən artilleriyanın üçdə biri yararsızdır

İndiyədək Ukraynaya təhvil verilmiş Qərb istehsalı artilleriya qurğuları köhnə olduğu üçün döyüşlərdə istifadə edilməyib. Bu barədə "New York Times" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, 350 artilleriya sistemindən təxminən üçdə biri sıradan çıxıb. ABŞ Polşada bu sistemlərin təmiri üçün mərkəz yaradıb. Qəzet yazır ki, Ukrayna təmir bazalarının döyüş meydanına yaxın ərazilərdə yerləşdirilməsini istəyir.
27-11-2022, 01:03
Norveç Ukraynaya yardım ayırdı - 2 milyard...


Norveç Ukraynaya yardım ayırdı - 2 milyard...

Norveç hökuməti enerji təchizatını dəstəkləmək üçün Ukraynaya 2 milyard Norveç kronu (təxminən 195 milyon dollar) məbləğində yardım ayırmaq qərarına gəlib. Bu barədə Norveç hökumətinin yaydığı rəsmi açıqlamada deyilir. Norveçin maliyyə naziri Trygve Slagsvoll Vedum Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi ilə müvafiq müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ukraynaya qaz almaq üçün maliyyə yardımı veriləcək.
27-11-2022, 01:00
Fransa Danimarkaya qalib gəldi


Fransa Danimarkaya qalib gəldi

Fransa-Danimarka görüşü başa çatıb. Qarşılaşma Fransa millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, Fransa millisinin üzvü Mbappe 61-ci dəqiqədə adını qol siyahısına yazdırıb. Cəmi 7 dəqiqə sonra Danimarka komandası hesabı bərabərləşdirib. Gərgin keçən matçın 87-ci dəqiqəsində Mbappe özünün və komandasının ikinci qolunu vurub.
Fransa - Danimarka - 2:1 (İkinci hissə)
Qollar: Mbappe, 61 (1:0), Kristensen, 68 (1:1), Mbappe, 86 (2:1)
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Stadium 974"
27-11-2022, 00:48
Tokayevin andiçməsi günü Astanada internet kəsildi


Tokayevin andiçməsi günü Astanada internet kəsildi

Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində internetə girişdə problem yaranıb. Bu barədə Qazaxıstanın "Vlast" portalı məlumat yayıb. Dövlət qurumu internetdə yaranan fasilələri avadanlıqların nasazlığı ilə izah edib. "Nasazlıq sistemlərin işinə təsir etməyib, lakin Astana və Akmola vilayətində internetin işində nasazlıqlar olub", - deyə rəsmi açıqlamada bildirilir. Qeyd edək ki, bu gün Astanada Qazaxıstan prezidenti seçilmiş Kasım Jomart Tokayevin andiçmə mərasimi keçirilib. O, noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Tokayev 81,31% səs toplayıb.
27-11-2022, 00:44
Türkiyənin 2 hərbçisi şəhid oldu


Türkiyənin 2 hərbçisi şəhid oldu

Türkiyə ordusu şəhid verib. Bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 hərbi qulluqçu isə yaralanıb.
27-11-2022, 00:40
6 milyon ukraynalı işıqsız qaldı


6 milyon ukraynalı işıqsız qaldı

Ukrayna ərazisində 6 milyondan çox abonent işıqsız qalıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O qeyd edib ki, noyabrın 25-i axşam saatlarında ölkənin əksər regionlarında və Kiyevdə işıqların kəsilməsi davam edib. Zelenski Ukrayna ərazisində elektrik enerjisindən qənaətlə istifadəni davam etdirməyə çağırıb.
27-11-2022, 00:38
10-dan çox ev torpaq altında qaldı - Ölənlər var


10-dan çox ev torpaq altında qaldı - Ölənlər var

İtaliyanın İskiya adasında əlverişsiz hava şəraiti səbəbindən sürüşmə baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb. Bildirilir ki, adada şiddətli yağışlar olub və bəzi evlər sürüşməyə görə dağılıb. İtaliya mətbuatının yaydığı xəbərə əsasən, sürüşmə zamanı 10 ev və çoxlu sayda nəqliyyat vasitəsi torpaq altında qalıb, 13 itkin düşmüş şəxsin axtarışları davam edir. Sürüşmənin baş verdiyi ərazidə 30-a yaxın ailə susuz və işıqsız qalıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!